MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə183/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   179   180   181   182   183   184   185   186   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



321 

321 


321 

321 


321 

321 


321 

321 


321 

 

VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin 

edən amillər 

 

Adətən,  öyrənmənin  müvəffəqiyyətini  təmin  edən 

amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin 

daxili  amillərini  bir  növ  subyektiv  amillər  adlandırmaq 

mümkündür.  Bu  cür  subyektiv  amillərdən  xüsusilə  təlimin 

motivlərini  aid  etmək  olar.  Sonrakı  bölmədə  təlim 

motivlərinin  mahiyyəti  və  növləri,  onların  öyrənməyə  təsiri 

qeyd olunduğuna görə burada onları Ģərh etmirik.  

Psixoloji  ədəbiyyatda  öyrənmənin  müvəffəqiyyətini 

təmin edən daxili amil kimi diqqət və ustanovkaya xüsusi yer 

verirlər.  Bizə  hər  an  saysız-hesabsız  cisim  və  hadisələr  təsir 

edir. Bunların içərisindən hal-hazırda bizə lazım olan, tanımaq 

və  öyrənmək,  mənimsəmək  istədiyimiz  cisim  və  hadisələri 

ayıra, seçə bilmədən qarĢımıza qoyduğumuz məqsədə nail ola 

bilmərik.  Bunlar  isə  diqqətin  bilavasitə  iĢtirakı  olmadan 

mümkün  deyildir.  Xüsusilə  təlim  fəaliyyətində  diqqətin 

oynadığı  rolu  nəzərə  alaraq  K.D.UĢinski  yazmıĢdır:  «Diqqət 

Ģüurumuzun elə bir yeganə qapısıdır ki, Ģüurumuzda olan hər 

bir  Ģey  mütləq  buradan  keçir.  Ona  görə  də  Ģagirdləri  təlim 

prosesində həmin qapını açıq saxlamağa alıĢdırmaq lazımdır». 

Təcrübə göstərir ki, müəllim dərsdə Ģagirdlərin diqqətini təĢkil 

etməyi  bacarmasa  heç  bir  informasiyanı  mənimsədə  bilməz. 

Ona görə də diqqət öyrənmənin müvəffəqiyyətini təmin edən 

ən  mühüm  daxili  amillərdən  biri  kimi  özünü  göstərir.  Bu 

cəhəti  nəzərə  alaraq  müəllim  təlim  prosesində  diqqətin 

qanunauyğunluqlarından geniĢ istifadə etməlidir. 

Qeyd  etdiyimiz  kimi  öyrənmənin,  mənimsəmənin 

səmərəliliyini təmin edən digər daxili amil ustanovkadır.  

Ġnformasiyaların  seçilməsi,  iĢlənməsi  və  onlardan 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

322 



322 

istifadə  edilməsi  prosesində  insan  Ģəxsiyyətinin  təzahür  etmə 

halını psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə 

tələbatı  müəyyən  tərzdə  təmin  etməyə  hazırlıq  baĢa  düĢülür. 

Ustanovka  müəyyən  bir  fəaliyyətə  Ģəxsiyyət  tərəfindən  dərk 

edilməyən  hazırlıq  halətidir.  AparılmıĢ  müĢahidə  və 

eksperimentlər  fərdin  ustanovkasının  təlim  fəaliyyətində 

mühüm əhəmiyyətə malik olduğunu göstərmiĢdir. 

Məsələn,  psixoloji  eksperiment  zamanı  iki  qrupda  eyni 

material  eyni  yolla  öyrədilmiĢ,  hər  iki  qrupda  eyni  miqdarda 

təkrar  aparılmıĢdır.  Lakin  qrupların  birinə  qabaqcadan 

xəbərdarlıq edilmiĢdir ki, həmin materialı necə öyrəndiklərini 

soruĢana  qədər  bir  daha  təkrar  aparılmayacaq,  istənilən  vaxt 

onlar  yoxlanıla  bilərlər.  Ġkinci  qrupa  materialı  öyrənmək 

tapĢırılarkən  bildirilmiĢdir  ki,  yoxlamadan  əvvəl  mütləq 

materialı  bir  daha  təkrar  etməyə  imkan  olacaqdır.  Sonradan 

gözlənilmədən  hər  iki  qrupda  sorğu  aparılmıĢdır.  Nəticədə 

birinci  qrupa  nisbətən  ikinci  qrupun  nümayəndələri  bir  daha 

təkrar  edəcəklərini  zənn  edərək  materialı  pis  yadda 

saxlamıĢlar.  Onlarda  verilən  materialı  qəti,  birdəfəlik 

öyrənmək ustanovkası yaranmamıĢdır. 

AparılmıĢ  psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  bu  cür 

öyrənmə ustanovkası qarĢıya qoyulan yaddasaxlama məqsədi, 

yaddasaxlamanın  müddəti,  möhkəmliyi  və  xarakterindən 

asılıdır. Hər Ģeydən əvvəl öyrənmə o zaman səmərəli olur ki, 

Ģagird  öz  qarĢısına  yaddasaxlama  məqsədi  qoysun.  Təcrübə 

göstərir  ki,  qarĢıya  öyrənmək,  yadda  saxlamaq  məqsədi 

qoymadan  səmərəli  yaddasaxlama  mümkün  deyildir.  Bəzən 

Ģagird  müəyyən  bir  materialı  oxuyur  və  ya  dinləyir.  Lakin 

qarĢısında  onu  öyrənmək,  yadda  saxlamaq  məqsədi 

qoymadığına görə suallara ya ötəri cavab verir, ya da heç cür 

cavab verə bilmir. Onun yadında olsa-olsa emosional cəhətdən 

təsirli faktlar qalmıĢ olur. Bəzi Ģagirdlər belə halda «bilmədim 

soruĢacaqsınız»  tipli  cavablarla  yaxalarını  qurtarmağa 

çalıĢırlar.  ġagirdin  qarĢısında  yaddasaxlama  məqsədi 

qoyduqda (istər müəllim, istərsə də Ģagirdin özü tərəfindən) o, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



323 

323 


323 

323 


323 

323 


323 

323 


323 

verilən  materialı  yaxĢı  öyrənir.  Ona  görə  də  müəllim  təlim 

fəaliyyətində  öyrənmənin  həmin  səmərəli  yolunu  nəzərdən 

qaçırmamalıdır,  Ģagirdləri  həmiĢə  öyrənmə  zamanı  öz 

qarĢılarına yaddasaxlama məqsədi qoymağa alıĢdırmalıdır.  

Öyrənmənin  müvəffəqiyyətini  təmin  edən  xarici 

amillər.  Öyrənmənin  müvəffəqiyyətini  təmin  edən  xarici 

amillər  təlim  materialının  xüsusiyyətləri  ilə  bağlıdır.  Bu 

xüsusiyyətlər  çoxdur.  Psixoloqların  apardıqları  tədqiqatlar 

həmin  xüsusiyyətlərin  sistemini  müəyyənləĢdirməyə  imkan 

vermiĢdir. 

Təlim  materiallarının  xarici  amil  kimi  öyrənmənin 

müvəffəqiyyətini  təmin  edən  xüsusiyyətlərindən  birincisi 

onun  məzmunudur.  Təlim  materiallarının  əsas  məzmununu 

məlumatlar, anlayıĢlar, prinsiplər, qaydalar, bacarıq və vərdiĢ-

lər  təĢkil  edə  bilir.  Həmin  məzmunun  düzgün  seçilməsi 

təlimin  səmərəliliyi  üçün  zəruridir.  Təlim  materialları 

məzmunca dolğun, anlayıĢları dəqiq açacaq, Ģagirdlərin yaĢ və 

bilik səviyyələrinə uyğun olmalıdır.  

Təlim  materialını  öyrənmənin  müvəffəqiyyətini  təmin 

edən  xarici  amil  kimi  ikinci  mühüm  xüsusiyyəti  onun 

formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik 

ola bilərForma etibarilə o, əĢyavi, obrazlı, sözlü və simvolik 

Ģəkildə ifadə edilir. Təlim materialının göstərilən formalarının 

hər birinin özlərinə məxsus dil və üslub xüsusiyyətləri vardır. 

Ona  görə  də  təlimin  həmin  formalarından  və  onların 

xüsusiyyətlərindən  asılı  olaraq  öyrənmə,  mənimsəmə  də 

müxtəlif  Ģəkildə  gedir.  Bu  baxımdan  təlim  prosesində  həmin 

cəhətlərin  nəzərə  alınması  zəruridir.  Müəyyən  yaĢ  dövründə 

təlim  materialının  müvafiq  formasından  istifadə  olunması 

öyrənmənin  müvəffəqiyyətini  təmin  etmək  üçün  mühüm 

əhəmiyyətə malikdir.  

Psixoloji  tədqiqatlar  əsasında  materialın  formaca 

düzgün  tərtib  edilməsinə  verilən  psixoloji  tələblər  müəyyən-

ləĢdirilmiĢdir.  Bu  tələblərə  düzgün  əməl  edilməsi  təlim 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə