www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
327
327
327
327
327
327
327
327
327
yənləĢdirmək o qədər də çətin deyildir. Burada verilmiĢ
mənasız hecaların, rəqəmlərin və s. miqdarı materialın
həcmini müəyyən edir. Mənalı yadda saxlanılacaq materialın
həcmini müəyyənləĢdirmək isə çətindir. Burada fikri
proseslərin iĢtirakı lazım gəlir. ġagirdin təcrübəsi və
biliyindən asılı olaraq həmin material sistemləĢdirilir.
Öyrənilən materialda ikinci dərəcəli məsələlər atılır, fikri
dayaqlar– mətnin struktur vahidləri ayrılır, onun bütün bir
hissəsi ümumiləĢdirilir. Ona görə də təlim materialının
həcmini təkcə onun ünsürlərinin miqdarı ilə ölçmək olmaz.
Çünki Ģagirdlər dərslikdə yazılanı olduğu kimi deyil, mətni
fikrən iĢləmək əsasında onda alınan formada, öz təcrübəsinə
uyğun Ģəkildə öyrənir, yadda saxlayırlar. ġagirdlərin hər
birində bu proses özünəməxsus Ģəkildə gedir. Mənalı təlim
materialının həcmini yalnız mənimsənilməsi tələb olunan yeni
anlayış və iĢlərin miqdarı ilə ölçmək mümkündür. Bu cür
materialın həcmini eyni zamanda onda müəyyənləĢdirilən
əlaqələrin və mühakimələrin miqdarı ilə də ölçmək
mümkündür. Təcrübə göstərir ki, məhz bu cəhətlər nəzərə
alınmadıqda
Ģagirdlərin
öyrənməli
olduqları
mənalı
materialların həcmi dərslik və dərs vəsaitlərində ya tələb
olunduğundan artıq, ya da aĢağı səviyyədə olur ki, bunların
hər ikisi Ģagirdlərin öyrənməsinə mənfi təsir göstərir.
Materialın həcminin həddindən artıq ĢiĢirdilməsi, Ģagirdlərdə
yorğunluq, materiala qarĢı ikrah hissi yaradır. ġagirdlər belə
materialdan birtəhər yaxa qurtarmağa çalıĢırlar. Materialın
həcmi az olduqda, daha doğrusu, buradakı yeni anlayıĢ və
əlaqələrin miqdarı həddindən aĢağı olduqda material Ģagird
üçün maraqsız olur.
Nəhayət, təlim materialının emosionallıq dərəcəsi də
Ģagirdlərin həmin materialı mənimsəmələrinə təsir edən
xüsusiyyət kimi özünü göstərir. Buraya materialın cazibə-
darlığı, Ģagirdlərdə müəyyən hiss və emosiya yarada bilmə
xüsusiyyətlərini aid etmək olar. Adətən, Ģagirdlərdə qüvvətli
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
328
328
müsbət hissi hal yaradan material cansıxıcı materiala nisbətən
asan öyrənilir və yadda saxlanılır. Mənfi emosional təsirə
malik olan material isə bəzən pis, bəzən də cansıxıcı materiala
nisbətən yaxĢı yadda saxlanılır.
VI.24.5. Təlim prosesində motivasiya - tələbat
sahəsinin formalaĢması
Məktəb təcrübəsində, təlim fəaliyyətini həyata
keçirərkən çox vaxt belə bir sual diqqəti cəlb edir: Ģagirdi
yaxĢı oxumağa və ümumiyyətlə oxumağa yönəldən, təhrik
edən nədir? BaĢqa sözlə, Ģagirdlərin təlim fəaliyyəti necə
motivləĢir, onlar hansı motivlərin təhriki altında hərəkət
edirlər? ġübhəsiz bu cür suallara düzgün cavab tapılması
müəllimin həmin sahədə Ģagirdlərlə iĢ aparmasını, təlim
fəaliyyətini idarə etməsini asanlaĢdıra bilər.
Birinci növbədə, ümumiyyətlə, motivin və moti-
vasiyanın nədən ibarət olduğunu nəzərdən keçirək. Motiv
insanı hər hansı bir məqsədəyönəlmiĢ iĢə, fəaliyyətə təhrik
edən səbəbdir. Ġnsan beynində əks olunaraq onu fəaliyyətə
təhrik edən və həmin fəaliyyəti müvafiq tələbatların
ödənilməsinə yönəldən Ģeyləri A.N.Leontyev həmin
fəaliyyətin motivi adlandırmıĢdır
1
.
Ġnsan fəaliyyətinin motivləri özünün çoxcəhətliliyi ilə
xarakterizə olunur. Onlar hər Ģeydən əvvəl bir-birlərindən
tələbatların növlərinə görə fərqlənirlər. Ona görə də
tələbatlarda olduğu kimi, motivlər təbii və ali (maddi və
mənəvi) ola bilir. Bundan baĢqa, A.N.Leontyevə görə motiv
obraz, anlayıĢ, fikir, ideal Ģəklində də çıxıĢ edə bilər.
Motivasiyaya gəldikdə bu elə motivlər birliyidir ki,
1
А.Н. Леонтьев. Проблемы развития психики. М., 1972, с.342.
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
329
329
329
329
329
329
329
329
329
Ģəxsiyyətin yönəliĢliyini müəyyən etməklə onun fəaliyyətinin
səmərəliliyini də Ģərtləndirir. Motivasiya təhriklə fəaliyyətin
məqsədi arasındakı əlaqə və münasibətlərin açılmasında ifadə
olunur. Məlum olduğu kimi, onun həyata keçirilməsi prose-
sində motivlərin məqsədə keçməsi və məqsədin motivə
çevrilməsi baĢ verə bilər.
Psixoloqlar belə bir qənaətə gəlmiĢlər ki, təlim uğurları
təkcə Ģagirdin təlimə, öyrənməyə qabilliyi, bütövlükdə
qabiliyyətləri və s. ilə deyil, həm də təlim motivasiyası ilə
Ģərtlənir. BaĢqa sözlə, onun “yaxĢı oxuması” üçün bütün digər
Ģərtlərlə yanaĢı həm də təlim motivasiyasının formalaĢması
zəruridir (Ə.Ə.Əlizadə).
Ġnsan fəaliyyətinin baĢqa sahələrində olduğu kimi, təlim
fəaliyyətində də özünün xarakteri və fəaliyyət prosesində
oynadığı rola görə motivlərin, o cümlədən təlim motivlərinin
aĢağıdakı növlərini qeyd etmək olar:
1) sitüativ və geniĢ motivlər; 2) fəaliyyətin nəticəsinə
yönələn və onun özünə doğru yönələn motivlər; 3) eqoistik və
ictimai əhəmiyyətli motivlər.
Motivləri təzahür xüsusiyyətlərinə görə psixoloji
ədəbiyyatda geniĢ istifadə olunan iki qrupa ayırmaq müm-
kündür:
1) geniĢ sosial motivlər və 2) idrak motivləri.
Bununla yanaĢı olaraq, motivlərin xarici və daxili tipləri
də qeyd olunur.
Təlim fəaliyyətində bu cür motivlərin formalaĢması
Ģagirdlərin tələbat sahəsinin formalaĢması ilə sıx bağlıdır.
Müəyyən Ģeylər, hadisələr, Ģərait insanın müvafiq fəallığının
mənbəyi kimi insan fəaliyyətinin motivinə çevrilir. Həmin
mənbələri üç əsas kateqoriyaya ayırmaq mümkündür: daxili,
xarici və Ģəxsi mənbələr.
Birinci, daxili mənbələr insanın tələbat sahəsi ilə bağlı
olur. Ġnsanda bu cür tələbatlar anadangəlmə və həyatda
qazanılan xarakter daĢıya bilər. Birinci halda orqanizmin üzvü
Dostları ilə paylaş: |