MahirəNərimanqızı



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə199/219
tarix17.09.2017
ölçüsü5,95 Mb.
#20
1   ...   195   196   197   198   199   200   201   202   ...   219

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



369 

369 


369 

369 


369 

369 


369 

369 


369 

zəiflədir.  ġübhəsiz  bu  cür  çətinliklər  hamıda  tam  mənasında 

eyni baĢ vermir. Bununla belə hamı üçün nisbətən yaxın olan 

elə  çətinliklər  vardır  ki,  onlar  haqqında  söhbət  açmaq 

mümkündür.  Bu  sahədə  aparılmıĢ  tədqiqatlara,  mövcud 

ədəbiyyata  və  məktəb  təcrübəsinə  istinad  etmiĢ  olsaq  həmin 

çətinlikləri  təxmini  olaraq  aĢağıdakı  Ģəkildə  qruplaĢdıra 

bilərik. 

1.

 

ġagirdlərlə təmas yarada bilməmək. 



2.

 

ġagirdin  daxili  psixoloji  mövqeyini  baĢa  düĢə 



bilməmək. 

3.

 



Dərsdə ünsiyyəti idarə etməyin mürəkkəbliyi. 

4.

 



QarĢılıqlı  münasibəti  yaratmağı  və  pedaqoji 

məqsəddən 

asılı 

olaraq 


onu 

dəyiĢdirməyi 

bacarmamaq. 

5.

 



Nitq  ünsiyyətindəki  və  özünün  emosional  müna-

sibətlərini  materiala  köçürə  bilməməklə  bağlı 

çətinliklər. 

6.

 



Ünsiyyət  prosesində  öz  psixi  vəziyyətini  idarə 

etməyin mürəkkəbliyi. 

Gənc  müəllimin  pedaqoji  ünsiyyətindəki  bu  cür 

çətinliklər  müxtəlif  amillərlə  bağlı  ola  bilər.  Bu  cür  amilləri 

«psixoloji  maneələr»  adlandırırlar.  Pedaqoji  ünsiyyət 

sahəsində  geniĢ  tədqiqat  aparmıĢ  V.A.Kan-Kalik  bu  cür 

«psixoloji maneələri» aĢağıdakı Ģəkildə xarakterizə edir: 

–  Ustanovkaya  malik  olmamaq  «maneəsi»  –  müəllim 

sinfə maraqlı dərs demək niyyəti ilə gəlir, sinif isə laqeyddir, 

diqqətsizlik  və  pərakəndəlik  göstərir,  nəticədə  təcrübəsiz 

müəllim hirslənir, əsəbiləĢir və i.a.; 

–  fəaliyyətə  təzəcə  baĢlayan  müəllimlər  üçün  sinifdən 

qorxmaq  «maneəsi»  də  xarakterik  haldır.  Adətən,  onlar 

materialı  yaxĢı  bilir,  dərsə  yaxĢı  da  hazırlaĢırlar.  Lakin 

Ģagirdlərlə  bilavasitə  təmasda  olmaq  fikri  onları  «qorxudur», 

yaradıcılığı bir növ buxovlayır və i.a.; 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

              Ümumi psixologiya. Psixologiya

 

370 



370 

–təmasın  olmaması  «maneəsi»  –  müəllim  sinfə  daxil 

olur,  bu  zaman  Ģagirdlərlə  dərhal  və  əməli  Ģəkildə  qarĢılıqlı 

əlaqə  yaratmaq  əvəzinə,  bir  növ  «avtonom»  hərəkət  etməyə 

baĢlayır (məsələn, yazı taxtasında izahat yazır);  

–ünsiyyət funksiyasının məhdudlaĢdırılması «maneəsi»-

müəllim yalnız ünsiyyətin məlumatvermə funksiyasını nəzərə 

alır,  onun  qarĢılıqlı  təsir,  sosial-perseptiv  funksiyalarına 

əhəmiyyət vermir; 

–sinif haqqında neqativ ustanovkanın yaranması «mane-

əsi»  –  bu  cür  ustanovka  həmin  kollektivdə  iĢləyən  baĢqa 

müəllimlərin  fikrinə  və  ya  özünün  uğursuzluğuna  müvafiq 

olaraq yarana bilir; 

–həmin  siniflə  və  ya  Ģagirdlə  keçmiĢ  neqativ  ünsiyyət 

təcrübəsi ilə bağlı «maneə»; 

–pedaqoji  səhv  etməkdən  qorxmaq  «maneəsi»  (dərsə 

gecikməkdən,  vaxtdan  düzgün  istifadə  etməkdən,  Ģagirdləri 

düzgün qiymətləndirə bilməməkdən qorxmaq və i.a.); 

–təlqin  «maneəsi»  –  gənc  müəllim  baĢqa  müəllimin 

fəaliyyətini,  ünsiyyət  tərzini  yamsılamağa  baĢlayır,  lakin 

baĢqasının  ünsiyyət  üslubunu  mexaniki  Ģəkildə  öz  fərdi 

pedaqoji  fəaliyyətinə  keçirməyin  mümkün  olmadığını  baĢa 

düĢmür. 

Bütün  bunları  nəzərə  alaraq  gənc  müəllim  birinci 

növbədə  özünün  Ģagirdlərlə  ünsiyyətində  bu  kimi  halların, 

«maneələrin» olub-olmadığına diqqət yetirməli, onları aradan 

qaldırmağa  cəhd  göstərməlidir.  Sonra  müəllim  Ģagirdlərlə 

ünsiyyətinin hansı cəhətlərinin onlar tərəfindən bəyənilməsini, 

hansı  cəhətinin  isə  onları  təmin  etməməsini  müəyyənləĢdir-

məli, təhlil etməlidir.     

Ünsiyyət  zamanı  bu  cür  maneələrin  olmaması  üçün 

müəllim  müvəffəqiyyətli  qarĢılıqlı  əlaqəyə  açıq-aĢkar  mane 

olan  stereotip  davranıĢdan  (mentorluq,  özünü  Ģagirdlərdən 

uzaq  tutmaq,  didaktizm  və  s.)  uzaqlaĢmağa  çalıĢmalıdır. 

Müəllim  daima  belə  bir  suala  cavab  verməyə  çalıĢmalıdır: 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

Ümumi psixologiya.

 

Psixologiya

 

 



371 

371 


371 

371 


371 

371 


371 

371 


371 

«ġagirdlər  məni  necə  görürlər?»  Bu  cür  təhlilin  həqiqi 

vəziyyətə daha uyğun olmasına cəhd göstərmək lazımdır. 

Nəhayət,  müəllim  çalıĢmalıdır  ki,  Ģagirdlərlə  özünün 

münasibətini bir növ aydınlaĢdırmağa meylli olmasın, əksinə, 

onların  inkiĢafının  necə  getdiyini  təhlil  etsin.  Müəllim 

maneənin  yaranmasına  səbəb  olacaq  arzuolunmaz  cəhətləri 

aradan qaldırmağa çalıĢmalıdır. 

Bütün  bunlarla  yanaĢı  Ģagirdlərlə  ünsiyyət  prosesinin 

daha  səmərəli  getməsi  və  bu  ünsiyyətin  uĢaqların  psixi 

vəziyyətində  baĢ  verən  daimi  inkiĢafa  uyğun  olması  üçün 

aĢağıdakılara ciddi əməl edilməsi lazım gəlir: 

–Hər  Ģeydən  əvvəl,  müəllim  ünsiyyətdə  olduğu  Ģəxsə 

qarĢı həddindən artıq diqqətli olmağa çalıĢmalıdır. Bu zaman 

nəzərdən  qaçırılan  hər  bir  cəhət,  ünsiyyətdə  olan  Ģəxsə  qarĢı 

düzgün  olmayan  hərəkət  ünsiyyət  prosesinin  normal 

getməsinə mane olur

–ünsiyyəti  düzgün  təĢkil  etmək  üçün  müəllim  həmin 

prosesin səmərəli təĢkili ilə bağlı məlumatları yadda saxlayıb, 

yada  salmağı  bacarmalı,  baĢqa  sözlə  özünün  «kommunikativ 

hafizəsini inkiĢaf etdirməlidir» (məsələn, sinfin və ya ayrı-ayrı 

Ģagirdlərin  səmərəli  ünsiyyət  tonunu  yada  salmağı 

bacarmalıdır); 

 –Ģagirdlərlə  ünsiyyətdə  müəllim  öz  müĢahidəçiliyini 

inkiĢaf  etdirməlidir.  Bu  sahədə  müĢahidəçiliyin  inkiĢafı 

müəllimə  həmin  prosesi  izləmək,  bir  növ  onu  idarə  etmək 

imkanı verir; 

–ünsiyyətin  səmərəli  olması  üçün  müəllim  Ģagirdlərin 

davranıĢını  (onların  pozalarını,  jestlərini,  mimikalarını  və  s.) 

təhlil  etməyi  bacarmalıdır.  Bu  cür  bacarıq  müəllimə 

Ģagirdlərlə ünsiyyətini tənzim etmək imkanı verir; 

–nəhayət,  ünsiyyətin  səmərəli  olması  üçün  müəllim 

ünsiyyət  prosesində olduğu adam  haqqında düĢünməlidir. Bu 

zaman ünsiyyət qarĢılıqlı xarakter daĢıyır və əsas məqsəddən 

yayınma halları aradan qalxır. 



Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə