Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   2   3   4   5   6   7   8   9   ...   29


görülmüş  işlərdən  və  kəşf  edilmiş  şeylərdən  daha  artıq 
məna  daşıyır.  Təyyarəyə  minib  başqa  bir  kontinentə 
uçmaq  heç  də  məcburi  deyil.  İnsanın  həyatı  qayğılarla 
doludur.  Elə  anlar  olur  ki,  bəzən  çətinliklər  sənə 
dəfedilməz  kimi  görünür.  Lakin  düşünürəm  və  hətta 
əminəm  ki,  əgər  bütün  dünyayi-aləmi  görməyi 
bacarırsansa,  əgər  sən  ən  uca  dağ  zirvələrinə  qalxıb 
gəzməyi,  ən  dərin  okean  diblərinə  baş  vurmağı 
bacarırsansa, yaşamaq çox asan və daha maraqlı olar. Qoy 
bu elə belə özün üçün, xəyalən olsun, amma olsun... 
Bax,  mən  Belarus  və  dünya  ilə  tanışlığım  zamanı 
belə  bir  qəhrəmanla  rastlaşmışam-o  da  xəyalən  səyahəti 
sevir, arzularla yaşayır, hətta yuxusunda da səyahəti görür. 
Onun  adı  Maksim  Minskidir.  Hər  şeylə  maraqlanan  bu 
oğlan  Minsk  məktəblərinin  birində  dördüncü  sinifdə 
oxuyur.  O,  məktəb  stadionunda  topla  oynamağı  xoşlayır. 
Əmindir  ki,  iyirmi  birinci  əsri  cəsarətlə  futbol  əsri 
adlandırmaq olar. Hərdən evə qayıtmağı da unudur. Qışda 
xokkey  oynayır.  Bundan  başqa  Maksimka  fizika 
kabinetində  arxadan  qapını  kilidləyən  özündən  üç-dörd 
yaş  böyük  uşaqların  orda  nəsə  axtardıqlarını  da  bilmək 
istəyir.  Axşamlar  isə  yatmaq  vaxtı  gələndə  və  atası  da 
kompüteri  söndürəndə  mənim  tanışım  poçt  markaları 
albomlarına baxır. Maksimka hətta məktəbdə öz çoxbilmiş 
və  həvəskar  dostlarıyla  birgə  gənc  filatelistlər  dərnəyi 
yaradıb. 
Doğrudur,  bəri  başdan  deməliyəm  ki,  Maksimka 
təkcə  məndən  yox,  həm  də  səndən,  əziz  dost,  yaşça  çox 
kiçikdir. Məsələ bundadır ki, Maksim bizim doğma Minsk 
şəhərində...  XX1  yüzilin  sonunda  yaşayır.  Belə  oldu  ki, 
mən çox da uzaq olmayan gələcəyə da baxmalı oldum. O 
gələcək  necə  olacaq,  bunu  zaman  göstərər.  Lakin 
Maksimkayla tanışlıq bizim üçün də nəsə bir  yeni şeylər 


10 
vəd  edir.  Şəxsən  mənə  elə  gəlir  ki,  insanları  yaxşı 
zamanlar  gözləyir;  məncə,  gələcəkdə  də  xeyirxahlıq, 
ədalət,  həssaslıq  və  qayğıkeşlik  dəyərli  olacaq.  İşdir, 
insanın  başına  bir  bəla  gəlsə,  onun  dadına  hər  zaman 
qonşular  çatacaq,  dostlar,  tanışlar,  doğmalar  və  yaxın 
adamlar yetişəcək. 
Maksimka  adi  bir  oğlandır.  Bəlkə  də  o,  yaşıdların-
dan bir qədər fərqlənir, hər şeylə maraqlanandır. Və məhz 
bu marağın onu haralara aparıb çıxardığını sənə söyləmək 
istəyirəm, əziz gənc oxucu!.. Beləliklə, səni səyahətə dəvət 
edirəm! 
 
 
 


11 
 
Yelski panlarının bulağı 
 
Maksim Minski məktəbdən qayıdır. 
Dördüncü sinif şagirdinin qayğıları. Minski 
ailəsində ata və oğulun heyrəti. Olimpiya 
proqramının yeni növü. "Olimpiya qəzeti"nin 
sensasiyalı xəbəri. 
 
 
ördüncü  sinfə  keçərkən  Maksimka  valideynlərindən 
yeni tapşırıq aldı. İndiyədək onun yalnız iki əsas və-
zifəsi  vardı:  məktəbdən  qayıdarkən  yolüstü  çörək 
dükanına  girmək  və  ordan  yarım  dənə  kömbə  almaq. 
Adətən valideynləri tapşırardılar ki, ya "Naroçan"
1
, ya da 
"Radzivil"
2
 kömbəsi alsın... 
Ötən il atası bu vəzifəyə birini də əlavə etdi, oğluna 
yeni tapşırıq verdi. Atası zavoda səhər sübh gedirdi, qəzet 
köşkləri  bağlı  olurdu.  Buna  görə  də  Maksimkadan  xahiş 
etdi  ki,  onun  üçün  "Olimpiya  qəzeti"  alsın.  Qəzet  bazar 
ertəsi  və  cümə  günləri  çıxırdı.  Adətən  atası  işdən 
qayıdanadək  Maksimka  artıq  bir-iki  məlumatı  oxuyurdu. 
Qəzetdə  çap  olunan  Belarusun  göl  və  çaylarındakı 
yarışlardan  bəhs  edən  reportajlar  xüsusilə  onun  xoşuna 
gəlirdi.  Ötən  il  olimpiya  proqramına  qayıq  yarışlarını  da 
daxil eləmişdilər. Bu təklifi amerikalılar vermişdilər; onlar 
belə yarışların qədimdə hindu mədəniyyətinə aid olduğunu 
                                                 
1
 Naroçan: qədim Belarus ənənəsinə görə evdə bişirilən dadlı çörək növüdür, 
bu çörəyə kartof, maya, tam şəkərlənməmiş nişastalı maddə və zirə qatılır, bu 
çörəyi məşhur Naroç gölü ətrafında yaşayan əhali bişirdiyinə görə ona 
"Naroçan çörəyi" deyirlər (tərcüməçi). 
2
 Radzivil: bu da Belarusun brend çörək növlərindən biridir, əl çörəyi 
deməkdir. 


12 
aşkarlamışdılar.  Belarusda  isə  dərhal  xatırladılar  ki,  elə 
bizim də keçmiş həytaımızda qayıqlar az rol oynamayıb. 
Maksimə  də  blokun  ağzındakı  metal  qutunun 
içindən poçtu götürməyi həvalə etmişdilər. 
Oğlanın  və  valideynlərinin  yaşadığı  əllimərtəbəli 
göydələnin  birinci  blokunda  iki  yüz  mənzil  üçün  cəmi 
dörd poçt qutusu qoymuşdular. Görünür, göydələnin digər 
sakinləri  kağız  poçtu  çoxdan  unutmuşdular.  Maksimin 
atası  proqramist  təhsili  almışdı,  avtomobil-traktor 
holdinqinin  konstruktor  bürosunda  işləyirdi.  Onun  bircə 
köhnə hobbisi vardı – poçt markalarını yığırdı. Buna görə 
də  müxtəlif  ölkələrin  kolleksiyaçıları  ilə  məktublaşırdı. 
Adətən  hər  gün  iki-üç  məktub  gəlirdi.  Hər  məktubun 
içində  də  gözəl  rəngli  markalar  olurdu.  Şənbə  günləri 
səhər atası Maksimi paytaxtın Baş poçt idarəsinə aparardı; 
burada özü kimi filatelistlərin yığıncağı keçirilərdi. Axşam 
isə atası oturub məktublar yazardı. 
...Cümə günü Maksim blokdakı metal poçt qutusunu 
həmişəkindən bir qədər gec açdı. Dərsdən sonra bir neçə 
köşkə  baş  çəkdi,  nəhayət,  dördüncü  köşkdə  "Olimpiya 
qəzeti"ni tapdı. Qəzetlər artıq nadir halda çıxırdılar; bütün 
məlumatlar  elektron  poçt  vasitəsiylə  alınır,  səhərdən 
axşamadək  diqqət  informasiya  portallarına  yönəldilirdi. 
Adamlar (gənclər də, qoca arvadlar da) hətta nəqliyyatda 
internetə  baxır,  ordan  dünya  xəbərlərini  izləyirdilər...Axı 
hansısa xəbəri başqalarından gec əldə etsən ayıb olardı!.. 
Lakin hələ də kağız nəşrlər oxuyan qəribə adamlar vardı. 
"Olimpiya  qəzeti"ni  çantasına  dürtmək  istəyəndə 
Maksimin gözü təsadüfən sonuncu, 96-cı səhifəyə sataşdı. 
Və o, bu səhifədə nələr oxudu?!.. "Ptiçdə keçirilən məkik 
yarışları fövqalədə hadisə ilə başa çatıb. Belarus idmançısı 
Sobolun idarə etdiyi 7 nömrəli qayıq su burulğanına düşüb 
və  Novopolye  kəndiylə  Belkoviçi  kəndi  arasındakı 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə