MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə187/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   183   184   185   186   187   188   189   190   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



333 

333 


333 

333 


333 

333 


333 

333 


333 

daĢıyır. 

Problemli təlim isə Ģagirdlərin təfəkkürünün iĢləməsinə, 

onların  axtarıcı,  fəal  olmasına  imkan  yaradır.  Təlimin 

problemli  xarakter  daĢıması  və  Ģagirdlərə  inkiĢafetdirici  təsir 

göstərməsi  üçün  dərsdə  Ģagirdlərin  problem  situasiya  ilə 

qarĢılaĢdırılması  zəruri  Ģərtdir.  Özünün  baĢlıca  mahiyyətinə 

görə  təfəkkür  yalnız  yeni  məqsədlər  olan  yerdə,  fəaliyyətin 

köhnə,  əvvəlki  üsul  və  vasitələrinin  azlıq  etdiyi  yerdə  lazım 

gəlir.  Belə  Ģərait  problemli  situasiya  adlanır.  Təlim  psixo-

logiyası  sahəsində  tədqiqat  aparan  alimlər  dərsdə  problem 

situasiya  yaradılmasının  Ģagirdlərin  fəallığı  üçün  zəruri  Ģərt 

olduğunu qeyd edirlər. Bunu məktəb təcrübəsi də təsdiq edir. 

Dərsdə  müvafiq  problem  situasiya  yaradıldıqda  Ģagirdlər 

müəyyən  çətinliklərlə  qarĢılaĢır,  həmin  çətinlikdən  çıxmaq, 

qarĢıda  duran  problemi  həll  etmək  üçün  mövcud  biliklərinin 

kifayət  qədər  olmadığını  dərk  edirlər.  Ona  görə  də  həmin 

çətinlikdən  çıxmaq  üçün  yollar  axtarmağa,  təfəkkürlərini  iĢə 

salmağa  baĢlayırlar.    Məsələn,  “GünəĢ  çıxdı,  Ģagirdlər 

məktəbin  həyətində  göründülər”  cümləsini  təhlil  edən  Ģagird 

“GünəĢ”  sözünün  mübtəda  olduğunu  göstərir.  Həmin  Ģagirdə 

“GünəĢ  çıxmamıĢ  Ģagirdlər  məktəbin  həyətində  göründülər” 

cümləsi  təqdim  edildikdə  yenə  də  «GünəĢ»  sözünü  mübtəda 

kimi  qəbul  edir,  onun  eyni  söz  olmasına,  eyni  suala  cavab 

verməsinə  (Ģagirdin  özünün  verdiyi  suala  görə)  əsaslanır.  Bu 

zaman müəllim Ģagirdin cavabının düzgün olmadığını, burada 

baĢqa sözün mübtəda olduğunu bildirir. Çətinliklə  qarĢılaĢan 

Ģagird  həmin  problemi  həll  etmək  üçün  yeni  yol,  vasitə 

axtarmağın  zəruriliyini  dərk  edir.  Bu  zaman  Ģagirdin  fikri 

prosesi  problem  situasiyanın  təhlilindən  baĢlayır.  Problem 

situasiyanın təhlili nəticəsində onun strukturundakı əsas cəhət-

lər: məlum olmayan, axtarılan cəhətlər ayrılır. Nəyi axtarmaq, 

nəyi  bilmək  lazım  gəldiyi  müəyyən  edilir.  Nəticədə  Ģagird 

yaradıcı  olur,  yüksək  fəallıq  Ģəraitində  çalıĢır.  Bütün  bunlar 

isə  materialı  daha  yaxĢı  anlamaq,  mənimsəməklə  yanaĢı 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

334 



334 

Ģagirdin əqli inkaĢafına da təsir göstərir. 

Psixoloji  ədəbiyyatda  problem  situasiyanın  mahiyyəti, 

onun tipləri, dərsdə problem situasiyanın  yeri və s. məsələlər 

barədə  əsaslı  fikirlər  irəli  sürülmüĢdür.  Müəllimin  dərsdə 

yaratdığı situasiyanın dörd tipi qeyd olunur.   



Birinci  tip  problem  situasiya  ən  çox  o  zaman  meydana 

gəlir  ki,  Ģagird  əvvəl  əldə  etmiĢ  olduğu  biliklərdən  yeni 

praktik  Ģəraitdə  istifadə  etmək  zərurəti  qarĢısında  qalsın.  Bu 

zaman  Ģagird  bilik,  bacarıq  və  vərdiĢinin  qənaətləndirici 

səviyyədə  olmaması  faktını  dərk  edir  ki,  bu  da  onun  idrak 

maraqlarının  oyanmasına,  yeni  biliklər  axtarmasına  səbəb 

olur.  

İkinci  tip  problem  situasiya  məsələnin  mümkün  olan 

nəzəri  həlli  yolu  ilə  seçilmiĢ  üsulun  praktik  olaraq  həyata 

keçirilməsinin  qeyri-mümkünlüyü  arasındakı  ziddiyyətdən 

doğur. 



Üçüncü tip problem situasiya tədris tapĢırıqlarını yerinə 

yetirərkən  əldə  edilmiĢ  praktik  nəticələrlə,  Ģagirddə  həmin 

nəticələri  nəzəri  olaraq  əsaslandırmağa  aid  biliyin  olmaması 

arasında ziddiyyət olduqda meydana gəlir.  



Dördüncü  tip  problem  situasiya  daha  geniĢ  yayılmıĢ 

tipdir.  Bu  tip  problem  situasiya  o  zaman  yaranır  ki,  Ģagird 

qarĢıda qoyulmuĢ məsələni həll etmək  yollarını bilmir, tədris 

və ya həyat situasiyasında yeni faktları izah etməkdə çətinlik 

çəkir,  daha  doğrusu,  əvvəlki  biliklər  yeni  faktı  izah  etmək 

üçün kifayət etmir. 

Təlim  psixologiyası  sahəsində  aparılmıĢ  tədqiqatlar 

zamanı müəyyən edilmiĢdir ki, problem situasiyanın ayrı-ayrı 

tipləri  təfəkkür  üçün  müxtəlif  Ģərait  yaradır.  Problem 

situasiyanın əsas tipləri barədə müəllimin biliyi, Ģübhəsiz, bu 

cür  situasiyaların  yaradılması  yollarını  müəyyənləĢdirməsinə, 

bununla da Ģagirdlərin idrak fəaliyyətini idarə etməsinə Ģərait 

yaradır.  Məhz  buna  görə  də  müəllim  dərsi  müasir  tələblər 

səviyyəsinə  qaldırmaq  üçün  həmin  cəhətə  xüsusi  diqqət 

yetirməlidir. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



335 

335 


335 

335 


335 

335 


335 

335 


335 

Dərsdə  yaddasaxlama  tərzlərindən  səmərəli  istifadə 

etmənin Ģərtləri. Təlimin müvəffəqiyyəti dərsdə öyrənmənin, 

yaddasaxlamanın  səmərəli  yollarından  istifadə  olunmasından 

da  çox  asılıdır.  Öyrənmənin,  yaddasaxlamanın  səmərəliliyini 

artıran bu cür tərzlər çox və müxtəlifdir. Onlardan bəzilərinə 

nəzər  salaq.  Dərsdə  öyrənmənin,  yaddasaxlamanın  bilavasitə 

müəllimlə  bağlı  olan  səmərəli  yollarından  biri  kimi 

Ģagirdlərdə  öyrənilən  materiala  qarĢı  idrak  maraqlarının 

aĢılanmasını,  baĢqa  sözlə,  təlimin  daxili  motivlərinin  inkiĢaf 

etdirilməsini 

göstərmək 

olar. 

Müəllim 


Ģagirdlərdə 

öyrəndiklərinə  qarĢı  idrak  marağı  yaratdıqda  Ģagirdlərin 

öyrəndiklərini yaddasaxlamaları da səmərəli olur. 

YaxĢı  öyrənmək  və  yaddasaxlamanın  səmərəli 

Ģərtlərindən bir də müəllimin dərs zamanı Ģagirdlərin diqqətini 

səfərbər  edə  bilməsidir.  Bu  baxımdan  dərsdə  Ģagirdlərin 

diqqətini öyrənilən obyek (material) üzərinə yönəltmək, onun 

ətrafında mərkəzləĢdirmək ən zəruri Ģərtlərdəndir.  

Öyrənilən  materialın  daha  yaxĢı  yadda  saxlanılması 

qarĢıya  qoyulmuĢ  yaddasaxlama  məqsədi,  yaddasaxlama 

müddətindən də asılıdır. Müəllim dərsdə Ģagirdlərin qarĢısında 

(eləcə  də  Ģagirdlər  öz  qarĢılarında)  yaddasaxlama,  həm  də 

uzun müddət üçün yaddasaxlama məqsədi qoyduqda öyrənilən 

material uzun müddət yaddan çıxmır. Əksinə, Ģagird materialı 

sabah  müəllimə  cavab  vermək  məqsədini  qarĢısına  qoyursa, 

cavab verəndən az sonra həmin material asanlıqla unudulur. 

Yaddasaxlamanın  səmərəli  yollarından  biri  də 

öyrəndiklərini  anlamadır.  Əgər  müəllim  verdiyi  materialın 

Ģagirdlər tərəfindən anlaĢılmasına nail olarsa yaddasaxlama da 

bir o qədər davamlı və səmərəli olur.  

Müəllimin öyrətdiyi materialları həyatla əlaqələndirməsi 

də  yadda  saxlamanın  səmərəliliyinə  müsbət  təsir  edən 

Ģərtlərdəndir.  

Müəllim  dərsdə  Ģagirdlərin  öyrəndiklərini  yaxĢı  yadda 

saxlaya bilmələri üçün onları həmin materialı təxəyyüllərində 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə