www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
321
321
321
321
321
321
321
321
321
VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin
edən amillər
Adətən, öyrənmənin müvəffəqiyyətini təmin edən
amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin
daxili amillərini bir növ subyektiv amillər adlandırmaq
mümkündür. Bu cür subyektiv amillərdən xüsusilə təlimin
motivlərini aid etmək olar. Sonrakı bölmədə təlim
motivlərinin mahiyyəti və növləri, onların öyrənməyə təsiri
qeyd olunduğuna görə burada onları Ģərh etmirik.
Psixoloji ədəbiyyatda öyrənmənin müvəffəqiyyətini
təmin edən daxili amil kimi diqqət və ustanovkaya xüsusi yer
verirlər. Bizə hər an saysız-hesabsız cisim və hadisələr təsir
edir. Bunların içərisindən hal-hazırda bizə lazım olan, tanımaq
və öyrənmək, mənimsəmək istədiyimiz cisim və hadisələri
ayıra, seçə bilmədən qarĢımıza qoyduğumuz məqsədə nail ola
bilmərik. Bunlar isə diqqətin bilavasitə iĢtirakı olmadan
mümkün deyildir. Xüsusilə təlim fəaliyyətində diqqətin
oynadığı rolu nəzərə alaraq K.D.UĢinski yazmıĢdır: «Diqqət
Ģüurumuzun elə bir yeganə qapısıdır ki, Ģüurumuzda olan hər
bir Ģey mütləq buradan keçir. Ona görə də Ģagirdləri təlim
prosesində həmin qapını açıq saxlamağa alıĢdırmaq lazımdır».
Təcrübə göstərir ki, müəllim dərsdə Ģagirdlərin diqqətini təĢkil
etməyi bacarmasa heç bir informasiyanı mənimsədə bilməz.
Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən
ən mühüm daxili amillərdən biri kimi özünü göstərir. Bu
cəhəti nəzərə alaraq müəllim təlim prosesində diqqətin
qanunauyğunluqlarından geniĢ istifadə etməlidir.
Qeyd etdiyimiz kimi öyrənmənin, mənimsəmənin
səmərəliliyini təmin edən digər daxili amil ustanovkadır.
Ġnformasiyaların seçilməsi, iĢlənməsi və onlardan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
322
322
istifadə edilməsi prosesində insan Ģəxsiyyətinin təzahür etmə
halını psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə
tələbatı müəyyən tərzdə təmin etməyə hazırlıq baĢa düĢülür.
Ustanovka müəyyən bir fəaliyyətə Ģəxsiyyət tərəfindən dərk
edilməyən hazırlıq halətidir. AparılmıĢ müĢahidə və
eksperimentlər fərdin ustanovkasının təlim fəaliyyətində
mühüm əhəmiyyətə malik olduğunu göstərmiĢdir.
Məsələn, psixoloji eksperiment zamanı iki qrupda eyni
material eyni yolla öyrədilmiĢ, hər iki qrupda eyni miqdarda
təkrar aparılmıĢdır. Lakin qrupların birinə qabaqcadan
xəbərdarlıq edilmiĢdir ki, həmin materialı necə öyrəndiklərini
soruĢana qədər bir daha təkrar aparılmayacaq, istənilən vaxt
onlar yoxlanıla bilərlər. Ġkinci qrupa materialı öyrənmək
tapĢırılarkən bildirilmiĢdir ki, yoxlamadan əvvəl mütləq
materialı bir daha təkrar etməyə imkan olacaqdır. Sonradan
gözlənilmədən hər iki qrupda sorğu aparılmıĢdır. Nəticədə
birinci qrupa nisbətən ikinci qrupun nümayəndələri bir daha
təkrar edəcəklərini zənn edərək materialı pis yadda
saxlamıĢlar. Onlarda verilən materialı qəti, birdəfəlik
öyrənmək ustanovkası yaranmamıĢdır.
AparılmıĢ psixoloji tədqiqatlar göstərmiĢdir ki, bu cür
öyrənmə ustanovkası qarĢıya qoyulan yaddasaxlama məqsədi,
yaddasaxlamanın müddəti, möhkəmliyi və xarakterindən
asılıdır. Hər Ģeydən əvvəl öyrənmə o zaman səmərəli olur ki,
Ģagird öz qarĢısına yaddasaxlama məqsədi qoysun. Təcrübə
göstərir ki, qarĢıya öyrənmək, yadda saxlamaq məqsədi
qoymadan səmərəli yaddasaxlama mümkün deyildir. Bəzən
Ģagird müəyyən bir materialı oxuyur və ya dinləyir. Lakin
qarĢısında onu öyrənmək, yadda saxlamaq məqsədi
qoymadığına görə suallara ya ötəri cavab verir, ya da heç cür
cavab verə bilmir. Onun yadında olsa-olsa emosional cəhətdən
təsirli faktlar qalmıĢ olur. Bəzi Ģagirdlər belə halda «bilmədim
soruĢacaqsınız» tipli cavablarla yaxalarını qurtarmağa
çalıĢırlar. ġagirdin qarĢısında yaddasaxlama məqsədi
qoyduqda (istər müəllim, istərsə də Ģagirdin özü tərəfindən) o,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
323
323
323
323
323
323
323
323
323
verilən materialı yaxĢı öyrənir. Ona görə də müəllim təlim
fəaliyyətində öyrənmənin həmin səmərəli yolunu nəzərdən
qaçırmamalıdır, Ģagirdləri həmiĢə öyrənmə zamanı öz
qarĢılarına yaddasaxlama məqsədi qoymağa alıĢdırmalıdır.
Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici
amillər. Öyrənmənin müvəffəqiyyətini təmin edən xarici
amillər təlim materialının xüsusiyyətləri ilə bağlıdır. Bu
xüsusiyyətlər çoxdur. Psixoloqların apardıqları tədqiqatlar
həmin xüsusiyyətlərin sistemini müəyyənləĢdirməyə imkan
vermiĢdir.
Təlim materiallarının xarici amil kimi öyrənmənin
müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi
onun məzmunudur. Təlim materiallarının əsas məzmununu
məlumatlar, anlayıĢlar, prinsiplər, qaydalar, bacarıq və vərdiĢ-
lər təĢkil edə bilir. Həmin məzmunun düzgün seçilməsi
təlimin səmərəliliyi üçün zəruridir. Təlim materialları
məzmunca dolğun, anlayıĢları dəqiq açacaq, Ģagirdlərin yaĢ və
bilik səviyyələrinə uyğun olmalıdır.
Təlim materialını öyrənmənin müvəffəqiyyətini təmin
edən xarici amil kimi ikinci mühüm xüsusiyyəti onun
formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik
ola bilər. Forma etibarilə o, əĢyavi, obrazlı, sözlü və simvolik
Ģəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının
hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır.
Ona görə də təlimin həmin formalarından və onların
xüsusiyyətlərindən asılı olaraq öyrənmə, mənimsəmə də
müxtəlif Ģəkildə gedir. Bu baxımdan təlim prosesində həmin
cəhətlərin nəzərə alınması zəruridir. Müəyyən yaĢ dövründə
təlim materialının müvafiq formasından istifadə olunması
öyrənmənin müvəffəqiyyətini təmin etmək üçün mühüm
əhəmiyyətə malikdir.
Psixoloji tədqiqatlar əsasında materialın formaca
düzgün tərtib edilməsinə verilən psixoloji tələblər müəyyən-
ləĢdirilmiĢdir. Bu tələblərə düzgün əməl edilməsi təlim
Dostları ilə paylaş: |