www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
35
35
35
35
35
35
35
35
35
i n t e n s i v l i y i i l ə q ı c ı ğ ı n q ü v v ə s i a r a s ı n d a k ı
o l a n
a s ı l ı l ı ğ ı
a Ģ a ğ ı d a k ı
d ü s t u r l a
i f a d ə
e t m i Ģ d i r :
S = K L g J + C
Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və
C isə sabit kəmiyyətləri ğöstərir. Bu düstur göstərir ki,
duyğunun
intensivliyi
qıcıqlandırıcının
qüvvəsinin
loqarifmasına mütənasibdir. BaĢqa cür desək qıcığın qüvvəsi
həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi
silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.
Duyğulara aid qanunauyğunluqlardan adaptasiya, sen-
sibilizasiya, sinesteziya, ardıcıl surətlər haqqında da
danıĢmaq lazımdır.
Adaptasiya (alıĢma) duyğu üzvlərinin qıcıqlandırıcılara
uyğunlaĢması nəticəsndə həssaslığın dəyiĢməsinə deyilir.
Məsələn qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç
nəyi görmürük, getdikcə otaq sanki iĢıqlaĢır, artıq otaqdakı
əĢyaları görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-
gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaĢır və nəticədə
onun həssaslığı artır.
Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər.
Məsələn sinif otağında tədricən hava ağırlaĢır. Otaqdakılar
adaptasiya prosesi baĢ verdiyinə görə bunu duymurlar, ancaq
otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu
söyləyir. Bu isə iy duyğusu orqanının həssaslığının aĢağı
düĢməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç Ģəkildə baĢ verir:
1.
Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duy-
ğunun tamamilə yoxa çıxması kimi;
2.
Güclü
qıcıqlandırıcıların
təsiri
nəticəsində
duyğuların kütləĢməsi kimi;
3.
Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya. Psixologiya
36
36
artması kimi.
Duyğuların qarĢılıqlı təsiri və sensibilizasiya.
Duyğuların intensivliyi təkcə qıcıqlandırıcının qüvvəsindən və
adaptasiya səviyyəsindən asılı deyil, eyni zamanda həmin
vaxta baĢqa qıcıqlandırıcıların hiss üzvlərinə olan
təsirlərindən də asılıdır. BaĢqa hiss üzvlərinin qıcıqlanması
nəticəsndə digər analizatorun həssaslığının dəyiĢməsinə
duyğuların qarĢılıqlı təsiri deyilir. Ümumiyyətlə, bizim
analizatorlar sistemimiz az və çox dərəcədə bir-birinə təsir
edir, bir vəziyyətdə həssaslığın aĢağı düĢməsinə, baĢqa
vəziyyətdə həssaslığın artmasına səbəb olur. Məsələn,
müəyyən olunmuĢdur ki, eĢitmə qıcıqlanmasının təsiri altında
görmə analizatorlarının həssaslığı dəyiĢir. Eyni zamanda gözə
iĢığın təsiri səslərin daha gur eĢidilməsnə səbəb olur.
Analizatorun qarĢılıqlı təsiri ilə yanaĢı mümarisələr də
həssaslığın artmasına səbəb olur. Analizatorların qarşılıqlı
təsiri və mümarisələr nəticəsində həssaslığın artmasına
sensibilizasiya deyilir.
Sinesteziya. Duyğu ilə bağlı bu qanun daha az
ümumiliyə malikdir. Bu hadisə ən çox özünü rəngli eĢitmə
deyilən xüsusiyyətə malik insanlarda göstərir. Rus bəstəkarı
A.N.Skryabin musiqiyə qulaq asarkən onun gözü qarĢısında
rəng çalarları yaranır, rəng duyğusu əmələ gəlirmiĢ.
Duyğularımızda sinesteziyanın olmasını dilimizdə olan,
«yumĢaq səs», «soyuq rəng» kimi ifadələrdə də görə bilərək.
Ardıcıl surətlər. Həyati faktlardan aydın gördüyümüz
kimi, duyğular qıcıqlandırıcıların təsiri kəsildikdən sonra
dərhal yox olub getmir. Həmin qıcıqlandırıcıları bu və ya
digər səviyyədə hələ də duymaqda davam edirik, baĢqa sözlə
onların surəti bizim tərəfimizdən hələ də duyulur. Bu hadisə
elmdə ardıcıl surətlər adı ilə qəbul olunmuĢdur. Ardıcıl
surətlər həm müsbət, həm də mənfi xarakter daĢıya bilir.
Adətən müsbət ardıcıl surətlər özlərinin aydınlığı və
rəngarəngliyinə görə ilkin qıcığa uyğun gəlir. Məsələn, bir
üzündə quĢ, o biri üzündə qəfəs Ģəkli çəkilmiĢ kardon
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Ümumi psixologiya.
Psixologiya
37
37
37
37
37
37
37
37
37
parçanın iki ucundan bağlanmıĢ iplə fırlatsaq biz quĢu qəfəsin
içində duymağa baĢlayarıq. Bu ona ğörə baĢ verir ki, kardon
parçasının o biri üzü gələnə qədər hələ bizim gözümüzün
tozlu qiĢasında quĢun Ģəkli qalır. Nəticədə qəfəs Ģəkli ilə üst-
üstə düĢdüyünə görə biz quĢu qəfəsdə görməyə baĢlayırıq.
Mənfi ardıcıl surətlərə gəldikdə bunu rəngli görmə
duyğularında aydın müĢahidə edirik. Məsələn, əgər ağ vərəq
üzərinə qırmız rəngli kağız parçasını qoysaq və müəyyən
müddət gözümüzü ona dikdikdən sonra qırmızı rəngli kağızı
götürsək onun yerində açığı göy yaĢıl rəng görməyə
baĢlayacağıq. Bu ona görə baĢ verir ki, ağ rəng üzərindəki
qırmızı rəngə baxdıqda gözün tozlu qiĢasında həmin rəngi
duyan qəbuledicilər yorulur, daha az həssas olmağa baĢlayır.
Ona görə də sonradan torlu qiĢanın həmin hissəsinə ağ iĢıq
düĢdükdə digər qəbuledici elementlər yüksək duyma
qabiliyyətlərini saxladıqlarına görə biz göy-yaĢıl rəng
görürük. Bu halı neqativ Ģəkillərə baxdıqda da müĢahidə edə
bilirik. Məsələn, neqativ insan Ģəklinə baxdıqdan sonra ağ
lövhəyə baxsaq orada adamın həqiqi pozitiv surətini görə
bilərik.
Ardıcıl surətlər hadisəsi təkcə görmə deyil, eĢitmə,
temperatur, ağrı, dadbilmə duyğularında da qıcıqlandırıcıların
təsiri kəsildikdən sonra da özlərini göstərə bilirlər.
Özünü yoxlamaq üçün sual və tapĢırıqlar.
1. Duyğu nəyə deyilir?
2. Duyğuların insan həyatındakı əhəmiyyətindən
danıĢın.
3. Analizator nədir və onun hansı hissələri vardır?
4. Duyğular haqqında bildiyiniz nəzəriyyələri Ģərh
edin.
5. Duyğuları hansı prinsiplərə görə təsnif edirlər?
Dostları ilə paylaş: |