www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
30
30
540 – 560
572
600 – 650
650 - 780
YaĢıl
Sarı
Çəhrayı
Qırmızı
Görmə duyğularının reseptorları gözün torlu qiĢasında
yerləĢir. Burada iki cür hüceyrələr: çöpcüklər və kolbacıqlar
mövcuddur. Çöpcüklər iĢığı, kolbacıqlar rəngləri duyma
orqanıdır. Çöpcüklər pozulduqda toyuq korluğu, kolbacıqlar
pozulduqda isə yarasa korluğu baĢ verir.
EĢitmə duyğusu. Bu duyğular səslərin inikasından
ibarətdir. EĢitmə duyğusu dəyiĢən hava dalğalarının eĢitmə
analizatoruna təsiri nəticəsində əmələ gəlir. Qulağa təsir edən
dalğa aĢağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə
olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını,
gurluğunu və tembirini yaradır. Səsin ucalığı dalğanın tezliyi,
quruluğu dalğanın amplitudası, tembri isə dalğanın
formasından asılıdır. Ġnsan qulağı saniyədə 20 dən 20 000-ə
qədər hersə bərabər olan səsləri eĢidə bilir. Hers səsi əmələ
gətirən dalğanın tezliyinin fiziki ölçü vahididir.
Ġybilmə duyğuları. Ġybilmə duyğusu çox müxtəlif
iylərin inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoĢ
yaxud xoĢagəlməz olması baxımından fərqləndirirlər. Ġybilmə
duyğusunun reseptoru burun boĢluğunun yuxarı hissəsində
yerləĢir. Bu hissədə yerləĢən hüceyrələr müxtəlif iylərə qarĢı
çox həssas olur. Cisimlərin havada uca bilən mikroskopik
hissəcikləri hava ilə birlikdə burun boĢluğuna daxil olur və
reseptorlara təsir edir. Beləliklə də iybilmə duyğusu əmələ
gəlir.
Dadbilmə duyğuları. Müxtəlif maddələrin suda, yaxud
tüpürcəkdə həll olunması nəticəsində onların ağız boĢluğunda
dad reseptorlarına təsiri zamanı əmələ gəlir. P.P.Lazarevin
nəzəriyyəsinə görə, ağız boĢluğunda dörd növ dad reseptorları
yerləĢir. Elə bu reseptorlar da dörd növ dad duyğusunun
yaranmasına səbəb olur: Ģirinlik, acılıq, duzluluq, turĢluluq
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
31
31
31
31
31
31
31
31
31
duyğuları.
Dilin selikli qiĢasının müxtəlif sahələrinin həm eyni,
həm də müxtəlif dad qıcıqlandırıcılarına həssaslığı cür-
bəcürdür. Məsələn adamın dilinin ucu Ģirinə, ətrafı turĢuya,
kökü acıya daha həssasdır.
Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra
xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,
temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin
dərinliyini, bərkliyini, yumĢaqlığını, kələkötürlülüyünü, yaxud
səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks
etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər
olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmiĢdir. Bu
nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər
hissələrinə nisbətən daha sıx yerləĢmiĢdir. Dəri duyğuları
hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri
toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. Ġstilik və soyuqluq duyğusu
olmaqla iki növ duyğu kimi mövcuddur.
Ġstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə
malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.
Soyuqluq duyğusu isə bədən temperaturundan aĢağı
olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə
olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deĢən
ağrıları, davamlı və ani ağrıları duyuruq.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları
vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr
soyuqluq, üçüncülər istilik, nəhayət baĢqa nöqtələr ağrı
duyğularını yaradır.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin
vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu
zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara
deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
32
32
oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hə-
rəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət
duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu
görmə qavrayıĢında, lamisə qavrayıĢında müstəsna dərəcədə
əhəmiyyət daĢıyır.
Müvazinət duyğuları. Bu cür duyğular baĢın və
bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin
hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət
edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləĢən yarım-
dairəvi kanalcıqların içərisindəki endolimfa və bu
kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti
dəyiĢdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan
sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin
vəziyyətini əks etdiririk.
Üzvü
duyğular
daxili
üzvlərin
vəziyyətinin
daxilindəki dəyiĢmələrin inikasından ibarətdir. Bu duyğular
aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin
sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baĢ verən
ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları
daxili üzvlərin səthində, selikli qiĢasında yerləĢən sinir
uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil
edir.
IV.8.3. Duyğuların ümumi qanunauyğunluqları
Hər bir duyğuya xas olan xarakterik cəhətlərlə yanaĢı
bütün duyğulara aid olan ümumi cəhətlər də mövcuddur. Son
psixoloji ədəbiyyatlarda bu ümumi cəhətlərin aĢağıdakılardan
ibarət olduğu göstərilir.
Keyfiyyət cəhəti. Bu, bir duyğunu baĢqa duyğulardan
fərqləndirən cəhət olub duyğuya xas olan modallıq
xüsusiyyətidir.
Duyğunun intensivliyi duyğulara xas olan baĢqa bir
ümumi cəhət olub, təsir edən baĢqa qıcıqlandırıcının qüvvəsi
Dostları ilə paylaş: |