147
öyrənirik. Hasısa xoş təsadüfin nəticəsi olaraq bizə gəlib çatan
bu abidə sayəsində ozanlar haqqında fikirlərimizi bölüşə
bilirik. Ozanın bir sənətkar kimi funksiyası, statusu bəzi kiçik
istisnalar nəzərə alınmazsa bu abidə vasitəsi ilə açılır. Bu
sıralanmada özünə yer alan digər ad-titullar da var ki,
mənbəsizlik ucbatından ciddi və sistemli təhlillər aparmaq
mümkünsüz olur. Ancaq “Dədə Qorqud kitabı”nın
möhtəşəmliyi bizə digər layların da olması ehtimalını irəli
sürməyə əsas verir. Çünki bu abidənin mətn informasiyası, nitq
janrı elə bir əlahiddə hadisədir ki, onu axıra qədər
aydınlaşdırmaq olmur, sirr və möcüzə ilə dolu görünür. Belə
bir bütövün, mükəmməl strukturun, bədii sistemin
arxitektonikası bizi daha qədimlərə səsləyir. Daha
M.Kaşğarinin divanında olanların qədimlik müstəvisində çox
bəridə olduğunu düşünməyə əsas verir.
“Dədə Qorqud kitabı”nda mövcud ənənəvi struktur
tiplərinə oturmayan özünəməxsusluqları, ilkinliyi, fərqli
sistemi işarələyən modellər vardır. Lakin onu da əlavə edək ki,
bu tip və modellərlə sonrakı dövr struktur sxemləri arasında
üzdə nə qədər fərqlilik müşahidə olunursa, mahiyyətdə bir o
qədər yaxınlıq boy göstərir. Bu isə sırf etnos təsəvvürlərinə,
inkişaf texnalogiyasının işarələdiyi məzmuna bağlanır. Ona
görə də aşkarlanmalı və daha çox maraq doğuranı Dədə
Qorquddan üzə bəri Qurbaniyə və oradan da Vaqifə,
M.V.Vidadiyə gələnlərin müəyyənliyidir.
Allah-allah
deməyincə işlər önməz,
Qadir tantı verməyincə ər bayılmaz,
Əzəldən yazılmasa qul başına
qəza gəlməz,
Əcəl vədə verməyincə ər bayılmaz,