Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   2   3   4   5   6   7   8   9   ...   29


Bəli,  bu  qəhrəman-obrazların  hər  birinin  arxasında 
hansısa  sirli  aləm  durur;  sehirli  məkan  və  zaman 
çərçivəsində bu ob-razlar bizə çox şey deyir, bizə çox 
şeyi  anlatmaq  istəyirlər.  Ən  mühümü  odur  ki,  biz  bu 
sehir  dolu  nağıllardan  ibrə-tamiz  şeylər  öyrənirik, 
onlar  bizim  dünyagörüşümüzə,  şüurumuza  müəyyən 
təsir göstərir, təkamülə, inkişafa boy verir. 
 
Əziz dost! 
Nağıl elə belə yaranmyıb; hələ Tarix və Yazı olma-
mışdan qabaq da nağıl vardı. Onun tarixi çox qədimdir. 
Nağıl  bəlkə  də  miflərlə  bir  doğulub.  Nağıl  bizə  qədim 
zamanlardan,  gələcəkdən  xəbər  verir,  nağıl  insanların 
çoxdan unutduğu tarixləri, hadisələri yada salır. Bizim 
ata-babalarımızın ətraf aləmə münasibətləri bizimkin-
dən  tamam  fərqlənirdi.  İndi  bizim  uşaqlarımızın  da 
ətrafdakı  hadisələrə  münasibətləri  fərqlidir.  Bu, 
gələcəkdə də belə ola-caq: nəsillər ətrafdakı hadisələrə 
hər zaman bir-birindən fərqli münasibət bəsləyəcəklər. 
Lakin  ulu  əcdadlarımızdan  bu  yana  bu  fərqli  münasi-
bətlər zaman-zaman bizə çox vaxt rəmzlər, metaforlar 
və  klassik  və  əbədi  obrazlar  vasitəsilə  gəlib  çatır.  Bu 
formadan  daha  çox  nağıllarda  istifadə  olunub  və 
olunur. Əslində nağıllarda qoyulan problemlər və möv-
zular əbədi dəyişməz  mövzulardır-xeyir-şər  problemi, 
dünyada baş verən pis-yaxşı münasibətlərin fonundakı 
hadisələr  və  onların  təsviri-bütün  bunlar  bizim  təfək-
kürümüzdə,  şüurumuzda  fəzilət  və  qəbahətlərin  me-
yarlarını  formalaşdırır,  "yaxşı"  və  "pis"  nədir  sualının 
cavabını verir. 
Bu  kitabın  qəhrəmanı  Maksimka  gələcəkdə-
iyirmi birinci əsrin sonlarında yaşayır; o, həm real, həm 
də  nağıl-obrazdır.  Yazıçı  onun  timsalında  həm  nağıl-



obraz, həm də həyati obraz yaradıb. Sən Maksimkayla 
tanış olduqca onu sevəcəksən, çünki o, sənə həm yaxın, 
həm doğma, həm də əlçatmaz görünəcək. Sən daim öz 
yanında  onu  axta-ra-caqsan,  ona  oxşamağa  və  onun 
kimi  cəsarət  sahibi  olmağa  çalışacaqsan.  Gəl  sən  də 
Maksimka  kimi  səyahətə  çıx,  gəz-dolan  dünyanı  bu 
vərəqlərin arasında, əziz dost! Yolun açıq olsun! 
 
Kamran Nəzirli, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü, 
"Qızıl kəlmə" və H.B. Zərdabi mükafatları laureatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Ales Karlyukeviç 
 
Maksimkanın  
Vətəndə və digər ölkələrdə  
sərgüzəştləri 
(povest-nağıl) 
 
