MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə48/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   42   43   44   45   46   47   48   49   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
206 
 
məmləkətin yiyəsi də var, onun dərdini çəkən 
rəhbərliyi də! 
 
Müşavir  mızıldandı: 
 
-Nə bilim, vallah, Allahın işidi... 
 
-Bura bax ey... – Hökmdar təhdidlə barmağını 
stola vurdu, - Allah-zad bilmirəm, hətərən-pətərən 
danışma, de görək, neyləmək lazımdır? Təklifin 
nədir? 
 
-Vallar, mən bildiyimi deyirəm, orda qalan 
onun dərdidir, onu götürmək mümkün olan iş deyil... 
 
Hökmdar hirsindən güldü, kinayə ilə: 
 
-İndi nə deyirsən, o boyda meydanda dar ağacı 
qalsın?Sən heç düşünürsən bu nə deməkdir?Yoxsa, 
sən də onun yanında yellənmək istəyirsən? 
 
Müşavir udqundu.Son gücünü topladı, zəif 
səslə: 
 
-Onu oradan götürmək mümkün olmayacaq, 
buna heç nəyin gücü çatmaz, amma çıxış yolu var... 
 
Hökmdarın nəfəsi tıxandı: 
 
-De, de görək nədir çıxış yolu? 
 
-Məsələyə bir qədər başqa cür yanaşmaq 
olar...Məclis üstündən ağır bir yük götürülmüş kimi 
dərindən nəfəs aldı: 
 
-Allaha şükür!Axır ki,çıxış yolu tapıldı! 
                                                       *** 
Hökmdar qalxıb müşavirəni bağlı elan etdi.Sürətlə 
zaldan çıxdı.Arxasında kömək-çiləri qaçaraq 
getdilər.Gizli məşvərətə dövlət administrasiyasından  
və  ruhi məsələlər üzrə müşavirdən başqa kimsə 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
207 
 
buraxılmadı.Qapalı məsləhətləşmələrdən sonra təcili 
mətn hazırlandı… 
 
Səhərisi gün televiziyada özünü tarıma çəkmiş 
diktor pafosla oxuyurdu: 
 
-...Hökumət və dövlət rəhbərləri...baş vermiş 
faciə münasibəti ilə xalqa başsağlığı verir və  xalqı 
xarici və daxili düşmənlərin təxribatına uymamağa 
çağırır.Dərin məzmunlu və dolğun əsərləri ilə xalqın 
böyük məhəbbətini qazanan şairin adını 
əbədiləşdirmək üçün aşağıdakı fərman yerinə 
yetirilsin: 
 
1. Əsərlərinin toplanıb nəşr olunması ilə 
əlaqədar komissiya təşkil olunsun (komissiyanın 
tərkibi...)  
  
2. Baş meydanda şairin rəmzi heykəli 
qoyulsun. 
 
3. Müstəqillik uğrunda apardığı mübarizəyə 
görə “İstiqlal” ordeni ilə təltif edilsin (ölümündən 
sonra). 
 
4. Kirayə yaşadığı evin qapısına xatirə  lövhəsi 
vurulsun. 
 
5. Şairin adının verilməsi üçün obyektlər 
seçilsin. 
 
6. Və... 
 
7. ...sair...və ilaxır... 
 
              *** 
Oyun bitmək üzrədir, 
Oyunun qaydaları 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
208 
 
Sona yetmək üzrədir. 
Oyun vardı, oyun yox, 
Oyun çarxdan çıxan ox. 
O nə yaxĢı, nə pisdi, 
Oyun hər Ģeydən əvvəl 
Bir duyğudu, bir hissdi. 
O niyə oynanıldı, 
Onun məqsədi nəydi? 
Bəlkə, söz demək üçün 
Oyun bir bəhanəydi? 
Kiminsə ürəyində 
Tikandı, üzə çıxdı, 
Kimsə bulanıq sudan 
Durulub üzə çıxdı? 
Oyunun min köynəyi, 
Min donu var dünyada, 
Oyunun nə əvvəli, 
Nə sonu var dünyada. 
ġair, niyə ürəyin 
Nigarandır “Oyundan”. 
Bəlkə oxun yan keçib 
NiĢangahın yanından? 
Oyunun boĢluqları 
Bəlkə, tamam dolmayıb, 
Oyunun halqaları 
Bəlkə,tamam olmayıb? 
Bu oyunun içində  
Bəlkə, baĢqa oyun var? 
Taleyin oyununa 
Bəlkə, inanmayan var? 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
209 
 
Hayana fırlansan da 
Oyun elə oyundur, 
Sən öz sözünü dedin
Son söz yenə onundur. 
              
                2000. 
 
 
      ULDUZ  SƏSLƏRĠ 
 
          (nağıl-poema) 
 
Gecə uduzlara baxma, - demiĢdi, 
Sehrinə salar səni
Ayla, Günlə danıĢma, - demiĢdi, 
Yuxusu tutar səni, 
Aldanma  
vəd olunmuĢ küləklərə, 
Vaxtdan qoparar səni. 
Su üstündə yatma, - demiĢdi, 
Sevgisi udar səni. 
Baxma 
GünəĢdən qopan həyəcanlara, 
Göz yaĢlarının günahına batma, 
Gözlə, gözlə onu, 
Sözümü unutma, - demiĢdi. 
 
                    *** 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
210 
 
Bir ulduz gözünü açdı içimdə, 
Ġtirdim dünyanın cazibəsini. 
Məndən uzaqlaĢıb yox oldu əksim, 
Duydum dalğa-dalğa ulduz səsini. 
Tanıdım...  
          bu sənsən,  
                          iĢıq əllərin 
Nağıl dünyasının görüntüsüdür. 
BaĢımdan tökülən ulduz səsləri 
Sənin ürəyinin döyüntüsüdür. 
Yağan ulduzları yığdım ovcuma, 
Öpdüm...dodaqlarım nura boyandı. 
Dünyanın yuxulu, daĢ sevgiləri 
Diksinib yuxudan, daĢdan oyandı. 
Unutdum, 
Hər Ģeyi unutdum, 
Uzaq ümidlərin  
uzaq ayrılıqlarda qaldiğını, 
məhkum xatirələrin 
gizli dərdlərimdə solub-saraldığını, 
Unutdum, 
Kənardan baxanların  
hər zaman haqlı olduğunu. 
Unutdum, 
Özümün də, 
Sənin də kim olduğunu. 
DüĢəndə səsinin doğmalığına, 
Unutdum hər Ģeyi, 
QovuĢanda  
kəhkəĢan yolunun ağ zolağına, 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə