www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
312
312
vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də
onun strukturunda əsas yerlərdən birini tutur. Bu cür iĢlərə,
birinci növbədə, icraedici (təhrikedici) iĢlər daxildir. Öyrənən
adam həmin tədris iĢlərindən istifadə etmədən müvafiq bilik,
bacarıq və vərdiĢlərə yiyələnə bilməz. Bu cür iĢlər insanı
fəaliyyətə yönəldən iĢlərdir. Ona görə də burada öyrənmənin
motivləri öz təsirini göstərir. Proqram məqsədli iĢlərə
gəldikdə, bu cür tədris iĢləri proqram tələblərini ödəməklə
bağlı olan Ģifahi və yazılı çalıĢmalardan, laborator iĢlərindən
və s. ibarət olur. Fəal-əməliyyatlı tədris iĢləri Ģagirdlərin fikri
fəaliyyətini fəallaĢdırmağa yönəldilən, onlarda idrak fəallığı
yaradan iĢlərdir. Bu cür tədris iĢləri Ģagirdlərin əqli inkiĢafına
təkan verir, onları sadəcə reproduktivlikdən uzaqlaĢdırır.
Onlar oxuduqlarını yadda saxlayıb, yada salmaqla
kifayətlənmir, eyni zamanda həmin materialı dərk edir,
anlayırlar.
Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici
tədris iĢlərinin də rolu böyükdür. Bu iĢlər əsasən
qiymətləndirici, yoxlayıcı və təshihedici xarakter daĢıyır.
Bunların köməyi ilə Ģagirdlərin təlim fəaliyyətini idarə etmək
mümkün olur. Burada xüsusilə özününəzarətə keçən nəzarətin
və özünüqiymətləndirməyə keçən qiymətləndirmənin rolu
böyükdür.
VI. 24.2. Təlim və psixi inkiĢaf
Təlim və psixi inkiĢafın qarĢılıqlı əlaqəsi daima diqqəti
cəlb edən məsələlərdən biri olmuĢdur. Lakin ilk baxıĢda asan
görünən bu məsələ daim mübahisələrə səbəb olmuĢ, təlim və
psixi inkiĢafın qarĢılıqlı əlaqəsi məsələsi həmin sahədə
tədqiqat aparan alimlər tərəfindən müxtəlif istiqamətdə Ģərh
olunmuĢdur.
Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
313
313
313
313
313
313
313
313
313
tuturdu ki, təlim inkiĢafın arxasınca gedir və ona uyğunlaĢır.
Bu fikrin əksinə olaraq görkəmli rus psixoloqu L.S.Vıqotski
təlim və tərbiyənin uĢağın psixi inkiĢafında həlledici rolunu
göstərmişdir. Onun fikrincə, təlim inkişafdan irəli gedir və
onu öz arxasınca aparır.
MəĢhur Ġsveçrə psixoloqu J.Piaje də bu məsələdə
V.ġternə uyğun mövqe tutmuĢdur. O, belə hesab edir ki,
uĢağın psixi inkiĢafı özünün daxili qanunlarına malikdir və bir
sıra özünəməxsus mərhələlərdən keçir. Onun fikrincə təlim
inkiĢafa heç bir əsaslı təsir göstərə bilməz. Ona görə də təlim
inkiĢafa uyğunlaĢmalı və onun tənzim edilməsi üçün məhz
inkiĢafın səviyyəsi əsas götürülməlidir. Bununla da J.Piaje
təlimin inkiĢafetdirici təsirini kölgədə buraxır.
MəĢhur Amerika psixoloqu C.Bruner isə bu məsələdə
tamamilə baĢqa mövqe tutmuĢ, təlimin inkiĢafdakı rolunu
həddindən artıq ĢiĢirtmiĢdir. Onun fikrincə hər bir uĢaq
inkiĢafın istənilən mərhələsində, əgər həmin yaĢ üçün optimal
olan təlim metodları tapılıbsa, əgər o yaxĢı təlim edilirsə,
istənilən materialı tamamilə mənimsəyə bilər. Göründüyü
kimi C.Bruner Ģagirdlərin əqli inkiĢafında təlim prosesinin
həlledici rol oynadığını qəbul etsə də, uĢağın yaĢ hüdudlarını
silib atır.
Bütün bu fikirlər bir daha göstərir ki, təlim və psixi
inkiĢafın qarĢılıqlı əlaqəsinin düzgün müəyyənləĢdirilməsi
birinci növbədə təlimin struktur komponentlərinin dəqiq
müəyyənləĢdirilməsindən asılıdır. Bu cəhəti nəzərə alaraq
L.S.Vıqotski təlimin strukturu konsepsiyasını iĢləməyə xüsusi
fikir vermiĢ və bu sahədə əsaslı iĢlər görmüĢdür. Vıqotskinin
həmin sahədəki ideyaları, gəldiyi nəticələr onun tələbələrinin
və ardıcıllarının xüsusi təlim konsepsiyası yaratmalarına
imkan vermiĢdir.
L.S.Vıqotski bilik, bacarıq və vərdiĢlərə yiyələnmək və
ümumi keyfiyyətlərə, qabiliyyətlərə (mücərrədləĢdirmə,
ümumiləĢdirmə, ixtiyarilik) yiyələnməyin mümkün olduğunu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
314
314
aĢkara çıxarmıĢdır. O, birinci cəhəti (bilik, bacarıq və
vərdiĢlərə yiyələnməni) təlim (öyrənmə), ikincini isə inkiĢaf
adlandırmıĢdır. Onun fikrincə təlimdə mənimsəmənin əsas
predmetini bilik və mədəniyyət haqqında tarixi təcrübə təĢkil
edir.
L.S.Vıqotskiyə görə təlim inkiĢafın əsas amilidir.
Təlimin həmiĢə inkiĢafdan qabaqda getməsi və onu da
öz arxasınca aparması fikrini əsas götürən L.S.Vıqotski və
onun əməkdaĢları təlimlə əlaqədar baĢ verən əqli inkiĢafın iki
səviyyəsini və ya zonasını müəyyən etmiĢlər. Birinci
səviyyəni inkiĢafın fəal, aktual zonası adlandırmıĢlar. Bu
zonaya malik olan Ģagird gündəlik dərsləri, verilmiĢ təlim
tapĢırıqlarını müstəqil surətdə yerinə yetirir, özü baĢqasının
köməyi olmadan dərsdə müvafiq materiallardan istifadə edir.
Müəllimin Ģərh etdiyi bəzi cəhətləri izah etməyə təĢəbbüs
göstərir və nəhayət onda əqli inkiĢaf elə bir səviyyəyə çata
bilir ki, sonralar hər hansı bir məsələni heç kimə ehtiyacı
olmadan həll edə bilir. Bütün bunların nəticəsində Ģagird
bilikləri müstəqil mənimsəyir, elmlərin əsaslarına özü
yiyələnməyi bacarır.
Əqli inkiĢafın ikinci səviyyəsində isə uĢaq bir növ
yaĢlıların, müəllimin köməyilə daha yüksək nailiyyət əldə edə
bilir. L.S.Vıqotski bu inkiĢaf səviyyəsini “inkişafın yaxın
zonası” adlandırmıĢdır. L.S.Vıqotski bu münasibətlə yazır:
“UĢaq nəyi ki, yaĢlının köməyilə etmək iqtidarındadır, bu
onun yaxın inkiĢaf zonasını göstərir… Beləliklə, yaxın inkiĢaf
zonası uĢağın sabahkı gününü, onun inkiĢafının dinamik
vəziyyətini müəyyənləĢdirməkdə bizə kömək göstərir”. Təlim
öz səmərəli nəticəsini vermək və Ģagirdlərin əqli inkiĢafına
əsaslı təsir göstərmək üçün məhz “inkiĢafın yaxın zonası”na
uyğun təĢkil olunmalıdır. Təlimin məzmununu, forma və
vasitələrini seçərkən bu tələb birinci tələb kimi nəzərə
alınmalıdır.
Ona görə də L.S.Vıqotski haqlı olaraq göstərir ki, uĢağın
öyrənməyə qabil olmadığı iĢləri ona öyrətməyə çalıĢmaq,
Dostları ilə paylaş: |