MahirəNərimanqızı



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə40/50
tarix03.10.2017
ölçüsü2,94 Kb.
#3017
1   ...   36   37   38   39   40   41   42   43   ...   50

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
171 
 
Dua tək cəmənə, bağa çökdünüz, 
Yamaca çökdünüz, dağa çökdünüz, 
Yox ikən yurd üçün bir ah çəkdiniz, 
Və sizlər heç zaman unutmadınız, 
Vətən hansı adda daha əzizdir... 
 
                    *** 
Sabutay, deyəsən, bekarçılıqdan 
Kölgən də qayıdıb özünə dəyir. 
Mənim əlim çatmır sözün əlinə
Sənin də ürəyin Ģeir istəyir. 
 
Mənim bu payıza gücüm çatmadı, 
Baxıram boĢ seçki qutularına. 
Kimlərsə qatlayıb ümidlərini 
Atırlar boĢ seçki qutularına. 
 
Hələ hazır deyil maaĢ cədvəli, 
AlıĢ-veriĢimiz seçkiyə qalıb. 
Üst-üstə yığılan zamanın tozu, 
Nisyə qayğıların üstünü alıb. 
 
Havalı, havasız maĢınlar gəlir, 
Kimisi daĢ yiğir, kimisi atır. 
Kimisi vergiylə, kimi sevgiylə, 
Kimisi seçkiylə baĢını qatır. 
 
Allaha and içmir Məlik dayı da, 
Bağlayır, qapını üzümə açmır. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
172 
 
Fiğan bir Ģal atıb baĢı altına, 
Yanından keçəndə gözünü açmır. 
 
Cəfərin gündəlik qulaq burması 
Asılıb dəhlizin asılqanından. 
Alıb kürəyinə süpürgəsini, 
Keçır Zəhra xala Ģəstlə yanımdan. 
 
Bizim ömrümüzün sığalı vardı, 
Hərdən qımıldanır izi, Sabutay. 
Alıb əlimizdən oğurladılar, 
Yaman qocaltdılar bizi, Sabutay! 
 
Alıb əlimizdən bülleten kimi, 
Atdılar boĢ seçki qutularına. 
Seçki qutuları meydan oxuyur, 
Yanıxan boĢ sevgi qutularına. 
 
Ġndi də, deyəsən bekarçılıqdan, 
Kölgən də dolanıb özünə dəyir. 
Mənim əlim çatmır sözün əlinə, 
Sənin də ürəyin Ģeir istəyir. 
    
 
 
 P O E M A  
(CÜZB) 
                  OYUN 
 
               Əcəb oyuna düşdük 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
173 
 
 
Dedilər, yandırar səni, 
Baxmadım,közlə oynadım. 
Nə Allahdan, nə bəndədən 
Qorxmadım, sözlə oynadım. 
 
Uçdum durna havasında, 
Oxudum eĢq yuvasında, 
Ölüb haqqın davasına, 
Dirilib sazla oynadım. 
 
Ox atdılar, yaralandım, 
Dağ-dağ olub siralandım. 
Döz dedilər, paralandım, 
YaĢ olub gözlə oynadım. 
 
                  *** 
Oyun oynayırıq biz oyun ilə
Oyun havasına uyur qəlbimiz. 
Oyuna giririk oyunumuzla, 
Oyun təməlini qoyur qəlbimiz. 
Oyun oynayırıq əl havasına, 
Ağız havasına, dil havasına. 
Gözümüz, qaĢımız, ayaqlarımız, 
Ruhumuz oynayır qol havasına. 
Oyun oynayırıq dərd havasına, 
Namərd havasına, mərd havasına. 
Saz ilə, söz ilə oynayırıq biz, 
Göz ilə, köz ilə oynayırıq biz. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
174 
 
Oyun oynayırıq öz səsimizlə, 
Oyuna giririk öz-özümüzlə. 
Olumu, ölümü ölüm sayırıq, 
Əməli, əcəli oyun sayırıq. 
Fələyi, küləyi, taleyi, baxtı, 
Oyuna qoyuruq zamanı, vaxtı. 
Oyuna qoyuruq öz ömrümüzü, 
Udub-uduzuruq öz-özümüzü. 
 
                    *** 
 
Bax, oyunun gözləri 
Oyum-oyum oynayır. 
Qanı coĢur damarda, 
Qayım-qayım qaynayır. 
Oyunun sevincindən 
Sümükləri gül açır. 
Çırtlayır arzuları, 
Diləkləri dil açır. 
Halay vurur, qıy vurur, 
Qolları yallı gedir. 
Oyunun ayaqları 
Gör, necə yelli gedir. 
Dövrə vurur, hay vurur, 
Halay vurur, qıy vurur. 
Əlləri, çiyinləri, 
Haraları birləĢir, 
Ürəkləri birləĢir. 
Ayaqları güc alır 
Bir-birinin dizindən, 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                    “Duyğu yağıĢları” 
 
175 
 
Ürəkləri güc alır 
Bir-birinin gözündən. 
Güc alır arzuları, 
Güc alır diləkləri. 
Bir-birinə sıxlaĢır, 
KipləĢir biləkləri. 
Güc alır bir-birindən 
Oyun Ģidirğı gedir, 
Oyun qızır,elə bil 
Ov üstə qırğı gedir. 
Oyun doğur oyundan, 
Oyun udur, uduzur, 
Gah boĢalır, gah yanır, 
Oyun yenidən qızır. 
Oyunun uduzduğu 
Göz yaĢı, dərd, zəhərdir. 
Oyun öz oyununda 
Qalibiyyət, zəfərdir. 
 
 
 
AÇIQ  OYUN 
 
 
Ətrafında saysız-hesabsız oyun halqaları, oyun 
dairələri elə sıxlaşmışdı ki, özünün oyun çevrələrinin 
hansı qatında olduğunu artıq müəyyənləşdirə də 
bilmirdi. 
 
Bütün ömrünü oyuna həsr eləmişdi.Oyun 
qaydalarının tarixini öyrənir, oyun nəzəriyyələri 
haqqında tədqıqatlar aparır, oyun 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxananın e-nəşri 
Nisə Bəyim.                   “Duyğu yağıĢları” 
176 
 
qanunauyğunluqları barəsində kitablar yazır, kəşflər 
edir, saysız-hesabsız məqalələr çap etdirirdi.Oyunun 
sosialogiyası, oyunun psixologiyası, oyunun 
fiziologiyası, oyunun filantropiyası haqqında 
tədqiqatlardan sonra, yeni bir eşqə düşərək, “Oyun 
divanı”nı yazırdı. Onun təbirincə, bu, oyunun 
özünüdərki və etirafı olmalı idi. 
 
Bütün bu əzab-əziyyətlərə, başgicəlləndirici 
yaradıcılıq axtarışlarına baxmayaraq, hamının 
indiyə qədər bildiklərindən bir o qədər də uzağa 
getməmişdi.Onu da anlamışdı ki, bu insan adlanan 
məxluq çox inadkar, tərs, zəif və ağılsız bir 
varlıqdır.Niyə adam yalnız bildikləri şeylər haqqında 
daha çox düşünür, bilmədiyi və tanımadığı  
məfhumları yaxınına, ağlına buraxmaq istəmir? Belə 
suallar onun yuxusuz gecelerini yorur, ona rahatlıq 
vermir və gələcəkdə “Oyunun müəmması və qorxusu 
haqqında” yeni kitab yazmağı planlaşdırırdı. 
 
Onun oyun sisteminin ən böyük kəşfi bundan 
ibarət idi ki, oyun qaydalarından asılı olmayaraq,son 
nəticədə udanlar uduzanları, uduzanlar da udanları 
məhv etmək arzusunda bulunmalı idilər. 
 
Onun oyun sistemi yalnız başqaları üçün 
idi.Özünü isə oyundankənar hiss edirdi.Lakin bu o 
demək deyil idi ki, o özünü başqasından daha yüngül, 
daha rahat, daha asudə hiss edir, əksinə, o, şüurlu 
olaraq özünü ömürlük tamaşaçı peşəsinə məhkum 
eləmişdi.Öz havasına oynayanlar, özgə havasına 
canı-dildən oynayanlar və oynaya bilməyənlər, hətta 


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə