MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə49/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   42   43   44   45   46   47   48   49   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
211 
 
Baxmadım, 
dünyanın qütbləri kimi  
hər zaman, 
məndən qaçan vaxtın uzaqlığına, 
Ərimək istədim duyğularında. 
hər Ģeyi ataraq, 
dalğalara yataraq, 
iztirabdan, ağrıdan, 
çarpıĢmadan, əzabdan, 
Mənə yad olan dünyadan çıxaraq, 
Vaxtın əlindən qurtularaq, 
Ġpəyə dönmək istədim
ərimək, 
yüngülləmək. 
Dəniz köpüyünə dönmək istədim, 
Dünyadan azad olmaq, 
Təzədən doğulmaq, 
Körpəyə dönmək istədim, 
Köpüyə dönmək istədim. 
       
                       *** 
Qulaq as, indi mən sənə 
Bir tale nağılı söyləyəcəyəm. 
Bir vaxt eĢitdiyim gözəl bir səsi 
Yenidən anaraq göynəyəcəyəm. 
 
Ötən zamanların uzaqlığında 
Dəniz kənarında bir qəsr vardı. 
Yığıb dostlarını baĢına hər gün, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
212 
 
Cəsur bir cəngavər Ģən yaĢayardı. 
 
Məclislər qurardı, ova çıxardı, 
Tez-tez düzəldərdi məzhəkə, Ģadlıq, 
YarıĢlar, turnirlər bayramsayağı, 
Tutardı hər yanı atəĢfəĢanlıq. 
 
Bəzən yorularaq əyləncələrdən, 
Gecələr sahildə oturardı tək. 
Suların səsinə qulaq asardı, 
Ulduzlar dənizdən yox olanadək. 
 
Heyranlıq sarardı bütün qəlbini, 
Susub dinləyərdi dəniz səsini, 
Bütün vücudunda duyardı aydın, 
Sirli bir dünyanın cazibəsini. 
 
Çəkirdi ruhunu qəmli bir nəğmə, 
Onu çağırırdı xəyali bir səs, 
Görmək istəyərək ecazkar səsi, 
Həsrətlə dənizə baxırdı əbəs. 
 
Dəniz  dünyasının möcüzəsində 
Bir pəri yaĢardı nur kimi parlaq. 
Könlünü verərək eĢqin hökmünə, 
Nəğmələr deyərdi o gözəl varlıq. 
 
Dünyanın yabançı baxıĢlarından 
Onu qoruyurdu uzun saçları. 
Göylərin üzünü əks eləyərək, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
213 
 
Ulduz tək yanırdı yosun saçları. 
 
O qız vurulmuĢdu gənc Ģahzadəyə, 
Ġlk dəfə sahildə gördüyü andan. 
Hər gecə sahilə üzüb gəlirdi
Keçərək taleyin həyəcanından. 
 
Gizlənib suların kölgəliyində, 
Baxırdı sarayın iĢıqlarına. 
Əlvan çılçıraqlar, oyunlar, rəqslər, 
Gözəl bir nağıl tək gəlirdi ona. 
 
Yosun saçlarının ulduzlarıyla 
Sevgi çələngini toxuyurdu o. 
Oynaq ləpələrlə pıçıldaĢaraq, 
Sehrli nəğmələr oxuyurdu o. 
 
O artıq qopmuĢdu öz dünyasından, 
Gizli bir eĢq ilə uçurdu ruhu. 
Anbaan özündən uzaqlaĢaraq, 
Özgə bir dünyanı açırdı ruhu. 
 
Dəniz qarısına açıb sirrini, 
Yalvardı, düĢərək ayaqlarına, 
DaniĢib qəlbinin əzablarını, 
Dedi, kömək etsin cadugər ona. 
 
Səbrlə dinlədi dəniz qarısı, 
Ürəkdən acidi onun halına. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
214 
 
Açıb ulduzların xəritəsini, 
Baxdı gözəl qızın tale falına. 
 
Dedi:”Unut onu, gözəl mələyim, 
Amandır, bu eĢqin sonu ölümdür”. 
Pəri titrəyərək: “Qoy olsun, - dedi, 
Onsuz da yaĢamaq mənə zülümdür!” 
 
Qarı çox yalvardı, qiz eĢitmədi, 
Gördü, qız özünü oda salacaq. 
“Onda bir Ģərtim var, - söylədi qarı, 
Ulduzlu saçların mənim olacaq”. 
 
Pəri düĢünmədən: “Razıyam!” – dedi, 
Bu qurban özünə asan göründü. 
ĠĢıq saçlarını verdiyi anda, 
Bilmədi bəxtinin ulduzu söndü. 
 
“Get, vaxtın azdır, - dedi cadugər, 
Sən ona özünü tanıtmalısan. 
GünəĢin Ģəfəqi doğana qədər, 
Sən yenə dənizə qayıtmalısan.” 
 
Bir cüt ayaq verdi cadugər ona
Sahildə geyərək yola düzəldi. 
Ağrıyan canını diĢinə tutub, 
Min bir əzab ilə saraya gəldi. 
 
Güzgülü divarlar, uca tavanlar, 
Göylərin tağını əks eləyirdi. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
215 
 
Al-əlvan geyinmiĢ nazlı gözəllər 
Sıraya düzülüb rəqs eləyirdi. 
 
Qonub musiqinin qanadlarına 
Pəri qu quĢu tək süzürdü sanki. 
Zərif ayaqları dəymirdi yerə, 
Dalğalar üstündə üzürdü sanki. 
 
 
Heç kəs tanımırdı gələn qonağı, 
Salon heyranlıqla baxırdı ona. 
O məhəl qoymadan rəqs eləyirdi, 
Ağrıdan sızlayan ayaqlarına. 
 
Qəlbinin ağrısı dilinə gəldi, 
Elə bil göylərdən endi ulduzlar. 
Bərq vurdu səsinin sehrində aləm, 
Dil açıb oxudu qəmli avazla. 
 
Könlünü əritdi, ruhunu aldi, 
Dəniz pərisinin sehrli səsi. 
Gəldi xəyalına gənc Ģahzadənin 
Sahildə duyduğu dəniz nəğməsi. 
 
Qıza yaxınlaĢdı cəsur cəngavər, 
SoruĢdu: “De, kimsən, ey gözəl mələk? 
Əziz qonağımız ol, sarayda qal, 
Hardan gəlmisən, de, yerini bilək.” 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
216 
 
Gəncin sorğusundan tutuldu pəri, 
Bir söz söyləmədi, gözləri doldu. 
Bütün varlığını alan suala 
Cavabı cüt dəniz incisi oldu. 
 
Heyrətlə qoyaraq o Ģahzadəni, 
Tərk etdi sarayı qorxu içində. 
Qızın təĢviĢini anlamayaraq, 
Qaldı üzüntülü qayğı içində. 
 
Qız birdən anladı vücudu itir, 
Qarıdan aldığı vaxt da bitirdi. 
Görüb dan yerinin qızardığını, 
Özünü son anda suya yetirdi. 
 
Qarı gözləyirdi onu nigaran, 
Qızı sağ görəndə xeyli sevindi. 
Ulu yaradana Ģükr eləyərək, 
Pəriylə dənizin dibinə döndü. 
 
                 *** 
“Yox, - dedi, günaha batırma məni, 
Məni bu çağımda yoldan eyləmə.” 
“Görüb, qayıdaram,” – yalvardı pəri, 
“Sus, - dedi, - bu haqda bir söz söyləmə!” 
 
Göz yaĢı içində çırpındı pəri, 
“Aman, qarıcığım, getməsəm, ölləm! 
Üzünü görməkdir sonuncu arzum
Inan ki, arzuma yetməsəm, ölləm! 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə