Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə37/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

Söləyicilər:


Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi

Ələkbər Ələkbərov, doğum tarixi 1928, təhsili orta-ixtisas, Qızılağac kəndi

Rübabə Ələkbərova, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi

Şabikə Bəşirova, 75 yaş, təhsili yoxdur, Dadva kəndi

Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xırmandalı kəndi

Rəfayıl Vahabov doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi

Toplayıcılar:


Nuridə Muxtarzadə

Çiçək Əfəndiyeva

11. OYUNLAR



Həyətdə oynuyardıq, yaylığdan qayırardıq burardığ – bu­rardığ yığardığ ağacın dibinə. Götürərdik dolanardıq, kim ki, vurseydi, bu səfər olar girərdi beş dənə, altı dənə qız olur­du.
* * *

Bir dənə də qonşumuz var idi. Yoldaşımın əmisi oğlu idi. Bir də gördüm yoldaşım gəlir. Bazar da bizə yaxındı. Gəl­di dedi, ay Mənsurə, dedi, Qüdrət afişa vurub bazara, axun­dun gəlini top-top oynuyur. Dedim, əcəb eliyirəm oynu­yu­ram. Sənə nə var. Oğlanlarla dədəm evində oynuyardığ. Mə­sə­lən, beş nəfər, altı nəfər düzülərdik belə bel atdı oynu­yar­dıq. Han­sı ki adam dalda qalıb sürüşsə idi, bu səfəri onun dəstəsi yatardı. Belə-belə oynuyardığ.
* * *

Uşaq vaxtı oynadığımız oyunlardan bayrağgötürdü, giz­lən­qaç, eşşəkbeli sındırdı vardı.
* * *

Təkməcut, daş-daş, xiyqışdı oynuyurduq.

Novruzda qızdar küp asardı, küpə gedərdüy eeeeeeeeeee. Qızdar göyün üzündə, gedərdi küpdə oyana-biyana. Biri də burda vurardı ki, adaxlının adını de. Deyərdi:

Adaxlımın adı Xorasan,

Gedib gələndə görəsən.

Əlinə dəsmal verəsən,

Üzünnən tərin siləsən.

O biri helə düşərdi, o demiyəndə, onu çubuğnan, vurar­dılar.
* * *

O vaxtlar biclik-miclik yoxuydu. Hamı bir yerdə aparma vermə oynuyardıq. Hamı məsəlcün düzülərdi, bi dənə oğlanın dalına. Bi on beş, iyirmi adam düzülərdi məsələn, o aparır, bu da vermir. Diyir aparıram, bu da diyir vermərəm.
* * *

Qayışgötürdüdə cızı belə çəkirdilər dənə, yerə belə cız cəkib qayışı qatdıyıb qoyursan ora. Hamı durur qayışın üs­tün­də. 3 dənə də adam çöldə əlin uzadır qayışa aparsın, əlin uza­danda təpigi vurursan belə. Qayışı vermirsən də, versən yan­dırıb tökəcək axı səni.
* * *

Əzzəlxan oynıyanda əyilirdük aşağı, oğlan, qız fərqi yox­du, hamısı hoppanırdı bir-birinin üstünnən.
* * *

Bu oyuna ya mollaxan, ya da üşdəbalac deyirdilər. Üş­də­balaca deyəndə atdananda götün vururdu əyilənin kürəyinə, gupp, ya yıxılırdı, ya qalırdı
* * *

Keçmişdə oynadığımız oyunnan biri də qızılquş oyunu idi. Kruqnan belə, qızlar oturardı hamısı, dəsmalı yumurru­yar­dılar, gəzərdilər, dəsmalı bir nəfərin arxasında qoyardılar. Onnan sora deyərdilər, axı bu görmür, qabaga baxıllar, heç kim görmür də hara atdılar dəsmalı. Hə, deyərdilər ki, kim tap­masa o, çıxacağ oyunnan. Tapan qalacağ.
* * *

Belə bir cız çəkərdilər. Oğlannar oynuyardı kənddə. Biri qayışı götürərdi, başdıyardı o birini qayışnan vırmağa. O da çalışırdı ki, qaçsın o tərəfə, bu tərəfə ki, onu vuran olmasın.

Söyləyicilər:


Mənsurə Abdullayeva, doğum tarixi 1933, təhsili 7-illik, Qızılağac kəndi

Rübabə Ələkbərova, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi

Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi

Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xırmandalı kəndi

Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan kəndi

Toplayıcılar:


Çiçək Əfəndiyeva

Nuridə Muxtarzadə

12. QAÇAQ ƏHVALATLARI

Mozu mənəm



Qaçaq Mozu yoxsulların pənahı olub, varrıların düş­mə­ni, yəni yoxsullarnan işi olmıyıb. Nəsrullah uşağı olub burda, iki qardaş. Olar bəy olublar. Varlı olublar. Qaçaq Mozunun bir xüsusiyyəti vardı. O qədər cəsur oğlan olub o. Atın yalma­nı­na yatırdı. At sürətnən gedəndə, o da o sürətnən gedirmiş, çox çevikmiş. Rəşid dayım var idi, qoçu dəstə­lərinnən biri idi Mozunun. Dayım deyirdi bir gün bizi o tayda tutdular – Cə­nu­bi Azərbaycanda. Tutdular, sora dəyiş-düyüş elədilər. Mən də Mozunun dəstəsindəydim. Bizi gətirəndə o zaman camaat yığışmışdı ki, görsün bu Mozu nə cür adamdı?

Bu Lənkəranda gəmi gəlib dayanıb, Portda. Camaat da yığışıb nə qədər, baxsınnar ki, Mozu nə təər adamdı. Orda biz düşəndə baxıblar elə biliblər ki, Mozu mənəm. Cüssəli, qollu qüvvəli olduğuma görə. Mozu da qayıdır ki, ay camaat, elə bi­lirsiz ki, Mozu budu? Mozu mənəm eeee, deer, qamçıya bən­­zər bi adam idi, arığ, cüssəsiz, sütül bi oğlan idi Mozu. Bunu onun qoçularınnan biri danışıb mənə.

Qaçaq Mozu qızılı tapır



Bizim kənddə bir kişi olub. Adı Qara olub. Familyası da Gəncəliyev. Onlar hardansa gəlib çıxıblar bura. Burda yerli tay­­fa beş nəsildi, bizim nəsildi. Bular da hamısı seyid nəsilidi, o yannan gələnnərdi. Adı Seyidəddin olub, bu kəndin tarixin de­yirəm sizə. İkinci mənası dini üslubdadı. Üçüncü mənası Ma­sallıynan bizim aramızda Dallar kəndi var. İstil deyirlər, in­sanlar özləri yaradıllar süni yolnan. Həmin Qara kişi olur. Gə­lir bura qoyun-quzuynan məşğul olur. Bular Qarabağdan gəlmədilər hamısı. Buların yaxşı imkannarı olur. Əvvəl Mə­şədi bəy adlı adam olub.

Günnərin bi günü Masallı rayonunun Xoççabannı kəndi var, Stansiya deyirüy, orda Mozu adlı biri olur – oğru başı. Xalq ona Qaçağ Mozu deerdi. Bu Mozu bi gün gələr bulara, bu Qara Gəncəliyevgilə. Bı da qızılı gizdədər, 15 kilo qızılı, Nikolayın şəkli olan qızılları. Həsirdən kosaradı, içinə çəltiy töküllər, bığda töküllər. Anbar kimi istifadə edirmişlər də. Qı­zılı qoyar ora. Gələllər, kənddən xəbər verəllər ki, Qara kişidə bu qədər qızıl var. Qaçaq Mozunun dəstəsi beşatılanla bunun ba­şının üstündə durar. Nə isə, deməz bu. Bunu arvadı Məşədi idi deyər. Deyər, a xala, qızılın yerin de, ərinə toxummayaq. Deyər, qurban olsun sənə, kosaradadı, gəl verim. Göstərər, ve­rər. O vaxtdan deyəllər ki, hə, Qaranın qaraçuxası yatdı.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə