www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
106
***
Hardansa yol tapar
qara –qorxular,
uğursuz buludlar çökər üstünə,
hirslə çiliklənən qapqara gecə,
təlaĢ örtüyünü çəkər üzünə...
Ayrıla bilməzsən qarıĢığından,
Gömülər içinə qurğuĢun kimi.
Yarıb dərinliyin ərintisini,
Çaxar qaranlığa tərs qurĢun kimi.
Göylərin qeyzlə yerə qovduğu
Sərsəri küləklər baĢında oynar,
Hiddərlə çaxnaĢan ildırımların
Dəli tufanları gözündə qaynar...
Yol tapar yuxuna sürünən kədər,
Get- gedə sıxlaĢar vaxtın qüssəsi.
Yağıb ağırlaĢan göz yaĢlarını
Dəlib keçə bilməz qəlbinin səsi.
BaĢında çatlayar baxtın yazısı,
Zamanı əyirib ömür hörərsən...
Gözünü açanda sən bu dünyanın
Bütün yollarını bağlı görərsən.
***
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
107
Zaman və mən
Gözümü dünyaya zamanla açdım,
Zamanla anladım külli-varlığı...
Zamanla birlikdə mən də dəyiĢdim,
Zamanla ayırdım qaradan ağı...
Əlini əlimdən çəkib qopardı,
Gizlənpaç oynadıq zamanla bəzən.
Biri birimizi tuta bilmədik,
Mən qovdum ,o qaçdı,o qovanda
mən.
Zamanla dəyiĢdi bütün ölçülər,
Günlər bir il kimi gəlirdi mənə,
Ayların, illərin uzaqlığında,
Ġllər də gün kimi göründü mənə.
Zamanın öz vaxtı,mənim öz vaxtım,
O yaman tələsdi mən gecikəndə.
Əlimə dolaĢdı ən dar macalda,
Hardasa ləngidi mən gözləyəndə.
Günlər nəfəs-nəfəs qısalıb itdi,
Yükünü üstündən ata bilmədi.
Yoxluğu o qədər böyüdü bəzən,
Yüyürüb bir ana çata bilmədi.
Zamanı olanlar zamanla getdi,
Kimlərsə tələsib zamansız öldü...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
108
Tuta bilməyənlər vaxtın ucundan,
Sonuncu ümiddən əli üzüldü.
Itdi etibarı vaxtın, məqamın,
Tezinə - gecinə inam qalmadı.
Geri qayıtmadı bircə anı da,
“Sonra” söylədiyim heç vaxt
olmadı...
Hər Ģeyi götürüb getdi özüylə,
Mən qaldım zamansız...
heç yoxmuĢ kimi...
Ġndi də zamanın zamansız üzü
Çəkir arxasınca mənsiz kölgəmi...
***
Məndən daha uzaqlar
Mənim bu dünyayla bağım yox
kimi,
Süzülən bir damla yaĢ
üstündəyəm...
Yoxluğun yellənən asılqanında
Qərarsız, davamsız boĢ
üstündəyəm...
Gözümün çəkdiyi bütün yolların
Ağrısı çəkilib vaxtın üzünə...
Qadağa qoyulmuĢ xatirələrdən
Hərdən qan sıçrayır ömrün gözünə...
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxananın e-nəşri
Nisə Bəyim. “Duyğu yağıĢları”
109
YaddaĢı itirmək -uğursuz səbəb,
Unutmaq-faydasız ,vecsiz bəhanə,
Altını üstünə çevirmək üçün
Vaxtın bir anı da bəs edər mənə.
BaĢına qaynar su tökülmüĢ kimi
Günlər də azardan çətin dirçələ...
Götür-qoy etdiyim düĢüncələr də
Bəlkə,nəfəs alıb məndən dincələ...
Qıfıllı sirlərdə boğulub qalan
Qəlbin sıxıntısı yığın-yığındır.
Hər kəsin özündən uzaq tutduğu
Uzaqlıq- hər kəsdən mənə yaxındır.
Ağlımdan,qəlbimdən gizli tütduğum
O yaxın uzaqlıq məni səsləyir...
Məni bu dünyadan çəkib getməyə,
Məndən uzaqlarda bir mən
gözləyir...
***
Dünyayla aranda qalan
Dərdini bir Ģama söylə,
Ovsunla dolub- boĢalan
Sehrli bir cama söylə.
Ağzını tut boĢ quyuya,
Dostları ilə paylaş: |