MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə195/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   191   192   193   194   195   196   197   198   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



357 

357 


357 

357 


357 

357 


357 

357 


357 

bilirlər. Nəticədə onlar Ģagirdlərdə tədris etdikləri fənnə qarĢı 

maraq  oyadır,  onların  fikrinin  fəal  müstəqil  iĢləməsinə  Ģərait 

yaradırlar. Belə müəllimlər zəruri hallarda çətini asan etməyi, 

mürəkkəbi  sadələĢdirməyi,  anlaĢıqsızı  anlaĢıqlı  etməyi 

bacarırlar.  Bu cür qabiliyyətə malik  olan müəllim  Ģagirdlərin 

hazırlıq,  inkiĢaf  səviyyələrini,  nəyi  bildiklərini  və  nəyi 

bilmədiklərini,  nəyi  artıq  unuda  bildiklərini  nəzərə  alır, 

Ģagirdlərin  qarĢılaĢa  biləcəkləri  çətinlikləri  görür  və  onların 

qarĢısını  almağa  çalıĢır.  Qeyd  edilən  qabiliyyətə  malik  olan 

müəllim  özünü  Ģagirdin  yerinə  hiss  edə  bilir,  onun 

mövqeyində  dayanır  və  özünə  aydın  olan  fikirlərin  Ģagird 

üçün  aydın  ola  bilməməsi  hallarının  mümkünlüyünü  baĢa 

düĢür. Ona görə də öz izahatının xarakter və formasını xüsusi 

Ģəkildə düĢünür.  

Ekspressiv-nitq  (natiqlik)  qabiliyyətləri.  Pedaqoji 

fəaliyyətin  müvəffəqiyyətli  icrasında  nitq  qabiliyyətləri  də 

həlledici  rol  oynayır.  Nitq  qabiliyyətləri  lazımi  səviyyədə 

inkiĢaf  etməyən  müəllim  nəzərdə  tutulan  təlim  materialını 

Ģagirdlərə  çatdırmaqda  çətinlik  çəkir.  Bu  cür  qabiliyyətlərə 

malik  olan  müəllim  öz  fikir  və  hisslərini  nitqin,  eləcə  də 

mimika  və  pantomimika  vasitəsilə  aydın  və  dəqiq  ifadə  edə, 

nitqin  köməyilə  Ģagirdlərin  fikir  və  diqqətini  maksimum 

dərəcədə fəallaĢdıra bilir. Müəllimin peĢəsi üçün bu ən zəruri 

qabiliyyətlərdən  biri  hesab  olunur.  Bu  cür  qabiliyyətə  malik 

olan müəllimlər dolaĢıq, mürəkkəb danıĢıq tərzindən qaçır, öz 

fikirlərini  Ģagirdlərin  baĢa  düĢəcəyi  sadə,  aydın  dildə  ifadə 

edirlər.  Müəllimin  nitqi  canlı,  obrazlı,  ifadəli,  emosional, 

aydın,  stilistik,  qrammatik  və  fonetik  cəhətdən  qüsursuz 

olmalıdır.  

Nəzəri  qabiliyyətlər.  Bu  cür  anlayıĢ  altında  müəllimin 

müvafiq  fənn,  daha  doğrusu  elm  sahəsinə  aid  qabiliyyətləri 

nəzərdə  tutulur.  Müəllimin  tədris  etdiyi  fənni  dərindən 

bilməsində  ifadə  olunur.  Bu  cür  qabiliyyətə  malik  olan 

müəllim  öz  fənnini  təkcə  tədris  kursunun  həcmində  deyil, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

358 



358 

daha  geniĢ,  dərindən  bilir,  tədris  etdiyi  elm  sahəsində  olan 

kəĢfləri  daima  izləyir,  materiala  tam  sərbəst  yiyələnir,  ona 

böyük  maraq  göstərir,  kiçicik  də  olsa  öz  ixtisası  sahəsində 

tədqiqat iĢi aparır.  

3.  TəĢkilati  kommunikativ  qabiliyyətlər.  Bu  cür  pe-

daqoji  qabiliyyətlər  müəllimin  təĢkilatçılıq  funksiyası  və 

ünsiyyəti  ilə  bağlıdır.  Bu  cür  pedaqoji  qabiliyyətlərə  konkret 

olaraq  aĢağıdakıları  aid  etmək  olar:  təşkilatçılıq  qabiliyyəti, 



avtoritar  qabiliyyət,  kommunikativ  qabiliyyət,  perseptiv 

qabiliyyət,  suqqestik  qabiliyyət,  pedaqoji  mərifət,  pedaqoji 

təxəyyül,  diqqəti  paylaya  bilmək  qabiliyyəti,  ped631-6aqoji 

refleksiya.  

TəĢkilatçılıq  qabiliyyətləri.  Bu  cür  qabiliyyətlər  də 

pedaqoji  fəaliyyət  üçün  az  əhəmiyyətə  malik  deyildir.  Təlim 

və 

tərbiyənin 



səmərəliliyi 

müəllimin 

təĢkilatçılıq 

qabiliyyətindən  çox  asılıdır.  Müəllimin  təĢkilatçılıq  qabiliy-

yətləri təlim tərbiyə prosesində özünü dərhal büruzə verir. Bu 

cür  qabiliyyətlər  iki  formada  təzahür  edir.  Birincisi,  Ģagird 

kollektivini  təĢkil  etmək,  möhkəmləndirmək,  mühüm 

vəzifələrin  həyata  keçirilməsinə  ruhlandırmaq,  ona  düĢü-

nülmüĢ  səviyyədə  təĢəbbüs  və  müstəqillik  verə  bilmək 

qabiliyyəti.  İkincisi,  öz  fəaliyyətini  düzgün  təĢkil  etmək 

qabiliyyətləri:  səliqəlilik,  iĢgüzarlılıq,  dəqiqlik,  öz  iĢini 

düzgün planlaĢdırmaq və özünəzarəti təĢkil etmək bacarığı. 



Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər 

cəhətdən  bir-birindən  fərqlənən  Ģagirdlərlə,  onların  təlim 

tərbiyəsi  ilə  məĢğul  olur.  Bu  iĢdə  müvəffəqiyyət  qazanmaq 

onun  Ģagirdlər  arasındakı  hörmətindən  (avtoritetindən)  çox 

asılıdır.  Belə  qabiliyyətə  malik  olan  müəllim  Ģagirdlərə 

bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında 

onların  hörmətini  qazanmağı  bacarır.  Bu  cür  qabiliyyətlərin 

əsasını  müəllimin  öz  fənnini  mükəmməl  bilməsi,  onun 

incəliklərini  Ģagirdlərə  çatdıra  bilməsi,  müsbət  iradi  keyfiy-

yətləri,  öz  yetiĢdirmələrini  hədsiz  sevməsi,  gördüyü  iĢin 

doğruluğuna  inamı,  öz  əqidəsini  Ģagirdlərinə  aĢılaya  bilməsi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



359 

359 


359 

359 


359 

359 


359 

359 


359 

bacarığı və sairədən asılıdır.  



Kommunikativ  qabiliyyətlər.  Müəllim  Ģagirdlərlə 

daimi  ünsiyyətdə  olduğuna  görə  onun  pedaqoji  fəaliyyətində 

kommunikativ 

qabiliyyətlər  də 

mühüm 

yer  tutur. 



Kommunikativ qabiliyyətlər uĢaqlarla düzgün qarĢılıqlı əlaqə 

yaratmağa  imkan  verir.  Kommunikativ  qabiliyyətlərə 

Ģagirdlərlə  ünsiyyətə  qabillik,  onların  yaĢ  və  fərdi 

xüsusiyyətlərini  nəzərə  almaq  bacarığı,  Ģagirdlərlə  pedaqoji 

nöqteyi-nəzərdən  məqsədə  müvafiq  qarĢılıqlı  əlaqə  yarada 

bilmək bacarığı aiddir. 



Perseptiv  qabiliyyətlər  -  Ģagirdin  daxili  aləminə  nüfuz 

edə  bilmək,  Ģagird  Ģəxsiyyətini  və  onun  müvəqqəti  psixi 

vəziyyətini  incəliklərinə  qədər  baĢa  düĢməklə  bağlı  olan 

qabiliyyətlərdir. Bu cür qabiliyyətə malik olan müəllim indiki 

anda Ģagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır 

və  eləcə  də  anlayır,  ötəri  bir  əlamətə,  kiçicik  zahiri  ifadəyə 

əsasən  Ģagirdin  daxili  aləmindəki  ən  cüzi  dəyiĢiklikdən  baĢ 

çıxara bilir.  



Suqqestik  qabiliyyət  (latın  dilindən  tərcümədə  “təlqinə 

əsaslanan”).  Bu,  Ģagirdlərə  iradi  təsir  göstərmək  qabiliyyəti, 

müəyyən  tələbi  irəli  sürmək  və  onun  yerinə  yetirilməsinə 

mütləq  nail  olmaq  qabiliyyətindən  ibarətdir.  Suqqestik 

qabiliyyətlər  müəllimdə  iradənin  inkiĢafından,  özünə  qarĢı 

dərin  inamından,  Ģagirdlərin  təlim  və  tərbiyəsinə  məsuliyyət 

hissindən,  eyni  zamanda  müəllimin  özünün  düzgün  hərəkət 

etməyinə  dərin  inamından  asılıdır.  Burada  söhbət  müəllimin 

sakit,  Ģagirdləri  kobudcasına  sıxıĢdırmadan,  məcbur  etmədən 

və  hədələmədən  öz  tələbini  irəli  sürməsi  və  ona  nail 

olmasından gedir.  

Pedaqoji  mərifət.  Bu  cür  qabiliyyət  müəllimin  öz 

Ģagirdlərinin  yaĢ  və  fərdi  xüsusiyyətlərini  və  konkret  Ģəraiti 

nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni 

müəyyənləĢdirə  bilməsində  təzahür  edir.  Pedaqoji  mərifətdə 

Ģagirdə  qarĢı  hörmət  və  tələbkarlıq  bacarıqla  birləĢdirilir. 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə