MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə200/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   196   197   198   199   200   201   202   203   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

372 



372 

Bütün  yuxarıda  deyilənlərdən  belə  bir  ümumi  nəticəyə 

gəlmək  olar  ki,  pedaqoji  ünsiyyət  pedaqoji  fəaliyyətin 

müvəffəqiyyətli  icrası  üçün  zəruri  yollardan  biridir.  Səmərəli 

pedaqoji  ünsiyyət  qaydalarına  yiyələnməyən,  onun  sosial-

psixoloji  mexanizmləri  ilə  tanıĢ  olmayan  müəllim  öz 

fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirə bilməyəcək və ciddi 

çətinliklə qarĢılaĢacaqdır.   

 Pedaqoji  fəaliyyət  zamanı  müəllimin  qarĢılaĢdığı 

psixoloji  çətinliklər.  Müəllimin  pedaqoji  fəaliyyəti  və 

pedaqoji  ünsiyyəti  həmiĢə  rəvan,  maneəsiz  getmir.  Müəllim 

bu  prosesdə  bir  sıra  psixoloji  çətinliklərə  rast  gəlir  ki,  onları 

nəzərə  almadan  və  aradan  qaldırmadan  pedaqoji  fəaliyyətin 

müvəffəqiyyətindən  danıĢmaq  mümkün  deyildir.  Bəs  bu 

çətinliklər hansılardır və hansı tiplərə ayrılır?  

Müəllimin  pedaqoji  fəaliyyəti  yerinə  yetirərkən 

qarĢılaĢdığı  çətinlikləri  müxtəlif  göstəricilərə  əsasən  tiplərə 

ayırmaq  mümkündür.  Buraya  çətinliyi  doğuran  səbəbin 

obyektiv  və  ya  subyektiv  olmasını,  çətinliyin  dərk  olunma 

dərəcəsini, pedaqoji təsirin təĢkili xüsusiyyətini, özününəzarət 

və özünütənzimi və s. aid etmək olar.  

Çətinliyi doğuran səbəbin obyektivlik dərəcəsindən asılı 

olaraq obyektiv və subyektiv çətinlik, dərk olunma dərəcəsinə 

görə dərk olunan və dərk olunmayan çətinlik özünü göstərir. 

Pedaqoji  təsirin  təĢkili  xüsusiyyətindən  asılı  olaraq 

aĢağıdakı  kimi  psixoloji  çətinliklər  müĢahidə  olunur:  yeni 

proqramla  iĢləyə  bilməmək,  Ģagirdi  öyrənə  bilməmək,  ayrı-

ayrı  psixi  funksiyaların  səviyyəsini  qiymətləndirə  bilməmək, 

Ģagirdi  yaranma  və  inkiĢaf  prosesində  olan  tam  bir  Ģəxsiyyət 

kimi  görə  bilməmək,  Ģagirdləri  mənimsəməyə,  fənnə,  xarici 

görkəmə,  daha  az  əqli  keyfiyyətə  və  Ģəxsi  keyfiyyətə  görə 

qiymətləndirmək,  Ģagirdlərin  əqli  xüsusiyyətlərini  və 

Ģəxsiyyətini  psixoloji  cəhətdən  öyrənmək  üsullarına 

yiyələnməmək və s. (A.K.Markova). 

Özününəzarət  və  özünütənzimləmə  ilə  bağlı  olaraq  öz 

qüsurlarını  görməkdə,  ona  nəzarət  etməkdə  çətinliklər 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



373 

373 


373 

373 


373 

373 


373 

373 


373 

meydana çıxır. 

Təcrübə göstərir ki, müəllim, xüsusilə təzəcə fəaliyyətə 

baĢlayan  müəllim  heç  də  həmiĢə  qarĢıya  kommunikativ 

pedaqoji məqsəd qoyub onu dərk etmir, daha doğrusu, qarĢıya 

qoyduğu  məqsəd  sistemində  ünsiyyəti  təsəvvürünə  gətirə 

bilmir,  Ģagirdlərin  Ģəxsiyyətini  öyrənməyi  bacarmır,  stereotip 

qiymətləndirmədən istifadə edir və buna müvafiq olaraq bütün 

siniflərdə  yaĢ  fərqindən  asılı  olmayaraq  monoton  ünsiyyətə 

gətirib  çıxaran  eyni  cür  qarĢılıqlı  təsir  vasitəsindən  istifadə 

edir, heç də həmiĢə ayrı-ayrı Ģagirdlərlə ünsiyyətdəki çətinliyi 

təsəvvür edə bilmir, sinfi ələ almaqda çətinlik çəkir, Ģagirdin 

sinifdə  və  ailədə  nə  kimi  qeyri-formal  rolu  yerinə  yetirdiyini 

bilmir,  düzgün  olmayan,  mövcud  Ģəraitlə  uyğun  gəlməyən 

pedaqoji rəhbərlik üslubunu tətbiq edir və s.  