Oxucuya 
 
Əziz dostum! 
Sağ ol ki, bu kitabı açdın. Çalışacağam ki, sənə bu 
məlumatları  verəm:  kitabın  vərəqləri  arasında  səni  hansı 
görüşlər  gözləyir  və  o  vərəqlər  arasında  sən  kimlərlə 
görüşəcəksən... 
Mən  bilmirəm  sənin  səyahətə  münasibətin  necədir. 
Lakin  şəxsən  mən  səyahət  üçün  ölürəm.  Hətta  xüsusi 
xəritə  almışam,  onu  döşəməyə  sərmək,  həm  də  divardan 
asmaq  olar.  Mən  bu  xəritədə  getdiyim  müxtəlif  ölkələri 
xırda  bayraqcıqlarla  qeyd  edirəm.  Bir  balaca 
dəqiqləşdirsəm,  məndə  belə  xəritədən  iki  dənəsi  var: 
birincisi Belarusun, bizim doğma Vətənimizin xəritəsidir – 
ağcaqayın  yarpağına  bənzəyir.  İkinci  xəritə  isə  dünya 
xəritəsidir.  Birincidə  mən  hətta  tarixləri  də  qeyd  edirəm, 
yəni Minskdən uzaqda olan ilk dəfə getdiyim yerləri qeyd 
edirəm; məsələn, Dyatlovo və  ya Ostrovçaya səyahətimi. 
Doğrudur,  yalnız  ilk  səyahətimin  tarixini  qeyd  edirəm. 
Çünki  getdiyim  hər  hansı  bir  yeri  xüsisilə  sevəndə, 
çalışıram  ki,  ora  yenə  və  yenə  gedim.  İnan,  əziz  dost, 
ölkənin  çox  da  iri  olmayan  kəndləri,  hətta  xırda  bir 
qəsəbəsi də mənim üçün maraqlıdır; o qədər maraqlıdır ki, 



mən  orda  bir-iki  gün  də  qala  bilərəm.  Bu  heç  məni 
usandırmaz da!.. 
İllərdən  bəri  aydın  olur  ki,  mən  daha  çox  gəzirəm, 
evdə  oturmaqdan,  ya  da  paytaxtın  küçələrini  gəzib 
dolanmaq  əvəzinə  daha  çox  səyahət  edirəm  (yeri 
gəlmişkən,  qeyd  etməliyəm  ki,  belə  gəzib  dolanmaqlar 
sərgüzəştlərə  və  çox  gizlinlərin  üstünü  açmağa  gətirib 
çıxara bilər). O biri xəritədə bayraqcıqlar azdır, çünki mən 
yad ölkələrdə az oluram. Və buna baxmayaraq, hər halda, 
özümü  dünya  səyahətçisi  hesab  edirəm.  Mənim  yazı 
stolumun  üstündə  kompüterdən  savayı  kitab  və  jurnal 
təpəcikləri və dağları da görmək olar. Bundan əlavə orda 
müxtəlif  ölkələrin  gözəl  fotoalbomları  da  olur.  Bu  da 
özünəməxsus bir kitabxanadır- o, mənə dünyanın müxtəlif 
nöqtələrindən  xəbər  verir.  Mənimçün  maraqlıdır:  Baykal 
gölünün  rəngi  necədir?  İnsan  Anqarı  üzüb  keçə  bilərmi? 
Pamir  dağlarının  başında  hansı  quşlar  uçur?  Qaraqum 
səhralarındakı  dəvələr  neçə  kilometr  susuz  yürüyə 
bilərlər? Mən həm də xəyali olaraq Vyetnamdakı Mekinq 
çayında  qayıqla  üzürəm.  Müxtəlif  ölkələrin  insanlarının 
üzünə  baxanda  onlarda  bir  oxşarlıq  axtarıram.  Hərdən 
mənim  xəyallarım  elə  qanad  çalıb  uçur  ki,  elə  bil  mən 
özüm Niaqara şəlaləsinin yanında durmuşam, elə bil mən 
ağ  ayılarla  göz-gözə  dayanmışam  və  palma  ağaclarının 
dalında gizlənirəm ki, qəzəblənmiş fil məni görməsin. 
Bəli,  sənə  artıq  aydın  oldu:  mən  səyahəti  sevirəm, 
mən evdən çölə  çıxmadan özgə aləmi, naməlum dünyanı 
özüm üçün kəşf eləməyi xoşlayıram... Bu mənada kitablar 
mənim  köməkçilərimdir-  onlar  insan  zəkasının,  insan 
müdrikliyinin  gəmiləridir.  Və  bir  balaca  da  fantaziya 
adama imkan verir ki, sərhədsiz üfüqləri, indiyədək ayrı-
ayrılıqda heç kimə  aşmaq nəsib olmayan sonsuz üfüqləri 
təsəvvür  etsin,  canlandırsın.  İnan,  bəzən  istək  və  arzular 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə