Maksimkanin vətəndə və digər ölkələrdə


Çıxış yolunu Kuba professoru göstərir



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

36 
 
Çıxış yolunu Kuba professoru göstərir 
 
Fikirləri oxuyan köməkçi – kompüter. Cənab 
Rodriqeslə elektron söhbəti. Yelskilərin fenoloji 
gündəliyi tapıldı! Ptiç- Havanalı professorun 
sevimli çayı – Yelskilərin yazdıqları sirrin üstünü 
açır. Maksimka nə etmək lazım olduğunu bilir! 
 
 
aksimka başını qaldırıb baxdı. Bulaqdan sol tərəfdə 
yekə  ağac  dirəkləri  durmuşdu.  Onlar  palıd 
çərçivəyə  vsalınmış  metal  xəritəni  saxlayırdılar. 
Şəhərlərin  adları  qardan,  yağışdan  qorxmayan  rənglərlə 
yazılmışdı:  Varşava,  Krakov,  Sankt-Peterburq,  Moskva, 
Vilnüs,  Kalininqrad,  Praqa,  Lvov,  Minsk,  İvano-
Frankovsk, Luçk, Ostroq, Pskov, Riqa... 
Çox güman ki, bunlar o ünvanlar idi ki, Yelskilərin 
əvvəlki  zəngin  tarixi  arxiv  və  kolleksiya  materialları 
qorunub saxlanmışdı. Metal xəritə üzərində qırmızı lampa 
da  vardı,  daim  közərirdi.  Onun  altında  heç  bir  imza  yox 
idi.  Amma  xəritənin  üstündə  bir  ox  işarəsi  də  vardı  ki, 
qırmızıya çalan balaca ekrana doğru istiqaməti göstərirdi. 
Onun altında tablo yanırdı:"parol!" Maksimka çox da baş 
işlətməli olmadı. Ya Lekar onu daban-dabana izləyirdi, ya 
da  ona  güc  verən,  kömək  edən  bulaq  suyu  idi...Asanca 
düşünmək  olardı:"Yelski  muzeyinin  sirri".  Bulağın 
üstündəki  kompüterin  ekranı  işıqlanan  kimi  bu  sözlər 
yazıldı.  Oğlan  tanış  saytın  adını  oxudu:"Dudutki.bay". 
Düşündü:"Sobolu necə xilas etməli?". Saytın pəncərəsində 
bu  sözlər  yandı:"Xeyirxah  adamlara  vəhy  gəlir,  onlar 
tapmacaları 
tapırlar". 
Maksim 
anladı 
ki, 
o, 
superkompüterlə  elektron  dialoqa  girib,  belə  kompüterlər 
adamın ürəyindən keçənləri oxuya bilirlər. Lakin görünür 


37 
elektron  müsahib  elə  bir  səviyyədə  idi  ki,  uzun-uzadı 
götür-qoy etməyi qəbul etmir, onlar yalnız lakonik və qısa 
fikirlərlə  işləyirlər.  Maksim  yeni  bir  "siqnal" 
göndərdi."Mən  Sobolun  batdığı  Ptiçin  burulğanına 
düşmək istəyirəm". Kompüterin cavabı əvvəlkinə nisbətən 
bir  qədər  uzun  çəkdi,  sonra  bildirdi:"Ora  getməyin  yolu 
Aleksandr  Yelskinin  fenoloji  gündəliyində  göstərilib". 
Fenologiya  nə  deməkdir?  Maksim  yalnız  məktəbdə 
keçdiyi "Təbiəti qoru!"dərslərindən bu barədə nəsə bilirdi. 
Hətta  özü  də  yağış  və  qar  barədə  məlumatları  yazmışdı; 
hətta nənəsinin bağındakı soğanları məhv edən iri dolular 
barədə  də  məlumatlar  yazmışdı.  Belə  müşühidələr 
yüzillərlə  qorunur;  qorunur  ki,  sonradan  iqlimin  ümumi 
mənzərəsini 
yaratmaq 
mümkün 
olsun. 
Hava 
proqnozlarının  dəqiqliyinə  zəmin  yaradır.  Lakin 
gündəlik... "Yelski müşahidələri çoxdan itib batıb..." Yenə 
uzun  pauza  oldu.  Pəncərədə  heç  də  ürəkaçmayan  qeyd 
göründü.  "Təsdiq  səhvdir!".  Maksim  düşünməkdə  davam 
edirdi."Əks halda gündəliklər çap olunardı". "Bu gün sən 
təəccübləndin ki, hətta Kubada da Dudutka və Yelskilərə 
poçt markaları həsr olunur..."."Yəni doğrudanmı professor 
Rodriqes nəsə bilir...". "Mən yalnız səni Kubayla bağlaya 
bilərəm. Qalan şeyləri özün aydınlaşdır...". 
"Dudutki.bay"  saytında  ala-bula  rəngli  şəkillər 
görünməyə başladı. Yalnız bir dəqiqə sonra ekranda böyük 
bir  fotoşəkil  göründü.  Ordan  Maksimkaya  bir  yad  adam 
baxırdı,  kompüter  arxasında  oturub  gözlərini  oğlana 
dikmişdi...İndi  onlar  skayp  vasitəsilə  danışmağa 
başladılar... 
–  Gəl  tanış  olaq.  Mən  sənin  atanın  dostuyam, 
filatelistəm,  –  deyə  ekrandan  təmiz  belarus  dilində  səs 
gəldi.-Adım Ernesto Rodriqesdir, Havana Universitetində 
professor işləyirəm. Bizə tərcüməçi lazım deyil... Belarus 


38 
və  daha  on  slavyan  dilini  mükəmməl  bilirəm.  Bizim 
Universitetdə  müstəqil  Belarus  ölkəsinə  xüsusi  ehtiram 
var.  Və  biz  kubalılar,  çox  sınaqlardan  çıxmışıq, 
müstəqilliyimizə elə belə, asanca nail olmamışıq ki... 
–  Atam  mənə  deyib  ki,  siz  çayların  tarixiylə 
maraqlanırsız,  müxtəlif  illərdə  onların  axın  tarixini 
öyrənirsiz... 
–  Əlbəttə,  sizin  Ptiç  çayını  da  yaxşı  tanıyıram. 
Məndə  hətta  onun  daha  geniş  axın  yerlərinin  şəkilləri  də 
var.  Doroqanovda  və  Poreçyedəki  şəkilləri.  Bunlar  səhv 
etmirəmsə  Osipoviççinidədir,  bir  də  sərhəd  məntəqələri 
olan  Puxoviç  və  Starodorojsk  rayonlarında.  Gözəlliyinə 
görə unikal yerlərdir! 
–  Bəli,  atam  mənə  söyləyirdi  ki,  son  zamanlaradək 
orada iri naqqa balıqları da olub... 
–  Sizin  çaylarınızda,  hətta  göllərinizdə  indi  naqqa 
balıqları  var...Yeri  gəlmişkən,  Kuba  poçt  idarəsini  mən 
dilə  tutdum  ki,  "Dudutka"nın  yubileyinə  serial  markalar 
buraxsın. İki şey məni buna vadar etdi. Birincisi, bizdə də 
qədim  insan  məskənləri  yenidən  bərpa  olunur.  Məsələn, 
Kubanın  yaxınlığındakı  xırda  adalarla  birlikdə  hindu 
kəndləri.  İkincisi,  bir  il  bundan  qabaq  Sotbis  hərracında 
bizim  Havana  Universiteti  bir  qoca  polşalı  emiqrantdan 
fenoloji müşahidələr dəftəri aldı; bu dəftərdə Yelski ailəsi 
qədim zamanlardan bəri fenoloji qeydlər aparmışlar. Artıq 
neçə aydır ki, mən bu dəftəri oxuyuram, "qaranlıq yerləri" 
açmağa  çalışıram.  Və  çox  şad  olaram  ki,  əgər  mənim 
tapıntılarım və açıqlamalarım Belarusa, Polşaya, Rusiyaya 
və  digər  slavyan  ölkələrinə  gərəkli  olsun...Ptiçdəki  faciə 
düzünə qalsa bir elə dəhşətli deyil. Mən sənə idmançının 
düşdüyü  yerə  necə  gedib  çıxmağı  deyərəm.  Yelskilərin 
fenoloji gündəliyində əvvəlki mənbələr, qədim əlyazmalar 
da qeyd olunub. Qulaq as:"...torpağın silkələnməsi..." Bu, 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə