MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə198/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   194   195   196   197   198   199   200   201   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

366 



366 

bilmirlər. Ona görə də bu cür müəllimlərin Ģagird kollektivini 

idarəetmələri  çətinləĢir.  Bu  cür  müəllimlər  arasında  avtoritar 

rəhbərlik  üslubuna  malik  olanlar  tez-tez  özünü  göstərir. 

Bununla  yanaĢı  həmin  qrupa  daxil  olan  müəllimlər  arasında 

müəyyən  miqdarda  demokratik  və  ardıcıl  olmayan  rəhbərlik 

üslubuna malik olan müəllimlərə də rast gəlmək mümkündür.  

Dördüncü  qrupa  gəldikdə,  buraya  daxil  olan  müəl-

limlər  Ģagirdlərlə  çox  məhdud  iĢgüzar  ünsiyyətlə  kifayət-

lənirlər.  Bu  cür  müəllimlər  Ģagirdlərlə  ünsiyyətə  can 

atmadıqları  kimi,  dərs  dedikləri  Ģagirdlər  də  onlarla  yaxın 

ünsiyyətə,  ürək  sözlərini  deməyə,  onlarla  məsləhələĢməyə 

meyl  göstərmirlər.  Bu  qrupa,  əsasən  avtokratik  və  etinasız 

rəhbərlik üslubuna malik olan müəllimlər daxil olurlar. 

Pedaqoji  ünsiyyət  zamanı  müəllimin  mövqeyi  də 

mühüm  vasitə  rolunu  oynayır.  Adətən,  müəllimin  tutduğu 

mövqe  onun  ünsiyyətinə  əsaslı  təsir  göstərir.  Psixoloji 

ədəbiyyatda qeyd olunduğu kimi, müxtəlif üsluba malik olan 

kommunikativ  qarĢılıqlı  təsir  müəllimin  dərsdə  Ģagirdlərlə 

ünsiyyətində  bir  sıra  davranıĢ  modelinin  meydana  gəlməsinə 

səbəb olur. Psixoloqlar (L.D.Stolyarenko və b.) Ģərti olaraq bu 

modellərə aĢağıdakıları aid edirlər: 

1.Diktator  modeli  («Monblan»).  Bu  cür  müəllimlər 

dərs  dedikləri  Ģagirdlərdən  (tələbələrdən)  bir  növ  təcrid 

olunurlar. Onlar yalnız Ģagirdlərə (tələbələrə) bilik vermək, öz 

hazırlıq  səviyyələrini  nəzərə  çarpdırmağa  çalıĢırlar.  ġagirdlər 

onun  üçün  yalnız  adi  dinləyici  kütləsi  olur.  Onların  arasında 

heç  bir  qarĢılıqlı  təsir  mövcud  olmur.  Müəllimin  pedaqoji 

funksiyası yalnız məlumat verməklə məhdudlaĢır. 

Nəticədə – psixoloji təmas olmur, buradan isə Ģagirdin, 

tələbənin təĢəbbüskarsızlığı, passivliyi yaranır. 

2.Təmassız model («Çin səddi»). Bu cür model özünün 

psixoloji  məzmununa  görə  birinciyə  yaxın  olur.  Fərq  ondan 

ibarətdir ki, bu modeldə müəllim və Ģagirdlər arasında azacıq 

da olsa zəif əks əlaqə yaranır. Əks əlaqənin zəifliyi ixtiyari və 

ya qeyri-ixtiyari ünsiyyət maneəsi ilə bağlı olur. Bu cür maneə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



367 

367 


367 

367 


367 

367 


367 

367 


367 

rolunu  tərəflərdən  birinin  əməkdaĢlıq  arzusunun  olmaması, 

məĢğələnin  dialoq  xarakterində  deyil,  yalnız  məlumatı 

çatdırmaqla  məhdudlaĢması,  müəllimin  qeyri-ixtiyari  olaraq 

öz  statusunu  qeyd  etməsi  və  s.  oynaya  bilər.  Bu  cür 

müəllimlər  öz  mövqeləri  ilə  hər  cür  baĢqa  mülahizələri  rədd 

edirlər. 

Nəticədə  –  müəllimin  Ģagirdlərlə  (tələbələrlə)  zəif  qar-

Ģılıqlı  təsiri,  Ģagirdlərin  müəllimə  qarĢı  laqeyd  münasibəti 

özünü göstərir. 



3.Fərqləndirici  diqqət  modeli  («Lokator»).  Bu  cür 

müəllimlər  Ģagirdlərə  seçici  münasibət  bəsləyirlər.  Onlar 

bütün  sinfə  deyil,  məsələn,  yalnız  talantlı  və  yaxud  zəif 

Ģagirdlərə  diqqət  yetirirlər.  Bu  cür  ünsiyyət  modelinin 

yaranmasının  səbəblərindən  biri  dərs  dediyi  Ģagirdlərin  təli-

minin  fərdiləĢdirilməsi  ilə  frontal  yanaĢmanı  əlaqələndirə 

bilməməsi ola bilər. 

Nəticədə  –  müəllim-Ģagird  kollektivi  sistemində  qar-

Ģılıqlı təsir aktı pozulur. 

4.Hiporefleks  modeli  («Tetra  quĢu»).  Bu  cür  müəl-

limlər  ünsiyyət  zamanı  sanki  özlərinə  qapılırlar.  Özlərini 

dinləməyə meyllidirlər. Onların nitqi ən çox monoloji xarakter 

daĢıyır.  DanıĢarkən  o,  yalnız  özü-özünü  eĢidir,  dinləyicilərə 

heç  cür  reaksiya,  fikir  vermir.  Birgə  iĢ  zamanı  da  özünə 

qapılmıĢ olur. 

Nəticədə  –  öyrədən  və  öyrənənlər  arasında  qarĢılıqlı 

təsir  praktik  olaraq  mövcud  olmur.  Müəllim  və  Ģagirdlər 

(tələbələr) arasında psixoloji vakuum  sahəsi yaranır. Ünsiyyət 

prosesinin tərəfləri bir-birindən təcrid olunurlar. 



5.Hiperrefleks  modeli  («Hamlet»).  Bu  model 

əvvəlkinin bir növ əksini təĢkil edir. Müəllim qarĢılıqlı təsirin 

məzmununa  deyil,  ətrafdakıların  onu  necə  qavramasına  fikir 

verir.  Bu  cür  müəllim  dərsdə  sanki  özünü  üzür.  Daima  öz 

arqumentlərinin  həqiqiliyinə  Ģübhə  edir,  hər  Ģeyə  ciddi 

reaksiya verir. 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

368 



368 

Nəticədə  –  müəllimin  sosial-psixoloji  həssaslığı  güc-

lənir,  kəskinləĢir,  sinfin  replikasına  və  hərəkətinə  qeyri 

adekvat reaksiya verir. 



6.DəyiĢməyən  reaksiya  modeli  («Robot»).  Bu  cür 

müəllimlər  Ģəraitin  dəyiĢməsinə  baxmayaraq  ünsiyyəti  əvvəl 

planlaĢdırdıqları Ģəkildə aparmağa can atırlar.  

Nəticədə – pedaqoji qarĢılıqlı təsirin səmərəsi aĢağı olur. 



7.Avtoritar  model  («Mən  özüm»).  Təlim  prosesində 

bu cür müəllim yeganə və əsas iĢtirakçı olur. Sualı da, cavabı 

da, hökmü də o verir. Siniflə onun arasında yaradıcı qarĢılıqlı 

əlaqə  praktik  olaraq  mövcud  deyildir.  Müəllimin  birtərəfli 

fəallığı  Ģagirdlərin  hər  cür  təĢəbbüsünü  boğur.  ġagirdlər 

özlərini  yalnız  icraçı  kimi  dərk  edirlər.  Onların  idrak  və 

ictimai fəallığı minimuma enir. 

Nəticədə – təĢəbbüskar olmayan insanlar tərbiyə olunur. 

Təlimin  yaradıcı  xarakteri  itir.  Ġdrak  fəallığının  motivasiya 

sahəsi təhrif olunur. 



8.Fəal  qarĢılıqlı  təsir  modeli  («Ġttifaq»).  Bu  cür 

müəllim Ģagirdlərlə daima dialoqda olur, onlarda major əhval 

yaradır,  təĢəbbüsü  rəğbətləndirir.  Qrupda  psixoloji  iqlimin 

dəyiĢməsini asanlıqla hiss edir və ona reaksiya verir. Özünün 

rol  distansiyasını  saxlamaqla  dostluq  əlaqələrinə  üstünlük 

verir. 


Nəticədə – qarĢıya çıxan tədris, təĢkilati, etik problemlər 

birlikdə, hamının gücü ilə yaradıcı Ģəkildə həll olunur. Bu cür 

model daha məhsuldar hesab olunur.     

 ġübhəsiz  pedaqoji  ünsiyyət  zamanı  müəllim  həqiqi 

müəllim, dost mövqeyi tutursa öz məqsədinə nail ola bilir.  

 

Gənc  müəllimin  Ģagirdlərlə  ünsiyyətindəki  əsas 

çətinliklər  və  onları  aradan  qaldırmağın  bəzi  səmərəli 

yolları.  Təcrübə  göstərir  ki,  pedaqoji  fəaliyyətə  təzəcə 

baĢlayan gənc müəllimlər Ģagirdlərlə ünsiyyət yaratmaqda bir 

sıra  çətinliklərlə  qarĢılaĢırlar.  Bu  cür  çətinliklər  bəzən  ilk 

gündən gənc müəllimi ruhdan sala bilir və onun özünəinamını 




Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə