www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
306
306
2 4 - c ü F Ə S Ġ L
TƏLĠM PSĠXOLOGĠYASI
Qısa xülasə
Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi
problemi kimi. Təlim psixologiyası pedaqoji psixologiyanın əsas
sahələrindən biridir. Təlimin nəzəri və tətbiqi problemləri. Təlimin
mahiyyəti və qanunauyğunluqları. Təlim prosesində bilik, vərdiĢ və
bacarıqların yaranması. Təlimin müvəffəqiyyətinin nəyi öyrətməkdən,
kimin öyrətməsindən və kimi öyrətməkdən asılılığı. Təlim fəaliyyətinin
strukturu.
Təlim və psixi inkiĢaf. Təlim və psixi inkiĢafın qarĢılıqlı əlaqəsi
barədə J.Piaje, C.Bruner və L.S.Vıqotskinin fikirləri. ĠnkiĢafın aktual və
yaxın səviyyyəsi. Təlimin müvəffəqiyyətində “inkiĢafın yaxın zonası”- nın
rolu.
Öyrənməyə qabillik problemi və mənimsəmə. “Öyrənməyə
qabillik” anlayıĢının meydana gəlməsi. Öyrənməyə qabillik insanın təlim
prosesində bilik, bacarıq və vərdiĢləri mənimsəməsinin sürət və
keyfiyyətinin fərdi göstəricisi kimi. Öyrənməyə qabilliyin ümumi və
xüsusi növləri. Geridə qalan Ģagirdlərin psixoloji xüsusiyyətləri. Geridə
qalan Ģagirdlərin tipləri.
Öyrənmənin müvəffəqiyyətini təmin edən amillər. Diqqət və
ustanovka öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amil kimi.
Təlim materiallarının xüsusiyyətləri öyrənmənin müvəffəqiyyətini təmin
edən xarici amil kimi.
Təlim prosesində motivasiya - tələbat sahəsinin formalaĢması.
Təlim motivləri və onların növləri. Təlim motivləri və Ģagirdlərin tələbat
sahəsinin formalaĢması. Ġnsan fəallığının daxili, xarici və Ģəxsi mənbələri.
ĠnkiĢafetdirici və tərbiyələndirici təlim.
Dərsin təĢkilinin psixoloji Ģərtləri. Müasir dərsə verilən psixoloji
tələblər. Dərsdə problemli situasiya yaradılması yolları. Dərsdə yaradılan
problemli situasiyanın tipləri. Dərsdə yaddasaxlama tərzlərindən səmərəli
istifadə etmənin Ģərtləri.
Təlimin fərdiləĢdirilməsi və diferensesiyası. ġagirdlərin özlərinin
öyrənməyə qabillikləri, əqli inkiĢaf səviyyələri, idrak imkanları və fərdi-
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
307
307
307
307
307
307
307
307
307
psixi xassələrinə və s. görə fərqlənmələri. Bununla əlaqədar təlimin fər-
diləĢdirilməsinin
zəruriliyi.
Təlimin
diferensesiyası.
Təlimin
diferensesiyası və fərdiləĢdirilməsi formaları.
VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və
tətbiqi problemi kimi
Təlim problemi bəĢəriyyətin daima diqqət mərkəzində
olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini
itirməmiĢ, əksinə özünün yeni cəhətləri ilə daha qabarıq
Ģəkildə diqqəti cəlb edən bir problemə çevrilmiĢdir. Həmin
problemin günün tələbləri səviyyəsində həlli pedaqoji
psixologiyanın qarĢısında duran əsas vəzifələrdən hesab
olunur.
Təlim problemi pedaqoji psixologiyanın qarĢısında həm
nəzəri, həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri
problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını,
qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir.
Bir nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji
strukturunun açılması, onun motivləri, məqsədləri və
vəzifələrinin dəqiqləĢdirilməsi, təlim fəaliyyətinin müasir
tələblərdən doğan konsepsiyalarının aĢkara çıxarılması
pedaqoji
psixologiyanın
həll
etməli
olduğu
əsas
problemlərdən hesab edilir.
Bu məsələlərin həlli üzərində çalıĢan psixoloqlar təlim
nəzəriyyəsini bir sıra istiqamətlərdə inkiĢaf etdirmiĢlər.
Bunları ümumiləĢdirdikdə pedaqoji psixologiyada aĢağıdakı
təlim nəzəriyyələri diqqəti cəlb edir: 1) izahlı illüstrativ (ənə-
nəvi) təlim; 2) proqramlaĢdırılmıĢ təlim; 3) fikri iĢlərin və
anlayıĢların mərhələlər üzrə təĢəkkülü nəzəriyyəsi; 4)
problemli təlim; 5) təlim nəzəri təfəkkürün inkiĢafı kimi; 6)
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
308
308
tərbiyəedici təlim.
Təlim problemi yalnız nəzəri problem olaraq qala
bilməz. Həmin problemin aĢkara çıxarılmıĢ qanunauyğun-
luqları təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin
sahədə öz səmərəsini göstərməzsə, onun əhəmiyyətindən də
danıĢmağa dəyməz. Məhz buna görə də təlim və onun
keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi
pedaqoji psixologiyanın qarĢısında durur. Təlimin forma və
metodlarından istifadəni, təlim prosesində Ģagirdlərin inkiĢa-
fının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi
zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə
verilən psixoloji tələblərin aĢkara çıxarılması bu baxımdan
xüsusi əhəmiyyət kəsb edir.
Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlim
insanın əsas fəaliyyət növlərindən biridir. Məktəb yaĢı
dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı
fəaliyyətinə çevrilir. Onun köməyi ilə Ģagirdlər müəyyən
məlumatları, hərəkətləri və davranıĢ formalarını mənim-
səyirlər. Oyundan fərqli olaraq burada subyekt öyrənmə
məqsədi güdür, ona məlum olmayan məlumatları əldə etməyə,
bu və ya digər hərəkətlərə, davranıĢ tərzlərinə yiyələnməyə
çalıĢır. Bu iĢ kor-korana deyil, Ģüurlu, planlı Ģəkildə həyata
keçirilir. Məhz buna görə də təlim prosesində aĢağıdakı
məqsədlərə nail olma baĢ verir:
a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə
təĢkil edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri
haqqında məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət
növlərini təĢkil edən yolların və əməliyyatların mənim-
sənilməsi; v) qarĢıda duran məsələnin həllində lazım olan
yolları və əməliyyatları düzgün seçmək və onlara nəzarət et-
mək üçün qeyd olunan məlumatlardan istifadə qaydalarını
mənimsəmək. Birinci halda biliklərin, ikinci halda vərdiĢlərin,
üçüncü halda isə bacarıqların yaranması baĢ verir.
Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki,
müəyyən bilik, vərdiĢ və bacarığa yiyələnmək üçün insanın