Ümumiyyətlə  müəllimin  öz  fəaliyyətində  qarĢılaĢdığı  prinsipial 

psixoloji  çətinlikləri  ümumiləĢdirmiĢ  olsaq  onların  aĢağıdakılardan 

ibarət olduğunu söyləyə bilərik: müəllim Ģagirdi bütövlükdə öz inkiĢaf 

perspektivində qavraya bilmir, öz əməyini pedaqoji fəaliyyət, pedaqoji 

ünsiyyət və Ģəxsiyyətlə vəhdətdə olan bir tam kimi görə bilmir, onları 

“müəllim-Ģagird”  sistemi  çərçivəsinə  keçirə  və  qiymətləndirə  bilmir. 

Müəllim  üçün  daha  geniĢ  yayılmıĢ  və  xarakterik  çətinlik  Ģagirdlərin 

psixi  vəziyyətini  və  özünün  pedaqoji  fəaliyyət  və  ünsiyyəti 

səviyyəsinin diaqnostikasını verə bilməməkdən ibarətdir.  

Ümumiyyətlə 

götürdükdə 

müəllimin 

psixoloji 

çətinlikləri,  onun müəyyən pedaqoji Ģəraitdə həyata keçirdiyi 

fəaliyyət zamanı təzahür edən gərginlik vəziyyəti ilə müəyyən 

edilir. Bu cəhəti nəzərə alaraq psixoloji ədəbiyyatda çətinliyin 

yaranma  səbəbinin  xarakteri  ilə  bağlı  üç  ümumi  tipi 

müəyyənləĢdirilmiĢdir: 

1. Xarici  səbəblərdən irəli gələn psixoloji  çətinlik (Ç

1

). 


Bu  cür  çətinlik,  adətən,  pedaqoji  situasiyanın  obyektiv 

çətinliyi  nəticəsində  yaranır  və  pedaqoji  vəzifənin  həyata 

keçirilməsinin  uyğun  (adekvat)  vasitələrinin  olmaması  ilə 

Ģərtlənir. 

2. Daxili  səbəblərdən irəli gələn psixoloji  çətinlik (Ç

2

). 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

374 



374 

Bu  cür  çətinliklər  müəllim  Ģəxsiyyətinin  fərdi  xüsusiyyəti, 

motivləĢməsi,  özünüqiymətləndirməsi,  əhvalları  ilə  Ģərtlənir. 

Həmin daxili amillər konkret pedaqoji məsələnin həllinə təsir 

göstərir. 

3. Daxili səbəblərdən törəmiĢ xarici səbəblərlə Ģərtlənən 

psixoloji  çətinliklər  (Ç

3

).  Daxili  səbəblərlə  Ģərtlənən 



çətinliklər  müəllimin  pedaqoji  situasiyasını  qavrama  və 

təsəvvür  etməsini  təhrif  edir,  nəticədə  müəllimdə  yalançı 

problem yaranır, o, öz qarĢısına uyğun olmayan məqsəd qoyur 

və Ģəraitə uyğun olmayan məsələni həll edir. 

Adətən,  müəllim  daima  Ģagirdlərlə,  bütövlükdə  siniflə 

münasibətdə  olur,  həmin  münasibətlər  onun  təlim,  tərbiyə, 

təĢkilati  proseslərindəki  praktik  fəaliyyətində  inkiĢaf  edir. 

Prosesi  təmin  etmək  üçün  müəllimin  pedaqoji  fəaliyyət 

zamanı  baĢ  verən  çətinliklərin  qarĢısını  almağa  imkan  verən 

münasibətləri yaratmağa hazır olması zəruridir. Müəllimdə isə 

bu cür zəruri qabiliyyət, bacarıq və vərdiĢlərin olmaması iĢdə 

qüsurlara,  arzu  olunmayan  çətinliklərin  baĢ  qaldırmasına 

gətirib çıxarır.  

Qeyd  olunan  psixoloji  çətinliklərin  hər  biri  (hər  tip 

çətinlik)  o  birisindən  fərqləndiyi  kimi,  onları  aradan  qal-

dırmaq,  bu  sahədə  müəllimə  təsir  formaları  da  müxtəlif 

olmalıdır.  

Psixoloqlar  pedaqoji  fəaliyyət  zamanı  müəllimin 

qarĢılaĢdığı psixoloji çətinliyin tipindən asılı olaraq aĢağıdakı 

təsir formalarından istifadənin vacibliyini qeyd edirlər: 

1)  Xarici  səbəblərdən  irəli  gələn  psixoloji  çətinlik  baĢ 

verdikdə  öyrədici  formadan,  təlim  və  ya  özünütəlimdən 

istifadə  olunması  (müəllimin  biliyindəki  çatıĢmazlığı  aradan 

qaldırmaq). 

2)  Daxili  səbəblərdən  irəli  gələn  psixoloji  çətinlik  baĢ 

verdikdə psixoterapevtik formadan istifadə etmək, gərginliyin 

götürülməsi  üçün  lazımi  Ģəraitin  yaradılması  (müəllimlə 

psixoloji iĢ). 

3) Daxili səbəblərdən törəmiĢ xarici səbəblərlə Ģərtlənən 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə