Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə43/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

Söyləyicilər:


Həcər Həsənova, doğum tarixi 1950, təhsili orta, Şərəfə kəndi

Rübabə Ələkbərov, doğum tarixi 1929, təhsili 7-illik, Qızı­lağac kəndi

Nazilə Hüseynova, doğum tarixi 1959, təhsili ali, Həsənli kəndi

Toplayıcılar:


Füzuli Bayat

Vüsalə Kərimova

14. VÜCUDNAMƏ



Uç yaşından beş yaşına gələndə,

Bir qız gözəllikdə əcəb qız olar.

Həddi bulığ on yaşına çatanda

Açılar laləsi bir gözəl olar.
On birində kətan örtər başına,

On ikidə vəsmə yaxar qaşına,

Elə ki qız doldu on üç yaşına,

Qoyma qonşulara, yaman söz olar.
On dördündə gözəllərə qatılar,

On beşində müştəriyə satılar,

On altıda toy məclisi tutular,

Gözəllər icində bir gözəl olar.
On yedddidə hələm gərdən qurular,

On səkkizdə hər bir sözlə durular,

On doqquzda şux məmələr qırılar,

Onu əmən körpə özü məst olar.
İgirmidə gəlib dönər gəlinə,

Igirmi birdə siqal verər telinə,

Igirmi ikidə düşər eşqin gölünə,

Gəlinnər içində bir gəlin olar.
Otuzunda minər biçər bişirər,

Otuz birdə hər bir işə alışar,

Otuz ikidə hər bir işə qarışar,

Analar içində bir ana olar.
Qırx yaşında arvad olub oturar,

Qırx birində hər bir işə qatılar,

Qırx ikidə oğul, uşaq yetirər,

Nənələr içində bir nənə olar.
Əllisində gələr düşər ayağa,

Altımışda dönər ayrana, bala,

Yetmişdə gələr qabaq-qabağa

Qocalar icində bir qoca olar.
Səksənində gələr vaqif sözünə,

Doxsanında əlin atar dizinə,

Yuz yaşında taqət enməz dizinə,

Ocaqlar başında tək yalqız qalar.

Söyləyici:


Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili orta, Musaküçə kəndi


Toplayıcılar:


Füzuli Bayat

Nuridə Muxtarzadə

15. ALQIŞ-QARĞIŞLAR

Alqışlar



Bir də görürsən gəlirlər nəsə istiyirlər bizdən. Başuva dönüm, qadavı alım, belə çörəyin çox olsun, canın salamat ol­sun, üzün xoş olsun. Belə dualar eliyirik.
* * *

Dəssəmazuu alırsan, üzüvü tutursan qibləyə. Özü də ya axşamçağı, ya da namazdan qabağ, ya gecə saat 3-4 arası, ya sübdən, ya da yağış yağan vaxtı, kimsəsiz, yiyəsiz yerlərdə dua­lar müstəcəb olur. Əllərü qalxızırsan Allahın dərgahına, mütləq başun bağlı olmalıdı. Əlləri tut üzüvə. Deyirsən:

Kəlbi asanən tuəm yari mədəd – 3 dəfə
* * *

Ya Əli köməklik elə, darda qalmışam, müşküldə qal­mışam. Diləgüvi diliyirsən. O qabul olur. Allah-tala onu qa­bul eliyir.
* * *

İlahi birəbbim. And verirəm sənə bir səən birrigüə. Tək səən təkligüə. Səni and verirəm öz yaratdığua. Öz bəndöə. Cə­hi cəlalua ki, özün balalarımnan təsibhal olginən, xatadan-baladan uzağ eləginən.
* * *

Cəmi Əli şiəsinin balasını saxlaginən, bizimkilər də onun içində. Oğul varsa, gəlin də var, ev də var, mal da var, mülk də var. Allah günüvüzü xoş eləsin, çörəyüvüzü bol elə­sin. Bəxtəvərlər sırasında olun. İşdərivüz avand olsun. Hər kəsin haqqını Allah-tala versin.
* * *

Bax bizim kənddə bi seyid var idi. Ağir seyid idi, zənən idi. Bi gün yenə qurağlığ olub, o gedib yaylığın açıb axşam­cağı şam namazında atıb quyuya. Quyu da qurumuş­muş. Deyib İlahi, səndən əhalimçün ruzi, cörək istiyirəm. Sən bu əhaliyə ruzi ver, əkdiyi yanıb. Həmin günü də o qədər yağış yağıb ki, düzü dünyanı az qalıb su basa. Allah-taala mömin bəndədlərinin sözünü tez eşidər.
* * *

Xudavəndi Kərim Allah, səfərə gedən, çörək dalınca gedənlərın yolunu işıqlı elə, işini ovand elə. Üzü cörəyli elə. Nabud eləməginən. Zəhməti zay olmasın. Hax yoluna gəlsin. Öz cörəyin özüynən gətirsin, fər olsun, bifər olmasın.
* * *

Ailənnən bərqərar olasan. Ruzili-nəhmətdi olasan. Kafər başına gəlməsin.
* * *

Allah balamın evin day da çırağ elə, balalarımı baxtəvər elə.
* * *

Həkim balamın ağ xələtin biy az da uca elə.

* * *

Allah, sən balamın axır günün xeyir elə.
* * *

Allah oğul-qızıvı saxlasın.
* * *

Dünya durduğcan durasan, ay bala.
* * *

Allah düşmanuuzu zəlil eləsin.
* * *

Baxtəvərrər baxtəvəri olasan, ay bala.
* * *

Xeyir-dua verəndə, qapıdan çıxanda, deyirdilər, xoşbəxt olasan! Allah xeyir versin!
* * *

Getdiyin yerdən yarıyasan! Övlatlı, dövlətli olasan! Ağlın, kamalın olsun, xoş sədaların gəlsin!
* * *

Qız qapıdan çıxanda Quran altından keçirdirdilər. Qız evindən çörəy qoyurdular, oğlan evinə çatanda, çörəyi para­lı­yırdılər. Həmin tikə çörəydən oğlan da yeyirdi.

* * *

Mən arzu edirəm ki, hec bir qız qardaş qoltuğunda qalmasın!

Oğul-qız sahibi olsun!

Tənhəli cörəy yeməsin!

Qardaş da, can salığınnan olsun öz yerində, atanın canı sağ olsun öz yerində, bacı-qardaş da sağ olsun öz yerində, am­ma üzr istiyirəm, qızım, sizin bi yeriniz ağrısa qardaşıza, bacıza diyə bilməssiz ki, amma yoldaşıza deyərsiz.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə