www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
98
Kim öyrətdi dəllallığı
Min hava çalan dilinə?
Nə vaxt aldandı gözlərin,
Ilk haram tutan əlinə?
Bir çıxmıĢdın haqq yoluna,
Hardadır yarın-yoldaĢın,
Hanı kəndiri kəsilib,
Quyuda qalan qardaĢın?
Öz əlinlə od söndürüb,
Öz baĢına kül ələdin,
Könlünün billur qəsrini
Nəfsinlə bərbad elədin...
Nə can cisminin içində,
Nə də çölündə qalmadın,
Varla –yoxun arasında,
Adam,sən adam olmadın...
***
...Qar deyil,mirasdı bu...
yağıb qaĢıma,baĢıma,
mən indi oxĢayıram
atama,qardaĢıma...
Ömür qurulu saat,
keçib gedən bu həyat,
bütün külli-kainat
yüklənib yaddaĢıma...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
99
Göydən asılan - ahım,
yerə düĢən tamahım,
məndən əvvəl günahım
yazılıb baĢ daĢıma...
***
Sözüm gedən uzaqlardan
Bir Ģad xəbər gəldiyi yox...
Könül aydan,gündən sorar,
Vaxtın da bir bildiyi yox...
Haqq-ədalət düĢmür yada,
Dövran olub haramzada...
Vaxtın da baĢı qəzada,
Baxtın üzə güldüyü yox...
Ağlamaqla dərd kiçilməz,
Yata-yata yol keçilməz,
Diriyə kəfən biçilməz,
Ölənin də öldüyü yox...
***
Tükəndi vaxtın tabı
Əldən-ayaqdan uzaq...
Bu dünya gor əzabı,
GəliĢ- gediĢi yasaq...
Imtiyazsız intihar
Ömrə qurulmuĢ tuzaq...
BaĢı dərd, zirvəsi qəm,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
100
Kötüyü qazıq-qazıq...
Dostlar çəkib getdilər,
Qalan düĢmənə yazıq...
***
“Keçər” – deyiblər atalar,
Dövran da dolanıb keçər,
Candan qopan ayrıntılar
Üst-üstə qalanıb köçər...
Əldən-ayaqdan olarıq,
Bir küncdə möhtac qalarıq,
Qəmdən bir yorğan salarıq,
Əcəl bizə kəfən biçər...
Vaxt sürünər dizin-dizin,
Baxt itirər dadın-duzun...
Dəyib düĢən ömrümüzün
ġirəsini ölüm içər...
***
Ömür – bir yol,
baĢlanğıcdan
Necə tutsan,elə gedir...
Doğru – yolun axırına,
Əyri sağa ,sola gedir...
Gün kiçilir udum-udum,
Dərd keçilir addım-addım,
Yola yolçu olan adam
Ilanla da yola gedir...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
101
Dövranla rüzgar qarıĢıb,
Ölüm boy-boya dolaĢıb,
Xeyirlə Ģər qoĢalaĢıb,
Əməllə qol-qola gedir...
***
Dərdin əksi düĢüb suya,
Vaxt qalıb boĢ saya-saya,
Bezib baĢ əymə dünyaya,
Yanında dost var,düĢmən var...
Qoyma üstünə qəm yağa,
Əyilərsən yıqa-yığa,
Könül üçün ağlamağa
Ġki göz,bulaq-çeĢmən var...
Dol deməklə ,ömür dolmur,
Ġlə qalmır,yelə qalmır,
Bilib üzə demək olmur,
Sonunda qəsd var, qurĢun var...
***
Ölüm havası vardı,
Kimsə yaxın gəlmədi,
Kimsə canına qıyıb
Ölüm üçün ölmədi...
Dostları ilə paylaş: |