148
Ölən adam dirilməz,
Çıxan can geri gəlməz. (58, 14)
Məlum olduğu kimi, “poetik struktur – məna potensiyası,
yaradıcı təxəyyülü istiqamətləndirən bədii model, dünyaya
baxış bucağıdır. Belə mənalandırıcı fəallıq bütün quruluş
qatlarında – fonetik, morfoloji, leksik, sintaktik ünsürlərdə
aşkarlanır” (41, 15). Bədii mətnin bir bütöv olaraq müəy-
yənləşdirdiyi məzmun ümumilikdə struktur məzmunu uğur-
luluq dərəcəsindən asılıdır. “Kitabi-Dədə Qorqud” dastanları-
nın poetik sistemi isə ozan bədii-estetik təfəkkürünün kanonik
sisteminə hesablanır və bunun inkişaf, təzahür problemləri
birbaşa məna yaddaşına bağlanır. Yəni burada aşıq yaradı-
cılığında olan sistemin kanonikliyinin münəccirliyini gözləmək
artıqdır, ancaq əsas olan onun özünəxaslığının müəyyən-
ləşməsidir.
Könül həsrət, can müntəzir, göz yolda,
Ömr azaldı, vədə keçdi san ilə.
Bir də könlüm istədiyi gözləri,
Görərəmmi ol şövkətlə, şan ilə? (83, 575)
Əlbəttə burada biz “Dədə Qorqud kitabı”nın mətn tipi ilə
M.V.Vidadidən verdiyimiz bənd nümunəsi arasında struktir
sxeminin modelini şərh etmək istəyindən uzaq bir məsələnin
fərqindəyik və bu da ondan ibarətdir ki, xalq inamlarında,
düşüncəsində olan “əzəldən yazılmasa qul başına qəza
gəlməz” təsəvvürü ilə “ömr azaldı, vədə keçdi san ilə”
deyimindəki eyniyyətin qoruyuculuğudur. M.P.Vaqif yaradıcı-
lığında isə yuxarıda verdiyimiz düşüncənin bir obrazlı, həm də
149
sırf reallığa hesablanmış nümunəsini görürük. Bu artıq forma
baxımından da bir başqa fərqliliklə təzahür edir ki, bizim də
məqsədimizdə olan həmin fərqliliklər nisbətində yaddaşın
hansı səviyyədə qorunuşu məsələsidir.
Mən fəqirə əmr qılmışdı siyasət etməyə,
Saxlayan məzlumu zalimdən o dəm qəffarə bax!
(89, 145).
Nümunə M.P.Vaqifin məşhur “Bax” qəzəlindəndir. “Ki-
tabi-Dədə Qorqud”un dastan müqəddiməsindən, M.V.Vida-
dinin qoşmasından, M.P.Vaqifin “Bax” qəzəlindən verdiyimiz
bu nümunələr janr tipologiyası baxımından fərqli-fərqli
formullarla səciyyələnir. Lakin bu fərqliliyin ortaq məxrəcində
ciddi məzmun, etnosun təsəvvürünə dayanan qəlibləşmiş inam
dayanır. Məhz məsələnin mahiyyəti, Dədə Qorquddan Vaqifə
gələn düşüncənin əriş-arğacı bununla səciyyələnir. Məlum
olduğu kimi, “həyatda hər şeyin – cisimlərin, əşyaların,
faktların, əhvalat və hadisələrin öz məzmunu, öz forması
vardır. Mürəkkəb bir struktur – bədii əsər də yalnız məzmun və
forma daxilində mövcuddur. Antik filosofun – Aristotelin
anlamında “təqlid” – məzmun sadəcə predmet, “surət
çıxartmaq”, natura deyildir; varlığın güclü fantaziya ilə
yaradılan “bədii modelidir”, ona ədəbi şəxsiyyətin fikri–
mənəvi zənginliyinin hopması, daxil olmasıdır” (42, 123).
Əlbəttə bu zənginliyin millilik modeli, bədii əksetdirmənin,
funksional səciyyəsi bütün təfərrüatı ilə ozandan aşığa təbii
proses kimi özünün ifadəsini tapır. Ona görə təbii proses
deyirik ki, “Dədə Qorqud kitabı”, eləcə də “Koroğlu”,
“Manas”, “Alpamış”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Abbas
150
və Gülgəz”, “Əsli və Kərəm”, “Valeh və “Zərnigar” kimi
möhtəşəm abidələr, bütünlükdə aşıq yaradıcılığı söyləyicilik
repertuarında bütövlənmiş, cilalanmış, bir lay olaraq
repertuarla daşınmışdır. Məhz Dədə Qorquddan üzü bəri
olanları Vaqifə gələn yolda bu baxımdan, həm daha milli olan,
həm də daha təbii görünən kimi təhlildən keçirmək gərəyi
yaranır. Məsələn, XVII əsrin ustad sənətkarı Abbas
Tufarqanlının məşhur “Öp” rədifli qoşmasına diqqət yetirək:
Könül, Məcnun kimi yayın dağlara,
Əyil, bu lalənin budağından öp!
Pərvanə tək dolan yarın başına,
Arala tellərin qabağından öp!
Kitabda oxunan sina yaxşıdı,
Seyrağıb gərdəni sına yaxşıdı,
Mən dedim, öpməyə sinə yaxşıdı,
Könül ha yalvarır, buxağından öp! (13, 82-83).
Aşıq yaradıcılığı milli düşüncənin elə möhtəşəm
qaynağıdır ki, bütünlükdə mənəvi yaddaşın, arxetiplərin
genetik kodları, ilkin elementləri burada özünə yer tapır. Və
əhatəlilik anlamında bir sonsuzluqla müşahidə olunur. Onun
sistemi isə yaddaş mexanizmlərinə, sazın ecazkar möcüzə
ritminə hesablanır. Vaqif poeziyasının müdriklik, əzəmət və
çılğınlıq qaynağı elə sazdır, “sazlar elində bəslənən könlü” elə
bu müstəvidə də zirvələrə qalxmış, bədii düşüncəmizə əlavə
ovqat qatmışdır. Bu yaxınlığın faktik nümunəsi timsalında
Vaqifin eyni rədif üstündə yazılmış qoşmasına baxmaq
kifayətdir.
151
Bir mina gərdənli, gül üzlü yarın,
Hər axşam, hər səhər yanağından öp.
Durub dolan pərvanə tək başına,
Sığalla tellərin qabağından öp.
Bir gözəl görmüşəm bu gələn kəştə,
Fərağı başında, sevdası başda,
Hər axşam, hər səhər sultanı çaşda,
Qaldırıb çənəsin, buxağından öp. (89, 83)
Göründüyü kimi, bu iki nümunə, mətn məzmunu, poetik
strukturun ümumi proyeksiyası, ümumi ahəngi, arxitektonuk
sistemi ilə eyni anlamı verir və Vaqif yaradıcılığının ümumi
sistemini, qaynaqlarını aydınlaşdırmaq üçün geniş imkanlar
yaradır. “Sazlar elində” bəslənən ruhun qidası, mahiyyətinin
faktı olaraq geniş təhlilləri aktlaşdırır. Məlum olduğu kimi,
poeziya elə bir düşünücə formasıdır ki, orada etnosun ümumi
təsəvvürlər sisteminin qəlibləşmiş formulları, bilgi və ruhu,
duyğular aləmi bir bütöv olaraq özünə yer tapır. Ona görə də
poetik mətnin əlahiddəliyi, işarələdiyi potensiya sırf etnos
mədəniyyətinə hesablanır, hansı mədəniyyət ki, o, dil, bədii-
estetik qəliblərin hərəkəti, əxlaq kadeksləri, davranış
elementlərinin hansı səviyyədə görünüşü ilə təzahür edir.
Doğurdan da “sözün ifadəliliyi yalnız onun ifadə etdiyi
mənadan yox, yəni yalnız onun leksik mənasından yox, həm
də onun stilistik siqlətindən, eləcə də sözün akustik çalarından
tutmuş assosiativ-emosional çalarlarına qədər başqa sözlərlə
müxtəlif əlaqələrindən də asılıdır” (87, 61). Buna aşıq
yaradıcılığı, ozandan aşığa gələnlər timsalında diqqət
yetirdikdə daha çox tipoloji yönümdə təhlil etmək gərəyi
Dostları ilə paylaş: |