Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə36/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

Söyləyicilər:


Natavan Əliyeva, doğum tarixi 1964, təhsili ali, Mahmu­davar kəndi.

Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi.

Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili 7-illik, Qı­zı­lağac kəndi.

Cəmiyyəpüstə Sadıqova, doğum tarixi 1920, təhsili yoxdur, Qızılağac kəndi.

Rübabə Ələkbərova, doğum tarixi 1929, təhsili 7-illik, Qı­zılağac kəndi.

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi.

Mövsüm Ağayev, doğum tarixi 1932, təhsili orta, Masallı şəhəri.

Kişvər Abbasova, doğum tarixi 1927-ci il, təhsili yoxdur, Ərkivan kəndi.

Sədiyar Həsənov, doğum tarixi 1937, təhsili orta, Ərkivan kəndi.

Mövsüm Ağayev, doğum tarixi 1932, təhsili 7-illik, Ərkivan kəndi.

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi.

Arif Fərzəliyev, doğum tarix 1956, təhsili ali, Xırmandalı kəndi.

Şabacı Quliyeva, doğum tarixi 1924, təhsili yoxdur, Hişkədərə kəndi

Məşədixanım Mirzəyeva, doğum tarixi 1931, təhsili 7-illik, Hişkədərə kəndi

Qənbər İmanov, doğum tarixi 1957, təhsili orta, Xırmandalı kəndi

Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan kəndi

Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xırmandalı kəndi

Mircənnət Rəfiyeva, doğum tarixi 1963, təhsili orta, Masallı şəhəri

Ədibə Əliyeva, doğum tarixi 1964, təhsili ali, Şərəfə kəndi

Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzdə

Könül Hümmətova

Vüsalə Kərimova

10. MƏTBƏX



Bizdə məşhur yeməy umacdır. Əriştə xəmiri belə ovur­duq, sora suyu qaynıyanda belə fırlıya-fırlıya tökürdük ki, ya­pışmasın. Sora soğandağ eliyirik. Əriştəni xırda-xırda doğra­yır­lar, onu səririk. Onu qovururuq. Qorğa, qovud soyuğ hava­larda olur.
* * *

Məsələn, fisincan əsasən quşdan eliyirlər. Olmuyan yer­də cücədən də olur. Onu – cücəni əvvəl bütöv qoyursan, su­yun içərisinə, əsas quş yaxşı olardı. Sora soğanda soyursan bütöv-bütöv qoyursan qazana. Bi dənə də turş nar qoyursan, qabığı qarışığ. Balaca ordan-burdan bıçağı ona sancırsan. Na­rı da qoyursan suyun içərisinə quşun yanına qaynıyır. O quş bişir. Gərək bozbaş fasonda su olmasın. Su lap az da olmasın. O, qaynıyandan sora narı götürgünən tolla. Çünkü onun dadı çıxar. Sora onu orda quşu balaca tikəliyirsən. Qozu çəkirsən maşınnan. Üç yüz qıram, dörd yüz qıram. Əgər quş böyük­dü­sə yarım kilo. Baxır zövqüvə. Qozu çəkdin maşın­nan. Onun suyu qalıb axı, bir az tökürsən, qozu da onun üstünə, qarış­dı­rırsan. Bir xeyli qaynıyır. Orda o suyu tamam quruyur. Quş yağ­sız olsa, bir az yağ da atırsan. Bundan sonra onu ya plov­nan, ya da çörəynən yeyirsən.
* * *

Masallıya məxsus bir yemək də sərəl fətirdir. Əvvəl xa­mı­rı suynan, ya südnən xamırı elədin, qalır acıyır. Acı­yandan sora cıqqılı kündə eliyirsən balaca-balaca, ondan sora onu ox­lov­nan yayırsan. Lap açmırsan az-az. Ondan sora yağı tökdün yağladın. Belə-belə yumurladın. Belə-belə burdun. Yenə eylə­din. Yenə onu oxlovnan yaydın ondan sora atırsan, bişirirsən sacda. Çevirisən o üzün, bu üzün.
* * *

Ən çox kənddə xaşıl bişirirdilər. Quymağ da çalardılar. Sora fətir bişirərdilər. Fətir hasan başa gələn şeydi. Çox dəb olan toyuğ bazbaşı. Mal ətindən bozbaş olmazdı. Qoyun ətindəndi.



* * *

Başda oturardı, böyuk nənəm – dədəmin nənəsi, altına nalça qoyurdu, otururdu, sırfa sərirərdüy, ordan belə, özu də külfət iduy, əl suyu verərduy, onnan xörəyimizi yeyərduy, yı­ğış­dırarduğ. Hamı əllərin qalxızıb dua eliyərdi. Böyüyün qa­ba­ğına ətın ən yaxşı yeri qoyulardı. Döş əti ən yaxşı yeri sa­yı­lar­dı. Qabağ bişirərdüy fisincan, şamı kükü, tərə, heyva rubı – heyram töküllər qazana, o qaynıyır, onu götürürsən, görürsən ki, heyva bişib də, onun suyu çıxıb o şirin sua. Onnan onun altını ağır-ağır altım eliyirsən, qaynadığcan onu bılliyirsən, bıl­liyirsən o olur rub. Onu hökmən balaca qaba töküb plovun ya­nına qoyurdular. Balaca qaşığ da qoyurdular, götürüb tö­kürdülər yeməyə.
* * *

Sufrə adəti

Evin sərkərdəsi olurdu. Bizdə qaynana idi. Sırfanı sərər­düy qaynənənin yanına. Üstü düzülərdi. Yemək çəkilərdi. Evdə onun böyük olmasına baxma, siftə oğlannarına çəkərdi. Onnan sora gəlinnərə çəkilərdi. Evdə neçə gəlin varsa, heç birinə ayrı yemək çəkilməzdi. Deeerdi ki, dava-dalaş düşmə­sin ki, birinə az çəkildi, birinə çox, birinə ətin yaxşısı qoyuldu filan, belə-belə də, bala. Ona görə də, bala, bi dənə iri nim­cəyə gəlinnər üçün çəkilərdi yemək, deyirdi, siz bu nimçədən yeyin. Biz də qaşığı alarduğ əlimizə, hərəmiz bi yannan baş­dıyarduğ yeməyə. Az olurdusa, yenə əlavə olunurdu. Taaa ev tikib hərənin öz evi olana qədər belə yeyib içirdük. Evin bö­yüyünə də ya xala, ya bibi, dostu, gəlinbacı deyirdük.
* * *

Bınnan qədim yeməklər tamalahı bişirilərdi. Ətdən, cü­cədən fişincan bişirərdüy. O da ploynan da yeyilərdi. Qoorma (qalya da deyirdilər ona) bişirirdilər. İndiki aşqarası.
* * *

Qoot plovun bişirilməsi.

Deməg buğdanı təmizdiyirsən gül kimi. Onu sacda qo­vu­rursan. Da çox ötürmürsən aa, elə-belə. Onnan aparıb əl da­şında çəkirsən, sora əliyirsən. Altına un çıxır. Götürürsən unu, yarmasını təmizdiyirsən, tökürsən qazana. Süd də tö­kür­sən, su da tökürsən. Duz atırsan, hər şeyi yerində. Onu bi­şir­din, suyu çəkilənə yaxın onun ununnan azca-azca səpir­sən, qa­rışdırır­san. Kəfkirin sapınnan qarışdırırsan. Onnan sora vurursan də­mə. Əyər varundı, üsdünə yağ səp. Dəmə vuranda qazanın üs­dünə səp, vur dəmə. Pişdi, nimçəyə plov çəkən kimi çəkirsən, yeyirsən. Onun dadını heç nə vermir.
* * *

Qoot ununu biz buğdanın yarmasınnan çəkirdiy, nənəm rəhməttiy təmizdiyirdi, tökürdü, südü də tökürdü. Bir az da pə­sox tökürdü. Onun yarması bişirilirdi. O lap daddı olurdu. Bu süddaş bişirirsən ha, düyü süddaşı onnan xeyli daddı olur. Ac­ca pəsox tökürsən, acca da su tökürsən. Elə bil 3 stəkan sü­də 1 stəkan su. Qalanı süd olur. Duru da bişirilir, qatı da. Öz işindi.
* * *

Çəltik əkilərdi qabağ, dingdə döyülərdi. Onnan sora yar­masın götürüb, xalis düyüsün də bir götürürdüy. O yarmanı da təmizdiyirdüy, onu daşda çəkirdik. Lökü bişirirdik. Lökü qə­şəng olur. Onun xamırın südnən eliyirsən. Onu tavada bı qalınnığa sərirsən. Üsdünü belə barmağınnan deşikliyirsən. O deşikləri yağnan doldurursan. Onun altına da yağ tökürsən, üsdünə təmiz bir qapağ qoyursan. Qapağın da üsdünə bi dənə sac qoyursan. Sacın da üsdünü qalıyırsan, altın da qalıyırsan. Hə, o orada bişir. Altını bir az seyrək qalıyırsan ki, yanmasın. Onu bişirirsən.
* * *

Məşhur yeməklərdən biri də ərdək idi. Xamırı belə uzun-uzun barmağ yoğunnuğunda uzunadırsan. Onu doğ­ru­yur­san belə-belə. Tökürsən yağın içinə. Qarışdırırsan o yana-bu yana. Onnan sora üssünə də isdəsən pəsox tökürsən. Ye­yir­sən. Bu ərdəkdi.


* * *

Bamiyə. Bamiyənin xamırı duzdu olur. Onu belə tökül­lər qaba, tökdügcən o öz başına şişir yağda. Yığırsan qaba pə­sox səpib yeyirsən. O olur bamiyə. Bamiyə bol yağda bişir. Ta­vıya yağ atmaxnan yox. Məsəl iki litrlik yağın birin boşal­dır­san qazana. Həmin yağda qızardıllar. Qaynıyan yağın için­də. Sora kəfgirnən yığıllar qaba yeyillər.
* * *

Çığırtma bişir bizlərdə, Novruz bayramında da bişirirlər. Basdırırlar toyuğun cücəsindən. Bu əmələ gəlir iyun ayında iki aylıq. Onu kəsdilər təmizlədilər doğruyurlar. Onu soğan­nan qorurlar. Çoxlu soğan qorurlar, sonra baxır cücə bir dənə­di, iki dənədi, qovurdular. O, yumurtanın abqorasını vururlar cücənin üstünə. Yetişməmiş üzümün suyu abqoradı. Müsəm­ma­nı qoyurlar çirananın üstünə. Üş dənə belənçik gözü olur. Burda od qalanır. Onu teşdə bişirmirlər, qoyurlar odun üstünə qızdı, qızandan sora o, abqoralı yumurtanı vururlar onun üs­tünə. Çox adam yeyəndə barmağını da dişliyib. Çığırtmanın bişirilmə forması budur.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə