Maksimkanin vətəndə və digər ölkələrdə



Yüklə 15,14 Kb.
Pdf görüntüsü
səhifə7/29
tarix02.01.2018
ölçüsü15,14 Kb.
#19275
1   2   3   4   5   6   7   8   9   10   ...   29

25 
Telefon  susdu...  Maksimka  bir  yerdə  rahatca  dura 
bilmirdi.  Sobolun  və  çayın  taleyi  onu  daha  çox  narahat 
edirdi. 
 
  
Bilici Babanın söylədikləri 
 
Salnamələr – qədim ədəbiyyatın tarixi janrıdır. Salnamə 
adətən belə başlayır: "Yayda..." (yəni: filanıncı ilin...). 
Salnamə adı da elə buradan götürülüb. Belarusda 
salnamaələrin yazılması 12-14-cü əsrlərə təsadüf edir. 
Tarixi salnamələr Pinskdə, Sluçkda yazılırdı. Smolensk 
salnaməsi də məlumdur. Avramkanın salnaməsi və digər 
mətnlər alimlərə uzaq tarixlə tanışlığa və onlar barədə 
bilgilər verməyə kömək edir. 
Ensiklopediya-elmi məlumatlar vəsaiti və toplusudur, geniş 
oxucu auditoriyasına müxtəlif mövzularda arayışlar 
verir. Belarusda hələ 20-ci yüzillikdə çoxcildli universal 
belarus ensiklopediyası nəşr edilib. 12 cilddən ibarətdir. 
Sahə ensiklopediyaları da mövcuddur, həm də fərdi və 
regional ensiklopediyalar olur. Belarusda F. Skorin, Y. 
Kupala və M. Boqdanoviçə həsr edilmiş fərdi 
ensiklopediyalar var. 
Dünya çayları- təbiətin su axınlarıdır, işlənmiş çökəkliklərlə 
axır. Çaylar yerüstü və yeraltı sularla qidalanır. 
Dünyanın ən böyük çayları bunlardır: Nil- uzunluğu 
6650 kilometrdir. Amazonka- 6400 km. Yantsızı-6300 
km. Missisipi Missuri ilə -6275 km. Xuanxe-5464 km. 
Amur-4440 km. Belarusda Dnepr, Dvina, Neman, Pripyat, 
Beryozina ən böyük çaylar hesab olunur. 


26 
 
Zamanla səyahət 
 
Kuba markaları Belarus barədə danışır. 
Heyranedici poçt kəşfi... Yelski panlarının 
bulaqları. Yeni məkan. 
 
 
aksim qayçını götürüb məktubun qırağını səliqəylə 
kəsdi, ordan ikiqat bükülü vərəq çıxartdı. Məktubu 
oxumadı,  poçt  markalarını  isə  kompüter  stolunun 
üstünə  tökdü.  Beş  miniatürdən  ibarət  serial  markalar 
gördü. Onlardan biri eynilə məktubun üstünə yapışdırılmış 
marka rəngində idi. İkinci marka 3 sentavoluq idi, üstündə 
"dudutka"  su  dəyirmanının  təsviri  vardı.  Üçüncü  daha 
bahalıydı-5 sentavo. Burada Aleksandr Karloviç Yelskinin 
Zamostyedəki  malikanəsinin  təsviri  vardı:  taxtadan 
tikilmiş  sadə  bir  ev!  Ola  bilsin  Maksimkanın 
fotoalbomundakı  püfə-püflə  qoruyub  saxladığı  ulu 
babasının birmərtəbəli evinin şəklindən, ya da elə paytaxt 
məktəblilərinin  hələ  üçüncü  sinifdə  "Köhnə  açıqcalar 
Belarusdan  danışır"  fənnindən  öyrəndiyi  Vladimir 
Alekseyeviç  Lixodevin  dərsliyindəki  açıqcalarda  təsvir 
olunan  evlərdən  bir  qədər  geniş  idi.  Dördüncü  marka 
Dudiçin  Pokrovskaya  pravoslav  kilsəsinə  həsr  edilmişdi. 
Beşinci marka ən bahalısıydı – 15 sentavoya!  Bu, oğlanı 
daha  çox  valeh  etdi.  Markanın  üstündə  Yelski 
malikanəsindəki  bulağın  təsviri  vardı.  Doğrudur,  o  bulaq 
Maksimkanın  "Dudutka"ya  ekskursiya  zamanı  gördüyü 
kimi  deyildi.  Gördüyü  bulağın  üstündə  indi  örtük  vardı. 
Şalbancıqlar  sanki  yerə  basdırılmışdı.  Maraqlıdır,  bu 
kubalı  poçt  işçiləri  görəsən  belə  bir  obrazı  hardan  tapıb 
çıxarmışdılar?..  Nə  isə...  Ümumiyyətlə,  Dudiçdə  və 


27 
Zamostyedə Yelski nəsliylə və onların malikanəsiylə bağlı 
bir o qədər çox fotoşəkil qalmayıb. 
Oğlan  bulağın  təsvirinə  xeyli  baxdı.  Bir  azdan  ona 
elə gəldi ki, məktubdakı kağız parçasından xüsusi sərinlik 
duyulur.  Gənc  filatelist  bulaqlar  haqqında  tapmacanı 
yadına  saldı:  "Təmizdir,  gözəldir,  yay  uzunu  çiçək  açır, 
amma toxumu yoxdur". 
Qəflətən (oğlana bəlkə də elə göründü!) şəffaf mavi 
bulaq  tərpəndi  və  canlandı.  Suyun  üzərində  kölgələr 
qaçışdı,  həqiqətdə  isə  onlar...hərflər  idi.  Maksim  elə  bil 
ayrı aləmə düşdü, canı gizildədi, əti ürpəşdi. "Belə şeylər 
ola bilərmi? Necə yəni, su canlana bilərmi? Aman Allah, 
Kuba  markaları  üzərindəki  hərflər  belarus  sözlərinə 
çevrilir..."  Maksimka  həddən  artıq  təəccübləndi,  ucadan 
oxudu: 
–  Bulaq  sirləri  açır...  –  hər  söz  ayrıca  sətirdə 
verilmişdi.  Bir  azdan  bütün  sütun  dalğalara  döndü. 
Ardınca yeni-yeni sözlər əmələ gəldi. Bu sözlər titrəyirdi, 
tərpəşirdi, əsirdilər, onları dərhal anlamaq olmurdu: Yelski 
panları, Ptiç çayı...Bütün sirlər arxivlərdə gizlənir... 
Bəs  sonra?  Yəni  markalar  hər  şeyi  alt-üst  edə 
bilərmi? 
Maksimkanı  hələ  körpəlikdən  nəticə  çıxarmağa 
tələsməməyə  öyrətmişdilər;  o,  bir  qədər  özünü  itirdi. 
Ətrafda baş verən hadisələr, bir qədər anlaşılmaz olsa da, 
onu nəsə bir hərəkət etməyə sövq edirdi. Lakin nə etməli, 
hansı tərəfə getməli?.. Oğlan gözlərini yenə hərəkət edən 
kölgələrə  zillədi,  heyrətamiz  əlvan  markaları  bir  daha 
gözdən  keçirtdi.  Atası  ona  Dominikan  poçt 
miniatürlərindən  danışmışdı,  onların  üstündə  sərhəd 
mübahisələri  yaranmışdı:  1900-cü  ildə  Dominikan 
Respublikasının  markalarının  üstündəki  təsvirlərdə 
rəssamlar  Haitinin  bir  hissəsini  "çırpışdırmışdılar". 


28 
"Filatelist  əməlləri"nin  nəticəsi  olaraq  1879-1883-cü 
illərdə  Çili,  Peru  və  Boliviya  arasında  da  "müharibələr" 
olmuşdu.  Onun  yadına  Böyük  Britaniya  və  Venesuela 
arasındakı "poçt müharibəsi" də düşdü...Ah, yəni markalar 
teleqraf ola bilər? Özü də tarixi markalar!... Belə bir şeyi 
təsəvvür eləmək çətindir!.. 
 
  
Bilici Babanın söylədikləri 
 
Sentavo – Kubada xırda pul vahididir. Bir sentavo- bir 
pesonun yüzdə biridir. 
Markanın qiyməti çap olunan poçt markasının üstündə olur. 
O, pulun məbləğini göstərir və siz markanı təqdim 
etsəniz onun üstündəki məbləğə görə sizə poçt xidmətləri 
göstərəcəklər. 
Bulaq- yeraltı suların yerin üstünə çıxardığı sudur. Bulaqlar 
mineral, şirin, ilıq, soyuq, isti və qaynar olur. 
 


Yüklə 15,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə