MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə179/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   175   176   177   178   179   180   181   182   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



309 

309 


309 

309 


309 

309 


309 

309 


309 

fəaliyyəti  Ģüurlu  məqsədlərlə  idarə  olunsun.  Həqiqi 

mənimsəmə həmiĢə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı 

olan  fəal  prosesdir.  Belə  mənimsəmə  nəticəsində  əldə  edilən 

biliklər  müəyyən  sistem  təĢkil  edir  və  təcrübəyə  tətbiq  oluna 

bilir. 


Təlim  şagirdlərin  biliklər  sistemini  mənimsəmələrinə 

və  həmin  bilikləri  təcrübəyə  tətbiq  etmək  üçün  lazım  olan 

vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü 

idrak fəaliyyətidir.  

Təlim  məqsədəyönəlmiĢ  prosesdir.  Burada  insanın 

öyrənməsi  baĢ  verir.  Lakin  hər  cür  öyrənməni  təlim  adlan-

dırmaq  olmaz.  Yalnız  mütəĢəkkil,  məqsədəuyğun  və  planlı 

öyrənmə prosesini təlim adlandırmaq olar. 

Adətən, təlimdən danıĢarkən müəllimin buradakı rolunu 

nəzərə  alırıq.  Təlim  prosesində  öyrədən  müəllim  və  öyrənən 

Ģagird  mövcud  olur.  Onların  qarĢılıqlı  təsiri  Ģəraitində,  həm 

müəllim, həm də Ģagirdin fəallığının təsiri altında Ģagird bilik 

və vərdiĢlər əldə edir. Müəllim isə həmin prosesi idarə edir. 

Təlimin  müvəffəqiyyəti  psixoloji  cəhətdən  bir-biri  ilə 

bağlı  olan  üç  amildən  asılıdır:  nəyi  öyrədirlər,  kim  və  necə 

öyrədir, kimi öyrədirlər.  



Birincisi,  təlimin  xarakteri,  bu  sahədə  müvəffəqiyyətin 

əldə  edilməsi  mənimsənilməli  olan  materialdan,  onun 

məzmunu  və  sistemindən  asılıdır.  Ona  görə  də  təlimin  məz-

mununun  düzgün  seçilməsinə  xüsusi  diqqət  yetirilməlidir. 

Məzmun  düzgün  seçilmədikdə,  sistemsiz  və  pərakəndə 

olduqda,  öyrənilməsi  nəzərdə  tutulan  məfhumlar  lazımi 

səviyyədə  açılmadıqda  mənimsəmənin  səmərəli  gedəcəyinə 

ümid bəsləmək olmaz. Ona görə də öyrənilən fənlərin siyahı-

sını  və  həcmini  dəqiqləĢdirmək,  dərs  proqramlarının  və 

dərsliklərin  həddən  artıq  yüklənməsini  aradan  qaldırmaq, 

bunları  lüzumsuz  mürəkkəbləĢdirilmiĢ,  ikinci  dərəcəli 

materialdan  təmizləmək;  tədris  fənnləri  haqqında  əsas 

anlayıĢları  və  ümdə  ideyaları  son  dərəcə  aydın  ifadə  etmək, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

310 



310 

elm  və  təcrübənin  yeni  nailiyyətlərinin  bunlara  da  lazımınca 

əks olunmasını təmin etmək lazımdır. 

Adətən,  təlimin  məzmunu  düzgün  seçilmədikdə, 

Ģagirdlərə  dolaĢıq,  çətin,  ikinci  dərəcəli,  o  qədər  də  yenilik 

xarakteri  daĢımayan  materiallar  təqdim  olunduqda  onlarda 

asanlıqla  həmin  materiallara  qarĢı  psixoloji  doyumluluq 

yaranır. Təlim prosesindəki fəallıqları aradan qalxır. 



İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə 

edilməsi öyrədən adamın - müəllimin Ģəxsi keyfiyyətlərindən, 

pedaqoji  və  metodiki  ustalığından,  hər  bir  halda  tətbiq  etdiyi 

konkret  tədris  metodundan,  Ģagirdlərin  psixologiyasını  də-

rindən  bilməsindən  və  s.  asılıdır.  Müəllim  öz  Ģəxsi 

keyfiyyətləri  ilə  Ģagirdlərə  nümunə  olmalıdır.  Yüksək 

pedaqoji bacarıq və qabiliyyətlərə malik olmayan müəllim öz 

vəzifəsinin  öhdəsindən  lazımınca  gələ  bilməz.  Onda  yüksək 

pedaqoji 

mərifət, 

pedaqoji 

ünsiyyət 

keyfiyyəti 

formalaĢmalıdır.  Müəllim  təlim  materialını  didaktik  yolla 

iĢləyərək  Ģagirdlərə  zəruri  məlumatı  verməyi,  onların 

fəaliyyətini  səfərbər  edə  bilməyi,  Ģagirdlərin  əqli  inkiĢafına 

təkan  verməyi  bacarmalıdır.  Təlimin  müasir  metodlarından 

yerli-yerində  istifadə  edə  bilməyən  müəllim  öz  vəzifəsinin 

öhdəsindən lazımınca gələ bilməyəcəkdir.  

Nəhayət,  üçüncüsü,  təlim  prosesi  öyrədilənin-Ģagirdin 

xüsusiyyətlərindən,  onun  fərdi  psixi  inkiĢaf  xüsusiyyət-

lərindən  (əqli,  emosional,  iradi),  onda  təlimə  qarĢı 

münasibətin  yaranmasından,  onun  meyl  və  maraqlarından, 

tələbat  və  öyrənməyə  qabillik  imkanlarından  da  çox  asılıdır. 

BaĢqa  sözlə,  təlim  prosesi  Ģagirdlərin  fərdi-psixoloji  və  yaĢ 

xüsusiyyətləri  ilə  sıx  bağlıdır.  Bu  cəhətlər  nəzərə  alınmadan 

təlim  fəaliyyətini  təĢkil  etmək  və  lazımi  müvəffəqiyyətə  nail 

olmaq mümkün deyildir.  



Təlim fəaliyyətinin strukturu. Ġnsan təlimin köməyi ilə 

bəĢəriyyətin  təcrübəsinə  yiyələnir.  Bu  təcrübəni  öyrənmədən 

onun  həyatda  baĢ  çıxarması  mümkün  deyildir.  Həmin 

təcrübənin  öyrənilməsinin,  mənimsənilməsinin  baĢlıca  yolu 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



311 

311 


311 

311 


311 

311 


311 

311 


311 

isə  təlimdir.  Ona  görə  də  öyrənmənin  strukturunu  bilmədən, 

bu strukturu nəzərə almadan təlim fəaliyyətini təĢkil etmək də 

çətinləĢərdi.  Öyrənmənin,  təlimin  psixoloji  strukturuna 

aĢağıdakı  komponentləri  daxil  etmək  mümkündür:  İdrak 

tələbatları,  təlim  motivləri  təlim  məqsədləri  və  vəzifələri, 

tədris 

işləri, 

özünənəzarətə 

keçən 

nəzarət, 

özünüqiymətləndirməyə keçən qiymətləndirmə. 

Tədris  iĢləri  də  müxtəlif  olur.  Buraya  təhrikedici 

(icraedici),  proqram-məqsədli,  fəal  əməliyyatlı,  nəzarət-

tənzimedici  (qiymətləndirici,  yoxlayıcı,  təshihedici)  iĢləri  aid 

etmək olar. 

Ümumiyyətlə,  psixoloji  tədqiqatlar  əsasında  əldə  edil-

miĢ faktlar belə bir cəhəti əsaslandırmağa imkan verir ki, idrak 

tələbatlarının ödənilməsi insanın normal Ģəkildə inkiĢafı üçün 

zəruri Ģərtdir. Eyni cəhət insanın öyrənməsinə, təlim fəaliyyə-

tinə  də  aiddir.  Öyrənmə  məhz  insanın  idrak  tələbatlarından 

baĢladıqda  onun  fəallığını  təmin  edən  əsas  amilə,  motivə 

çevrilir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  vasitəsiz  motiv  olan 

idrak  motivləri  ilə  yanaĢı,  vasitəli  motivlər  də  Ģagirdi 

öyrənməyə  təhrik  edir.  Bu  mənada  təlimin  motivləĢməsi, 

motivasiya sahəsinin yaranması mühüm əhəmiyyətə malikdir. 

Təlim  motivləri  barədə  sonrakı  bölmədə  qeyd  olunduğuna 

görə burada həmin məsələni geniĢ Ģərh etmirik. 

Öyrənmənin  strukturunda  təlim  məqsədləri  və 



vəzifələrinin  də  özünəməxsus  yeri  və  rolu  vardır.  Məhz  bu 

cəhət  öyrənmənin  təlim  xarakteri  daĢımasına  imkan  verir. 

BaĢqa  sözlə,  öyrənmə  planlı,  müəyyən  məqsəd  və  vəzifələri 

yerinə yetirəcək Ģəkil aldıqda təlimə çevrilir, bilik bacarıq və 

vərdiĢlərin  mənimsənilməsinə  gətirib  çıxarır.  Deməli,  təlim 

fəaliyyətinin  məqsədi  müvafiq  bilik,  bacarıq  və  vərdiĢlərin 

əldə edilməsindən ibarətdir. Lakin əgər Ģagirddə həmin bilik, 

bacarıq  və  vərdiĢlərə  yiyələnmək  tələbatı  yoxdursa  həmin 

məqsədə nail olması mümkün deyildir. 

Nəhayət,  qeyd  etdiyimiz  kimi,  öyrənmənin  məqsəd  və 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə