Maksimkanin vətəndə və digər ölkələrdə


Kuba filatelistlərinin gözlənilməz



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   2   3   4   5   6   7   8   9   ...   29

17 
 
Kuba filatelistlərinin gözlənilməz 
diqqəti 
 
Təzə məktublarla tanışlıq. Ölkəşünaslıq saytı 
"Dudutki.bay". Professor Rodriqesdən məktub. 
 
 
aksimka poçt qutusuna yaxınlaşdı, ordan bir neçə 
məktub  götürdü.  Əgər  bu,  məsələn,  cümə  axşamı 
baş  versəydi,  oğlan  dərhal  elə  liftdəcə  atasına 
ünvanlanmış  məktublara  baxar,  əcnəbi  ölkələrdən 
göndərilmiş  poçt  markalarını  diqqətlə  gözdən  keçirərdi. 
Maksim  xüsusilə  Latın  Amerikasından  gələn  məktubları 
xoşlayırdı.  Venesueladan,  yaxud  Braziliyadan,  Kosta-
Rika, yaxud Perudan olan filatelistlər həmişə nəsə maraqlı 
əhvalatlar  yazır,  yepyeni  markalar  göndərirdilər. 
Braziliyada ilk markalar 19 may 1843-cü ildə çap olunub. 
Maksimka bu tarixi yadda saxlamışdı, çünki onlara "öküz 
gözləri"  deyirdilər,  ona  görə  ki,  markaların  hər  biri 
formasına  görə  çevrə  şəklindəydi.  Növbəti  buraxılışları 
daha eqzotik adlandırdılar- "keçi gözləri", "pişik gözləri"... 
Bundan savayı Maksimka atasıyla birgə Böyük Britaniya 
ilə  Venesuela  arasında  poçt  müharibəsinə  səbəb  olmuş 
Venesuela  markalarını  axtarmağa  başladı.  1896-cı  ildə 
Venesuela xalqının azadlığı uğrunda mübarizənin 80 illiyi 
münasibətilə  üstündə  general  Mirandanın  portreti  olan 
marka  çap  edilmişdi.  Miniatürdə  xəritə  də  çəkilmişdi, 
göstərilirdi ki, Britaniya Qvianasının ərazisinin bir hissəsi 
(o  zamanlar  bu,  ingilislərə  məxsus  idi)  sən  demə 
Venesuelanın sərhədlərində yerləşirmiş... Böyük Britaniya 
höküməti bu markaya etiraz etdi... Lakin təxminən iki yüz 


18 
yaşı olan belə bir markanı nə atası, nə də Maksimka tapa 
bilmədi. 
Kubadan  göndərilmiş  markalar  özləriylə  bərabər 
sanki dəniz havası, okean ənginliyi, ağac və bitkilərin yaşıl 
yarpaqlarını,  naməlum  və  uzaq  ölkənin  isti,  əlvan 
şəkillərini gətirmişdi. Bəs nə üçün naməlum ölkə? Məgər 
Maksimka  atasıyla  birgə  az  qala  hər  axşam  Kubaya  dair 
böyük alboma baxmırdımı? Belarusdan min kilometrlərlə 
uzaq  bir  yerə  sanki  səyahətə  çıxırdı.  Matanzas, 
Quantanamo,  Syerra-Maestro,  Kamaquey  və  digər  Kuba 
şəhərləri və şəhərcikləri elə bil oğlana tanış idi, lap Nesvij 
və  ya  Koreliç  kimi.  Maksimkanın  Kosta-Rikanı  görmək 
arzusu da vardı. Orda, paytaxt San-Xosedə  yerli mərkəzi 
poçtamtın  ikinci  mərtəbəsində  filateliya  muzeyi  vardı. 
Dünyada çox nadir muzeylərdən biriydi. Bax, orada böyük 
məmnuniyyətlə olardı... 
Lakin  bu  gün  markalar  arxa  plana  keçmişdi.  Əsəs 
məsələ  bu  idi:"Ptiç  çayına  nə  olmuşdu  belə?  Sobol 
sağdırmı?  Ptiç  çayının  sularının  taleyi  necə  olacaq? 
Qunduzların,  balıqların  taleyi  necə  olacaq?  Xərçənglərin 
başına nələr gələcək?!" 
Maksimka  özünü  qınadı-  axı  nə  üçün  o,  xəbərlər 
saytına  baxmayıb?  Axı  hamıya  yaxşı  məlum  olan 
Yandeksdə, bəlkə də bu barədə heç nə yazılmayıb, ya da 
kiməsə bu xəbər adi hadisə kimi görünə bilər. Amma bu 
sayt  var  ha,  Dudutka.bay,  ayrı  şeydi.  Onu  bu  yaxınlarda 
açıblar-  ötən  il  yüz  illik  yubileyi  bütün  ölkə  tərəfindən 
təntənə ilə qeyd edilən məşhur muzeyin şərəfinə açıblar. 
İyirminci  yüzilliyin  sonlarında  Ptiç  çayının 
yaxınlığında  qədim  üslubda  çörəkxana,  yel  dəyirmanı, 
pendir  emal  edən  müəssisə,  buzxana,  meyxana,  kəndli 
anbarları,  samanlıqlar,  pəyələr,  dəmiçixana  və  xarrat 
emalatxanaları  düzəltmişdilər.  Düz  çayın  böyründə  isə 


19 
köhnə  su  parkını  da  qaydaya  salmışdılar.  Ptiçin  o  biri 
sahilində  isə  kəhrəba  şam  ağacları  ilə  əhatələnmiş  əntiqə 
bir  bulaq  da  vardı.  Bu  bulaq  hələ  Dudiçdə  və  qonşu 
Zamostyedə  on  doqquzuncu  əsrdə  hakim  olan  Yelski 
panları  dövründən  məşhur  idi...Saytın  başlığını  gözəl 
şəkillər  bəzəyirdi:  bəstəkar  Mixail  Yelski  və  tarixçi 
Aleksandr Yelskinin portretləri. Müəllifi rəssam Vladimir 
Stelmaşonok  idi.  Maksimka  atasından  öyrənmişdi  ki, 
Yelskilər  də,  rəssam  da  bizim  Vətənimizin  çoxdankı 
məşhurlarıdır.  Bundan  başqa  uyezdin  Dudiçin  ətraf 
məntəqələri da daxil olduğu keçmiş mərkəzinin- İqumenin 
köhnə  gerbi də vardı.  İndi  İqumen Çerven  adlanır. Onun 
gerbi  açıq  mavi  tarladır,  qızılı  dərzin  gülləri  üstündə  isə 
beş arı uçur. 
–  Mütləq  Dudutki.bay  saytına  girəcəm,  –  deyə 
Maksimka  ucadan  özü-özünə  göstəriş  verdi.  -Sonra  da 
smartfonla  atama  zəng  vuracam...  Bəlkə  mənimlə  vaxt 
tapdı danışmağa. Axı nəsə eləmək lazımdı!.. 
Maksim  poçt  məktublarını  dəhlizdəki  taxta  kətilin 
üstünə qoydu. Əynini dəyişdi. Sonra vanna otağına keçib 
əl-üzünü  yudu.  Dərhal  atasının  kabinetinə  yürüdü. 
Kompüteri  açdı,  internetə  qoşuldu.  Adları  yığıb  yazdı... 
Ona  lazım  olan  elektron  pəncərə  açılana  qədər  dəhlizə 
qayıtdı,  poçtanı  və  "Olimpiya  qəzeti"nin  təzə  nömrəsini 
götürdü. Gözləri ilk məktubun üstünə sataşanda elə otağın 
ortasındaca  quruyub  qaldı.  Onun  diqqətini  qəribə  bir 
marka  cəlb  etdi.  Marka  Kubadan  gəlmişdi.  2094-cü  il 
buraxılışı idi... 
Üstündə  ispan  dilində  qısaca  nəsə  yazılmışdı, 
tərcüməyə ehtiyac yox idi: məlum idi ki, marka "Dudutki" 
maddi  mədəniyyət  muzeyinin  yaradılmasının  100  illik 
yubileyi  münasibətilə  buraxılmışdı,  üstündə  yel 
dəyirmanının  təsviri  vardı.  Bax,  bu  lap  möcüzədir 


20 
ki!..Yatsan yuxuna da girməz, özü də hamısı bir gündə baş 
verir! Məşhur qayıqçı Dudiçin yaxınlığındakı Ptiçdə yoxa 
çıxır,  Kuba  filatelistinin  "Dudutka"  muzeyinin  yubileyi 
münasibətilə  buraxılmış  marka  da  eyni  gün  gəlir.  Yeri 
gəlmişkən,  muzey  Dudiç  kəndinin  hardasa  bir 
kilometrliyində yerləşir. 
–  Yox,  burda  nəsə  var!-  Maksim  həyəcanlandı.- 
Atama zəng vuracam!.. 
 
  
Bilici Babanın söylədikləri 
 
Kuba – Vest-İndiada bir dövlətdir, Kuba, Huventud və digər 
qonşu adalarda yerləşir. Paytaxtı Havanadır. 
"Dudutka"- maddi mədəniyyət muzeyidir, 1994-cü ildə Dudiç 
kəndinin yaxınlığında yazıçı və iş adamı Yevgeni Budinas 
tərəfindən yaradılıb. Müxtəlif illərdə muzeyin ərazisində 
ağacdan düzəldilmiş yel dəyirmanı, dəmirçixana, pendir 
emal edən müəssisə, çörəkxana tikilib. Burda təkcə 
keçmişdəki əyyamla heyrətlənmək olmaz, həm də özünü 
dəmirçi, çörəkçi və duluzçu kimi sınamaq olar. 
Dudiç Puxoviçadan çox da uzaq olmayan bir kənddir. 
Minskdən 40 kilometr aralıda yerləşir. Bu kənd 
Aleksandr və Mixail Yelski qardaşlarının, heykəltəraş 
Karl Yelskinin doğma yurdudur. 1600-cü ildən bəri 
tanınır. 1785-ci ildən başlayaraq Yelski panlarına 
məxsus olub. Kənddə taxtadan Pokrovskaya kilsəsi, 
botanika bağı və bitki yetişdirmək üçün şüşəbəndlər 
mövcud olub. 
Yelskilər "Peleş" gerbli Litva Knyazlığının şlyaxta
1
 nəslinə 
mənsub olmuşlar. On altıncı əsrdən bəri tanınmış nəsil 
olub. Bu nəsildən hərbçilər, ziyalılar, rəssamlar, dövlət 
məmurları çıxır. 
                                                 
1
 şlyaxta: zadəgan əsilli adamlar. 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə