|
MahirəNərimanqızı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
202
kürəyindən, başından boylanıb baxırdılar.Şair cavan
idi.Arxa cərgədən kimsə yanındakına pıçıldadı:
-Yazıq!Heç belə bir ərə qıyarlar?
Bu pıçıltını icra hakimiyyətinin başçısının
qulağı aldı və hikkəylə:
-Lap atasını da yandırarlar! - dedi.
Boynunun buğum-buğum ətinin qızarmağından
onun necə möhkəm hirsləndiyi bilindi və daldakılar
bir-birinə göz basıb susdular.
Hakim hökmü bir də elan etdi.Sükut çökdü,
humanitar şöbənin müdiri üzündə məsum bir
təbəssümlə şairə yaxınlaşdı:
-Töbvə edin, - dedi.
Səs gəlmədiyindən çaşqınlıqla ətrafa baxdı və
kameraların obyektivlərinin ona tuşlandığını
görüb,yenidən gülümsədi:
-Bir şey istəyirsinizmi?
Cavab olmadı.Hökmdar:
-Uzatmayın, - dedi.
Kəndiri dartdılar.Hamı diksindi.Və...sonra gördülər
ki, şair ölməyib, sağdır.İşarə alan hərb naziri əlini
qaldırdı və endirəndə yüzlərlə avtomat və pulemyot
birdən açıldı.Güllələr şairin bədəninə dəyib qığılcım
verir və ətrafa səpələnirdi.Şair heç nə olmamış kimi
onlara baxıb sinədolusu bir ah çəkdi.
-Adamları dağıdın ! – deyə hökmdar sürətlə
meydanı tərk etdi. Əsgərlər dubinka və gözyaşardıcı
qazla camaata cumdu.Meydanda elə bil tufan qopdu,
aləm bir-birinə qarışdı.Qaçan, yıxılan,
qışqıran,yalvaran, söyən, vuran, vurulan, güllə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
203
səsləri...bu ağlasığmaz mənzərəyə təkcə bir nəfər
sakit-sakit baxır və ağlayırdı.Bu, şair idi.
Meydanı ölənlərdən və yaralananlardan
təmizləyəndən sonra, onu dar ağacından açmaq
istədilər.Amma şairə toxunmaq
olmurdu.Yanğınsöndürən maşınlar gəldi, hər
tərəfdən meydanı dövrəyə aldılar.Sabunlu su ilə
meydanı qandan təmizlədilər.Bütün günü
əlləşdilər.Dar ağacı da, kəndirdən sağ-salamat
sallanan şair də bütün dünyaya meydan oxuyurmuş
kimi saymazyana yellənirdi.
Təcili komissiya təşkil olundu.Komissiyanın
tərkibinə məşhur xalq yazıçıları, sevimli millət
vəkilləri, iqtisadçılar, hüquqşünaslar, cəsur
hərbçilər, klan başçıları və sair...hörmətli şəxslər
daxil edildi.Təcili surətdə baş verən hadisənin
mahiyyətini araşdırmaq, ona hüquqi və siyasi qiymət
vermək lazım idi.Komissiya işini qurtarana qədər
ölkədə fövqəladə rejim tətbiq olundu.
Nəhayət, komissiya işini yekunlaşdırdı, ekspert
rəyi hazır oldu...və komissiyanın sədri məlumat
verdi:
Sən demə, şair hələ meydana gətirilməzdən
əvvəl, kamerada ikən, verilən işgəncələrdən
keçinibmiş...
-Bəs, orda, dar ağacından sağ-salamat
sallanan kimdir? – deyə hökmdar qəzəblə soruşdu.
-Onun nə olduğunu biz bilmirik, amma şair
çoxdan ölüb, -dedilər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
204
Müşavirə çağırıldı.Necə olursa olsun, dar
ağacını meydandan götürmək lazım idi.Hamı
ürəyində şairi söyüb, dar ağacına lənətlər
yağdırırdı.Bircə bu ütüdən salamat
qurtarsaydılar!Bir dılğır şairdən ötrü heç kəs
vəzifəsini itirmək istəmirdi, hətta bəziləri bu
hadisədən bir şans kimi istifadə etməyə çalışırdı.
Əvvəlcə güc nazirləri danışdılar.Baş vermiş
hadisədə marağı olan xarıcı və daxili, açıq və gizli
düşmənlər suçlandırıldı.Sonra müşavirlər,yazıçılar,
millət vəkilləri,hətta xalqın zəhmətkeş təbəqəsini
təmsil edən nümayəndələr – sadə peşə adamları da
çıxış etdilər.Nə uzun-uzadı mədhlər, nə də
düşünülmüş incə taktiki gedişlər bir nəticə
vermədi.Dar ağacı meydanda dim-dik ucalır, şair də
küləklərin belə gizləndiyi bir şəhərdə arxayın-
arxayın, özü üçün yellənirdi.
Hökmdar yorulmuşdu.Üç gün davam edən
müşavirə acı bağırsaq kimi uzanır, boş, mənasız
nitqlər bir-birini əvəz edirdi.
-Bunun bir əlacı var, ya yox? – Hökmdar
təmkinini pozub qışqırdı.Əyanlar qorxularından
başlarını aşağı dikdilər, gözlərini gizlədilər.Hamı
özünü məşğul kimi göstərsə də, heç kimin ağlı bir şey
kəsmirdi.Kimsə canını qurtarmaq üçün
yavaşca,qorxa-qorxa dedi:
-Bəlkə ruhi məsələlər üzrə müşaviri dinləyək?
-Hanı, hardadır o? – səbri tükənmiş hökmdar
soruşdu.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
205
Uzun stolun ayağında, qapıya yaxın yerdə
büzüşüb oturmuş cılız bir adam ayağa qalxdı.Bu,
ruhi məsələlər üzrə dövlət müşaviri idi.
-Gəl, keç bu tərəfə görək, bu məsələ ən çox
sizin sahəyə aiddir, sənsə susursan.
Müşavir tribunaya tərəf gedə-gedə:
-Mən gözləyirdim ki, mənə nə vaxt söz
verəcəksiniz, cənab...
-Yaxşı, yaxşı, danış görək bu nə məsələdir
belə?
Bu müşavirə heç vaxt söz verilmədiyindən, ilk
dəfə idi çıxış edirdi, ona görə də məclis onu
tutdu,kəkələyə-kəkələyə:
_Bilirsiniz, şair ölüb...
-Bunu biz bilirik, bəs o nədir orda, qalıb
sallana-sallana,götürmək də olmur, heç nə kar
eləmir, - hökmdar lap boğuldu.
-Bu onun dərdidir.
-Nə?Nə dərd? – hökmdar ayağa durub,
yenidən oturdu. – İndi deyirsən bu boyda ölkənin
dərdi bir axmaq şairə qalıb?Bu qədər adlı-sanlı,
istedadlı, böyük-böyük insanlar qalıb burda, hansısa
bir tanınmaz-bilinməz, xalq qarşısında heç bir
xidməti olmayan,şəxsiyyəti də şübhəli olan birisi
gəlib dərd çəkəcək?Kimdir o?Nəçidir o?Şair
idi,gedib arağını içəydi, şerini yazaydı.Bəs,
buradakılar nədir, şair deyil?Nədən kasıb olsaq da,
maşallah,şairdən boluq.Bilirsən, nə var, bu
Dostları ilə paylaş: |
|
|