Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə42/57
tarix26.09.2017
ölçüsü2,37 Mb.
#1735
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

Paşa kişinin güləşməyi



Qağam yaxşı güləşəndi, toyda onun belini yerə vuran olmamışdı. O vaxt kənddə Müseyib adında biri vardı. Toyda bəzilərinin dolduruşuna gəldi, qağamla güləşmək istədi. Cən­gi çalındı, qağam rəhməttiy bu Müseyibnən güləşdi. Gülə­şən­də əlini belə qoyub belə-belə, belə-belə aşırdı. Ə Paşa, məni yıxa bilərsən, Müseyib deyib qağama. Deer, gəldi əlin belən­çik tutdu qağam, atdı özünnən bu yana, Müseyib arxası üstə düşdü yerə. Camaat şapalağ vurdu, güldü. Aşıx da bu yannan çalır. Hə, bi xeyləm oynadı. 101-i havasına oynıyardı qağam. 101-i havası ən çətin havadı, hər adam oynıya bilməzdi. Elə belə-belə eliyərdi, bir də gördün toyxananın o başındadı.

Bi gün hardansa pəhlivan gəlibmiş Xoççobannıya, bur­dan da gəlib qağamı aparıblar. Həə, qağam elə bil güləşəndə elə bi dəfə yapışıb belənçig əlinnən atıb özünnən bu yüzə. Bi də durub bunun üstünə gələndə əl atıb yapışıb burasınnan təkəlli qalxızıb göyə. Qalxızanda hamı başdıyıb hoy-hoy şa­palağ vurmağa. Pəhlivan deyib, sən Allah, qardaş atma məni yerə, ölərəm. Qağam deyib səni mən yerə atmaram, amma sən mənnən güləşə bilməzsən. Ged özüvə bab adam tap.

Fərayıl əmioğluynan da güləşməsi belə olur ki, hamı de­yir ki, Paşa qocalıb uje, 70 yaşı var. Fərayıl da hündür­boylu, kök, dolu adam idi. Həm əmioğluydular, həm də qonşu. To­yun birində qağam genə də çıxıb güləşməyə, özünə bab adam axtarırmış ki, Fərayıl yerindən fırrıyır deyir, ə, Paşanı yıx­mağa nə var? Sora çıxır meydana bi o yana, bi bu yana gedib, gə­lib qağama yapışmağ isdiyəndə qağam əlini çəkib deyib hə­lə gözdə, güləşmə, hələ oynıyağ biy az. Yox, əmi, yıxma­lı­yam səni, sən yaşdısan, mən cavan. Qağamı zad eliyəndə, be­lən­çık eliyib qağam boynunu salıb qoltuğunun altına. Elə qo­lunun altında belə-belə eliyib qiçdarını da salıb bəndə. Burdan dik qaldırıb yuxarı göyə, bi az saxlayıb göydə. Deeb, ə, mən nə qədər yaşdı olsam da, 5-6 dənə sənin kimi cavanın quvvası var məndə. Qağam rəhməddig quvvalı adam olub.

Həə, Fərahim də deeb, əmi, elə bil ayağım yerdən üzü­ləndə ürəyim üzüldü. Dedim öldüm daa.

Paşa kişinin ölməyi



Qağam rəhmətdik öləndə də onnan bi gün qabaq gedib bazara. Bazarın icində də hamam var idi. Orda yuyunardı. Tə­mizkar idi. Hə, gedib hamamda yuyunub gəlib qatığ alıb, de­yib arvad bunnan doğa bişirərsən, arvad da səhər durub doğa bişirib. Balığ bişirib. Məscidə də gedib namazını qılıb, surfa­nu səriblər, hamı gəlib, gəlin, oğul, hamı oturub yeyiblər gü­norta. Deyib:

– Hə, arvad hərif haxlıyıb məni. Dur məəm yerimi sal. Sən görmürsən, mən görürəm. Dur mənim yerimi sal.

Arvad deeb:

– Əşi, özüü itiribsən nədi.

Deeb:

– Molla Yusifi çağır. Uşaxları yığıb yanına.

Arvad heç bilmiyib kimə deyə.

Deer:

– Həmişəki kimi bunun yerini beləsinə saldım, belə bax­dı deer, gülümsədi.

Deer dedi:

– Arvad, dünya görübsən, sən tək, mən də ölü, bu yeri kim döndərəcək? Mən ağzı qibləyə ölüm də, tərsiyə yox.

Arvad deer, məəttəl qaldım. Bunun yerin döndərdim üzü qibləyə. Soyundu, adicə ağ dizzig, ağ köynək geyindi, gir­di yerə.

Dedi:

– Molla Yusifi çağır.

Çıxdim çölə uşax tapıb molla Yusifə yolluyum. Gördüm bıy molla Yusif yolnan gedir. Çağırdım, a bala, sən Allah, bura gəl, əminin kefi yoxdu. Gəldi. Kişi dedi:

– Mənə Yasin oxu.

Molla dedi:

– Əşi, səndə nə var e.

Dedi:

– Oxu, sən görmürsən, mən görrəm, bıdu mənnən üz­bəüz dayanıb.

– Ay əmi, nədi?

Dedi:

– Sən görmürsən o hərifi, mən görürəm.

Molla Yasinin birini oxudu. Əlini deer, bele eledi ki, bi­ri­ni də oxu. Birini də oxuyanda yarıya çatmışdı ki, kişi öldü.

Söyləyicilər:


Vasif Alışov, doğum tarixi 1953, təhsili orta, Həsənli kəndi

İbrahim Sadıqov, doğum tarixi 1950, təhsili ali, Seybətin kəndi

Ağababa Abbasov, doğum tarixi 1926, təhsili orta, Təklə kəndi

Məmmədhüseyin Həsənov, doğum tarixi 1928, təhsili orta ixtisas, Masallı şəhəri

Əlizaman Baxış, Hacıtəpə (Keçmişdə və indi), B., 2010

Qorxmaz Əliyev, doğum tarixi 1952, təhsili orta ixtisas, Qə­riblər kəndi

Şirvan Əbilov, doğum tarixi 1932, təhsili ali, Mahmudavar kəndi

Mədinə Həsənova doğum tarixi 1941, təhsili 7 illik, Xır­mandalı kəndi

Toplayıcı:


Füzuli Bayat

13. TAPMACALAR





Bir sürü atlar

Çəməndə otlar.

Vaxtı gələndə

Dərisi çatlar.

(pambığ)
Halalar ay halalar.

Çöldə dovşan balalar.

Ayağından su içər.

Dimdiyindən balalar.

(sünbül)
O yanı qaya

Bu yanı qaya.

İçində sarı maya.

(yumurta)
Altı bulağ içərlər.

Üstü zəmi biçərlər.

(Qoyun)
O yanı çəpər, bu yanı çəpər.

İçində atlı çapar.

(Göz)
Bizdə bir kişi var.

Nənəmnən işi var.

(Nehrə)

Bizdə bir kişi var.

Iki dişi var.

(Maşa)
Biri deyir, gəl gedək.

Biri deyir, nə edək.

Biri başın buluyur.

(Arx)
Qara toyuğ qaq eledi,

Yumurtasın bərk elədi.

(açar)
Gedən məyləy,

Gələn məyləy,

Bir qıç üstə

Duran məyləy

(qapı)
Mən aşiqəm, o daşdan

O kipriydən, o qaşdan

Sənə aşiq diyərəm,

Mənə don tik o daşdan.

(Mən aşiqəm o qaşa,

O kipriyə, o qaşa

Sənə aşiq deyərəm

Sən sapdan qum hör

Mən, don tikim o daşdan).

* * *

Mən aşiqəm, buz bağlar

Qışda çaylar buz bağlar

Aşıq bir hikmət görüb

Od içində buz bağlar.

(südün qaymağı)



Mən aşıq budağ atar

O dağı bu dağ atar

Torpağsız yerdə bitər

Yarpağsız budağ atar.

(maralın buynuzları).

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə