Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə45/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

Söyləyicilər:


Mədinə Həsənova, doğum tarixi 1941, təhsili 7-illik, Xırmandalı kəndi

Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə kəndi

Əlizaman Baxış, Hacıtəpə (Keçmişdə və indi), B., 2010

Arif Fərzəliyev, doğum tarixi 1956, təhsili ali, Xırmandalı kəndi

Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi

Aslan Həsənli, Dünya mənə ilişmə, B., 2007

Nurməmməd Ağa, Boradigah. B., Təhsil 1992


Toplayıcı:


Füzuli Bayat

17. DİNİ RƏVAYƏTLƏR

Həzrət Əli əleyhissalam




Həzrət Əli əleyhissalam səkkiz yaşında olanda, gedir əmisi oğlu Həzrət Məhəmməd peyğəmbərin yanına. Deyir:

– Əmioğlu, nə eliyirsüz?

Deyir:

– Əmidostun Xədiceyi Kubreynan namaz qılıruğ.

Deer:

– Gedim onda mən də atamnan icazə alım, namaz qılım.

Səkkiz yaşındeydı. Gəlir öz-özünə fikirrəşir, deer, yaxşı, Allah məni xəlq eliyəndə atamnan icazə almışdı?! Mən niyə atamnan icazə almalıyam?!

Səhər açılan kimi durur, dəssəmazın alır, gəlir namaza. Namazı qılır, deer:

– Ya rəbbim! Allahnan mənim aramda pərdələr göt­rül­seydi, mənim Allaha zərrə qədər inamım artmazdı. Amma, mən elə Allahımı görmüş kimiyəm.

Deer:

– Ya rəbbim! Mən sənin nə cənnətinnən qorxuram, nə də cəhənnəminnən. Yalnız sənin mərhəmətüə görə ibadət eliyirəm.

Sən nə vaxt özüvü xoşbəxt hesab edirsən?



Həzrət Əliyə deyirlər ki, ya Əli, sən nə vaxt özüvü xoşbəxt hesab edirsən? Mən özümü onda xoşbəxt hesab edi­rəm ki, mən danışanda, məni dinləyənlər mənə qulaq asanda özümü xoşbəxt hesab eliyirəm. Əgər asmazlarsa, mən dünya­nın bədbəxtiyəm. (Mən indi bu dəyqə xoşbəxtəm ki, məni gör neçə nəfər dinniyir).

Həzrət Əlinin nəzakəti



İmam Əliynən bir kəs yol gedirmiş, bunlar ikisi də yolnan gedirmişlər, Həzrət Əli soruşur:

– Sən hara gedirsən?

Diyir:

– Mən Mədiniyə gedirəm.

Diyir:

– Bəs sən hara gedirsən?

Diyir:

– Mən Şama gedirəm.

Şama, Mədinəyə gedən yollar bir-birindən ayrılırlar. Bu Şama gedən bi də görür ki, İmam Əliynən yolu söhbət eliyə-eliyə gedirlər. Bu kişi bi mövzu başlıyır söhbət eliyə-eliyə gedirlər. Bi də baxır görür ki, bu İmam Əlidi bilmirmiş a, bu ni­yə mənimlə gedir. Sual eliyir ki:

– Ya Əli, axı siz Mədiniyə gediceydiz, Şama niyə ge­dirsiz?

Diyir:

– Sən sözünü bitirib qurtarmıyıbsan, ona görə mən sənə bura qədər yoldaşlıq elədim.

Haqqını halal eləmirsən?



Bi övlad ata-anasın çox incidərmiş. Bi gün olur ata-ana Peyğəmbər Əleyhisalamın yanına gəlirlər ki:

– Ya Peyğəmbər, bu uşağ can verir, ancağ canın tapşıra bilmir ki, bilmir. Gecədən can verir, sübh namazıdı, bu canını tapşıra bilmir.

Peyğəmbər durur, gəlir, baxır görür ki, həqiqətən oğlan canını tapşıra bilmir.

Diyir:

– Hardadı bunun anası?

Diyirlər:

– İçəri gəlmir, çöldədi.

Diyir:

– Çağırın onun anasın gəlsin içəri.

Qadın gəlir içəri.

Peyğəmbər diyir ki:

– Sənin oğlundu, Allah dərgahına qovuşa bilmir.

Diyir:

– Hə.

Diyir:

– Bu sənə neyniyib?

Diyir:

– O, məni o qədər döyüb, o qədər mənə nəlayiğ sözlər deyib, o qədər məni incidib ona görə o, canın tapşıra bilmir.

Diyir:

– Haqqını halal eləmirsən?

Diyir:

– Yox, eləmirəm.

Diyir:

– Gəlin onda bu oğlanı o ananı nə qədər döyübsə eblə döyək. Nə qədər pis söz deyibsə, eblə söz deyək.

Ana gəlir əlini qoyur oğlunun alnına diyir:

– Yox, mən qıymaram ki, ona bu qədər əzab-əziyyət verilsin.

Elə həmən dəmdə də Allah-taala onu öz dərgahına qovuşdurur.

Namaz qılmayan adamın haqqı



Bi dəfə də Peyğəmbər oturmuşmuş bi dağın ətəyində. Görür bi dənə yolçu gedir, diyir ki:

– Gəl mənimlə nahar eylə.

Həmən adam gəlir oturur bunnan çörəy yeməyə, ağzına tikəsin aparanda Peyğəmbər soruşur bunnan:

– Namaz qılırsan?

Diyir:

– Yox, qılmıram.

Qılmıram deyəndə Peyğəmbərin üzü tutulur. Kişi hiss eliyir ki, onun namaz qılmamağına görə bunun acığı gəldi. Ya­­vaşcalı durur ayağa. Düzəlir yoluna gedəndə, Allahdan ni­da gəldi, ya Peyğəmbər, o kişinin yetmiş iki yaşı var. Yetmiş iki ildi mən o bəndəmnən dolanıram, rəftar eliyirəm. Sən nəyə görə, mənim yetmiş iki ildir çörəyini əksik etmədiyim bən­də­mi xor gördün? Səni Peyğəmbərliyindən endirəcəm. Sən nəyə görə, bi loxma çörəyinə görə mənə ibadət eləmir, deyə onu qınadın. Sənə nə onnan, onun çörəyini boğazında qoydun.

Peyğəmbər durdu getdi həmən kişini tapdı, könlünü al­dı, gətirdi otuzdurdu süfrəsində.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə