www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
324
324
materiallarını Ģagirdlərin səmərəli Ģəkildə öyrənmələrinə
imkan yaradır. Belə tələblərdən biri fikri istinadların, mətnin
quruluĢ «vahidinin» qabarıq Ģəkildə verilməsidir. Bu tələbə
görə təqdim edilən təlim materialının əsas cəhətlərini qabarıq
Ģəkildə nəzərə çarpdırmaq lazımdır. Material elə tərtib
olunmalıdır ki, əsas cəhətləri bir-birindən dərhal fərqlənə
bilsin, onları birləĢdirmək, qruplaĢdırmaq və ümumiləĢdirmək
mümkün olsun (A.A.Smirnov).
Öyrənmənin müvəffəqiyyətinə təsir göstərən xarici
amillərdən biri də təlim materiallarının çətinlik dərəcəsidir.
Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə
bu amilin böyük təsiri vardır.
Materialın çətinliyi onda olan informasiyaların mək-
təblinin idrak imkanlarına müvafiq olmaması ilə müəyyən
edilir. Materialın ayrı-ayrı ünsürləri arasında əlaqənin zəif
olması, onun bir tərkib hissəsinin özündən sonra gələn tərkib
hissəsini ətraflı aydınlaĢdıra bilməməsi, səbəb-nəticə
əlaqəsinin pozulması, ardıcıllığın itməsi, mətn daxilində
qayda və tərifləri üzə çıxarmaq imkanı verən ümumiləĢ-
dirmənin zəif olması materialın çətinlik dərəcəsini artırır. Ona
görə də bu cür materiallar Ģagirdlər tərəfindən çətin
mənimsənilir.
Təlim materialının öyrənməyə təsir edən əsas
xüsusiyyətlərindən biri də onun əhəmiyyətidir. Materialın
əhəmiyyətlilik dərəcəsi müxtəlif sahələrlə bağlı ola bilər.
Material, ola bilsin ki, Ģagirdlərə təqdim edilmiĢ digər
materialları mənimsəmək, qarĢıda duran məsələni həll etmək,
yeni məlumatlar əldə etmək, Ģagirdlərdə Ģəxsiyyətin bu və ya
digər keyfiyyətlərini formalaĢdırmaq və s. baxımından
əhəmiyyətli olsun. Bunların hamısında materialdan insanın
faydalanması nəzərdə tutulur. Əgər verilmiĢ təlim materialı
heç cür faydalanmağa imkan vermirsə, onun öyrənilməsi də
bir o qədər səmərəsiz olacaqdır. Çox vaxt dərsliklərdə və ya
Ģagirdlərə təqdim olunan əlavə ədəbiyyatdakı materiallar bu
tələbə cavab vermədiyinə görə Ģagirdlər tərəfindən rəğbətlə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
325
325
325
325
325
325
325
325
325
qarĢılanmır, əksinə asanlıqla psixoloji doyumluluq yarada
bilirlər. Ümumiyyətlə götürdükdə təlim materialının
əhəmiyyətliliyi qnostik (idraki), praktik (əməli), etik (əxlaqi),
estetik (bədii), sosial (ictimai), tərbiyəvi (pedaqoji) sahələri
əhatə edir.
Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki,
materialın təkcə öz-özlüyündə əhəmiyyətli olması onun
müvəffəqiyyətlə
mənimsənilməsini
təmin
edə
bilər.
Öyrənmənin müvəffəqiyyətlə getməsi üçün material Ģagird
üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına
cavab verməlidir.
Təlim materialının anlaşıqlılığı da onun öyrənilməsinə
təsir edən əsas amillərdəndir. Psixoloqların apardıqları
müĢahidə və eksperimentlər göstərmiĢdir ki, anlaĢıqlılıq
dərəcəsi yüksək olan materiallar daha tez mənimsənilməklə
yanaĢı bu prosesdə buraxılan səhvlərin miqdarı da az olur və
həmin material uzun muddət yaddan çıxmır. Anlama
öyrənmənin səmərəli yollarından hesab olunur. ġagird
öyrəndiyini anlamalıdır. Materialın mənasını dürüst və
dərindən anlayaraq öyrənmənin mexaniki öyrənmədən fərqli
olduğu Ģübhəsizdir. ġagird dərindən anlayaraq, əsaslı Ģəkildə
düĢünərək öyrəndikdə həmin materialı bir o qədər düzgün və
möhkəm yadda saxlayır. Psixoloji tədqiqatlar göstərmiĢdir ki,
mənanı anlamadan, baĢa düĢmədən materialı mexaniki
öyrənmək üçün daha çox təkrar tələb olunur, bu cür öyrənilən
material, mənası anlaĢılaraq öyrənilən materialdan tez
unudulur.
Adətən, hər bir idrak məsələsi, fikri məsələ beyində sual
və suallar sistemi kimi əks olunur. Ġnsanda yaranmıĢ sual nəyi
isə anlamaq tələbatını ifadə edir. Belə sualın cavabı məlum
olduqda anlama dərhal baĢ verir, məlum olmadıqda isə
cavabın fəal Ģəkildə axtarılması və ya anlama prosesinin
yaranması baĢlanır. Anlama yarandıqda öyrənmə də bir o
qədər səmərəli olur. Ona görə də müəllim çalıĢmalıdır ki,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
326
326
Ģagird öyrəndiyini anlasın, həm də bu cür anlama təkcə
müəllimin Ģərh etdiyi materialların öyrənilməsi zamanı deyil,
Ģagirdin hər cür materialı öyrənməsi zamanı səmərəli yol
olaraq qalsın. Bunun üçün isə materialın özünün anlaĢıqlı
olmasının rolu böyükdür. Lakin bununla yanaĢı olaraq, nəzərə
almaq lazımdır ki, materialın anlaĢıqlılığı mənimsəmə
subyektindən asılı olmayan təcrid edilmiĢ keyfiyyət deyildir.
Materialın anlaĢıqlı olması eyni zamanda Ģagirdin həmin
materialı anlaması üçün zəruri anlayıĢ və iĢlərə nə dərəcədə
yiyələnməsindən də asılıdır. Bununla yanaĢı anlaĢıqlılığın
səviyyəsi də müxtəlif ola bilər. Bütün bunlar müəllimin həmin
prosesi idarə etməsini tələb edir.
Təcrübə göstərir ki, bəzən Ģagird müəllimin izahında
müstəqil oxuyub öyrəndiyi materialda hər hansı bir cəhəti
anlamadıqda, onu müəllimdən xəbər almayıb baĢa düĢmədən
mexaniki olaraq öyrənir ki, bu da biliyin keyfiyyətinə mənfi
təsir göstərir. Ona görə də müəllim öz Ģagirdlərinə baĢa
salmalıdır ki, aydın olmayan, az anlaĢılan məsələlərin
üstündən keçməmək, onları tamamilə anlayıb öyrənmək
vacibdir. Ən düzgün və səmərəli yol fikirləĢə-fikirləĢə
öyrənməkdir. Məhz buna görə də L.N.Tolstoy haqlı olaraq
yazmıĢdır ki, bilik yalnız o zaman bilikdir ki, o, təkcə hafizə
ilə deyil, həm də adamın öz fikirlərinin gücü ilə qazanılmıĢ
olsun.
Tədris materialının strukturu, quruluĢu da onun
öyrənilməsinə, yaxĢı və ya pis mənimsənilməsinə öz təsirini
göstərir. Materialın bu xüsusiyyəti onun anlaĢıqlılığı ilə sıx
bağlıdır. Materialın anlaĢıqlılığı yeni ilə köhnə, məlum
olmayanla məlum olan arasındakı əlaqəyə, materialın
strukturu isə bu əlaqənin necə, hansı yollarla yarandığına
əsasən müəyyən edilir.
Materialın həcmi də onun mənimsənilməsinə təsir edən
mühüm xüsusiyyətlərdəndir. Materialın həcmi dedikdə ona
daxil olan ünsürlərin miqdarı nəzərdə tutulur. Mənasız
materialda yadda saxlanılacaq ünsürlərin miqdarını müəy-
Dostları ilə paylaş: |