Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə6/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   2   3   4   5   6   7   8   9   ...   29

21 
Mixail Yelski Aleksandr Yelskinin doğma qardaşı olub. O 
bəstəkar, skripkaçı və musiqişünas yazıçı kimi tanınır. 
1831-ci ildə Dudiçdə anadan olub. Bir çox musiqi 
əsərlərinin müəllifidir: polonezlər, sonata-fantaziyalar, 
mazuroklar, miniatürlər. O, həm də "Minsk 
quberniyasının xalq rəqsləri" əsərinin müəllifidir. 
Konsertləri ilə bir çox Avropa ölkəsini gəzib-dolaşıb. 
Aleksandr Yelski isə tarixçidir, etnoqraf, ölkəşünas kimi 
tanınıb. 1834-cü ildə Dudiç kəndində anadan olub. Uzun 
ömür sürüb. 1916-cı ildə vəfat edib. Dudiçin yaxınlığında 
Zamostye məntəqəsində unikal bir fərdi muzey yaradıb. 
Bir neçə maraqlı kolleksiyası var; dekorativ-tətbiqi sənət 
əsərlərini, müxtəlif şəkilləri, məşhurların avtoqraflarını, 
habelə iri bir kitabxananı miras qoyub. Belarusu qarış-
qarış gəzib, Belarus kəndləri barədə bir neçə min məqalə 
yazıb. Unudulmuş qədim belarus şəhər və kəndləri 
barədə nəsə bir şey öyrənmək üçün bunlardan indi də 
istifadə edirlər. 


22 
 
Atanın məsləhəti 
 
Yalnız Sobol haqqında xəbərlər. Akademik 
Qradov və professor Svisloçski ekoloji qəzadan 
ehtiyat edirlər. Ernesto Rodriqes Belarus 
təbiətinin əsl dostudur. 
 
 
ompüterin ekranında "Dudutki.bay" səhifəsi açıldı. 
Maksimka  çayda  batmış  idmançının  adını  yığdı. 
Bu mövzuda kifayət qədər xəbər vardı. Sən demə, 
dünənki  hadisə  barədə  ölkənin  az  qala  bütün  qəzetləri 
yazıb.  Maksimka  cəld  qəzetlərin  elektron  saytlarını 
nəzərdən  keçirməyə  başladı.  Radio  Su  öz  məlumatında 
bəzi  xilasedicilərin  Sobolu  necə  axtarmaq  barədə 
mülahizələr  yayırdı.  Bu  radiostansiya  canlı  efirdə  işləyir, 
internet  səhifəsində  öz  məlumatlarını  təxminən  on  ilə 
yaxındır ki, yerləşdirir, görünür, ona bütün ölkə qulaq asır. 
Çox güman ki, qonşu ölkələrdə də onun dinləyiciləri var. 
Radiostansiyanın nüfuzu ona görə belə yayılmışdı ki, o, öz 
xəbərlərində  xüsusilə  həyəcanlı  vəziyyətlərə,  dünyada  su 
ilə  bağlı  məsələlərə  xüsusi  diqqət  yetirirdi.  Bu  gün  artıq 
dünyanın 100-ə yaxın ölkəsinin su problemi var. Hətta su 
çatışmazlığı  Çinin  300  şəhərində  də  yaranıb;  Çin  sürətlə 
inkişaf  edir.  Bu  dövlət  çox  problemləri  həll  etmək 
iqtidarına  malikdir.  Amma...  Neyləmək  olar?  Od-
fəlakətdir,  su  da  fəlakətdir.  Lakin  fəlakətdən  də  betəri 
odsuz və susuz qalmaqdır. 
Bu  gün  səhər  Radio  Su  hörmətli  "Olimpiya 
qəzeti"nin  müxbirlərindən  nüfuzda  heç  də  geri  qalmayan 
akademiklərin  iştirakıyla  iclas  keçirmişdi.  Ptiç  mövzusu 
heç də diskussiyanı xatırlatmırdı. Hörmətli akademiklər az 


23 
qala  yekdil  səslə  bildirirdilər  ki,  belə  tədbirlər  nəinki 
quraqlığa  gətirib  çıxaracaq,  hətta  əməlli-başlı  fəlakətə 
səbəb  olacaq.  Akademik  Qradov  maraqlı  tarixi  faktlar 
xatırlatdı:  "...  Rus  torpağında  on  bir  əsr  bundan  qabaq 
(görünür,  o  zamankı  əraziləri  qeyd  edərkən  o,  həm  də 
Belarus  torpaqlarını  nəzərdə  tuturdu)  qeyri-adi  quraqlıq 
olub.  Bir  çox  knyazlıqlarda  əkin  torpaqları  məhv  olub. 
Lakin  o  zamanların  salnaməçiləri  belə  bir  xarakterisitika 
vermişdilər:  Daşdan  yumşaq  nə  var  yemək  lazımdır. 
Quraqlıq uzun, bürkü güclüdür. Bütün Qərbi Avropanı da 
quraqlıq bürümüşdü. Sadəcə yağışlar yağmırdı... Beləliklə, 
bütün  çaylar  qurudu.  Və  beş  ildən  sonra  bu  fəlakət  yenə 
baş verdi. Bir ildən sonra, yəni 1000-ci ildə bütün dünyada 
zəlzələ  baş  verdi.  Bu  tarixi  günü-29  martı  bizim 
əcdadlarımızın  bir  çox  nəsilləri  uzun  müddət  yaddan 
çıxartmadılar. Minlərlə taxta və daş ev dağıldı, xarabalığa 
döndü..."  Professor  Svisloçski  xatırlatdı:"Yəqin  hamının 
yadındadı-Svisloç  çayının  təmizlənməsi  bizim  ölkəyə  nə 
qədər  güc  və  vəsaitə  başa  gəldi,  xüsusilə  çayın  şəhər 
ərazisindən  axan  hissəsinin  təmizlənməsi  üçün  çox  güc 
sərf  olundu.  Mən  hətta  öz  familyamı  dəyişdirib  bu  gözəl 
çayın  şərəfinə  Svisloçski  elədim.  Buna  görə  özümü  çox 
xoşbəxt  sayıram.  Hər  bir  çay,  istər  xırda,  istər  iri  olsun, 
Vətənimizin  canlı  təbiətinə,  onun  torpağının  vəziyyətinə, 
məhsuldarlığına,  hətta  səmanın  gözəlliyinə  və  rənginə, 
çəmənliyin, meşənin də havasına təsir edir..." 
Maksimka  ağıllı  adamların  dedikləriylə  razıydı. 
Lakin Sobolun taleyi də onu narahat edirdi. Sobol bax elə 
indi  də  onun  gözləri  qarşısındaydı-  nəhəng,  gərilmiş 
əzələləri  ilə  birlikdə  durmuşdu.  Bəs  onu  necə  xilas 
etməli?!. Maksim atasının əl telefonunu yığdı. 
– Eşidirəm, oğlum!- doğma səs cavab verdi. 


24 
–  Ata,  Ptiçdə  baş  verən  dünənki  faciə  barədə 
eşitmisənmi? 
– Hə, oğlum, elə bizim konstruktor bürosunda yalnız 
bu  barədə  danışırlar.  Görünür,  indi  sən  "Dudutka.bay"da 
məlumat  axtarırsan?  Mən  evə  gələn  kimi  elektron  poçt 
vasitəsiylə  kubalı  professor  Ernesto  Rodriqeslə  əlaqə 
yaradarıq.  O,  Kuba  adasında  yaşasa  da,  çayları  öyrənir. 
Hər tərəf okeandır, amma o, qəribə adamdır, çayları tədqiq 
edir,  daha  doğrusu,  çayların  tarixini  tədqiq  edir.  Özü  də 
təkcə  Kubada  yox,  bütün  dünyada.  Ernesto  mənə  həm 
Kubanın markalarını, həm də öz kitablarını göndərir. Son 
kitablarından 
biri 
"Dünya 
çayları" 
çoxcildli 
ensiklopediyanın  birinci  cildidir.  Düşünürəm  ki,  bu 
problemi  professor  ömrü  boyu  öyrənəcək.  Maraqlıdır  ki, 
Ernestonun  məqalələrində  çayların  dərinliyi,  uzunluğu, 
sürət  axını  barədə  təkcə  ümumi  məlumatlar  yoxdur.  Hər 
bir  oçerkində  həm  də  onların  tarixi,  yaranması  barədə 
əfsanələr də yer alıb. Bunları artıq çoxları unudublar... Gör 
mən nə düşünürəm: bəlkə elə orada Ptiç barədə də, onun 
sirri haqqında da bir şey var... 
Maksimka  atasına  diqqətlə  qulaq  asırdı  və  dərhal 
Kubadan gəlmiş məktub yadına düşdü. Dedi: 
–  Atacan,  bu  gün  axı  Havanadan  məktub  gəlib. 
Məktubda  "Dudutka"  muzeyinin  şərəfinə  buraxılmış 
marka da var. Özü də, markanın üstündə yel dəyirmanı da 
təsvir olunub... 
–  Nə  qəribə  təsadüfdür!  Mən  bu  marka  seriyası 
barədə  çoxdan  eşitmişdim.  Görünür,  Ernesto  muzeyə, 
Dudiçin tarixinə həsr olunmuş bütün markaları göndərib... 
Hələ bir məktubun içinə bax, aç onu... Məni gözlə, biz bu 
gün  səninlə  zaman  və  məkana  uzunmüddətli  səyahətə 
çıxacağıq... 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə