129
ilə də yeni bir məktəbin - ədəbi cərəyanın bünövrəsini
qoymuşdur” (57, 160). Artıq XVIII əsrdə Qarabağ mühitində
gedən proseslər dönməzliyi, dinamik mənzərəsi, əlahiddə
xarakteri ilə bütünlükdə ədəbiyyatın inkişaf istiqamətinə təsirdə
görünürdü. Düzdü, klassik xətəə bu tendensiya elə də müşahidə
olunmur, əksinə dayanıqlı xarakteri ilə səciyyələnməkdə,
əvvəlki olanları bu və ya digər şəkildə təkrarlamada idi.
Klassik ədəbiyyatın Füzuli meyarı Qarabağ ədəbi mühitində
Vaqif, Zakir, Natəvan kimi istedadlarla müəyyənləşirdi.
Qaşındı bənim qəddimi yay eyləyən, ey dust,
Çeşmindi gözüm yaşını çay eyləyən, ey dust.
Ay əksinə ayinədə heyran olub əlbət,
Ayinə yüzün nisbətin ay eyləyən, ey dust.
Sənsən bəni kuyində edib düşmən olan yar,
Ahımdımı əğyara haray eyləyən eyləyən, ey dust.
(63, 205).
Göründüyü kimi, Sədi Sani Qarabağidən verdiyimiz bu
nümunə də öz deyimi, bütöv bir düşüncəni əhatə etməsi
baxımından mühiti əks etdirir və zəngin ənənə yaşarlığını
düşünməyə əsas verir. Lakin bütün bunlar nə qədər yüksək
ideallara, zəngin ədəbi fonda bağlansa da bütün tərəfləri ilə
mühitin ehtiyaclarını, yaranmış boşluğu ödəməyə əsas
vermirdi. Yaranmış durğunluq bir oyanışa ehtiyaclı idi ki, bu
da Qarabağ ədəbi mühitində digər xətdə Vaqif intibahında
reallaşırdı. Klassik üslubda isə bunun həyata keçməsi elə də
özünü ortaya qoymaq imkanında olmadı və bütünlükmdə
130
ədəbiyyat yönünü xalqa çevirməklə, xalqın olanı ortaya
qoymaqla reallaşdı. Bunun qaynağı isə etnosun min illər
boyunca yaratdığı mədəniyyətin, arxetiplərin oyanışı oldu.
Y.V.Çəmənzəminli Vaqifə məxsus sadəlik və gözəllik
məsələsini bir tezis, şairin yaradıcılığının mahiyyətini şərtlən-
dirən məsələ kimi qoyur və əlavə edir ki, “sonra gələn
şairlərimizə bunlar müyəssər olmadı”. Əlbəttə bu bir qədər
ciddi və həm də müqayisə müstəvisində irəli sürülsə də biz
məsələyə təsir kontekstində, yönləndirmə baxımından yanaşırıq
və bu gözləntilərin nə qədər zəif olsa da qəbulu tərəfindəyik.
Dagha doğrusu, olanlardan bütünlükdə Vaqif ucalığı tələbində
də deyilik. Çünki ədəbi axının ümumi mənzərəsi buna heç əsas
da vermir. Necə ki, Nizamidə, Füzulidə bu mümkünsüzdü.
Vaqifdə də belədir. Əsas olan və yuxarıdakı nümunədə
deyilənlər, eləcə də digər bu tip nümunələr bir istiqamət olaraq
Qarabağ mühitində gedən prosesləri, bədii axının ümumi
mənzərəsini düşünməyə əsas verir. Q.Zakirin yuxarıdakı
müraciətinə cavab da bu tiplidir.
Qasım bəy, adətdir, xan qulluğuna,
Bir kəs atlı gələ, piyadə gedər.
Mən deyiləm, aləmdə var, eldə var,
Belə cüzvi işlər aradə gedər.
Burda bir başmaq olub zərərin,
Qələm alıb yazdın zəmmin bu dərin,
Zalım, məgər yoxdur sənin xəbərin,
O dərdən ki, aləm fəsadə gedər. (77, 63)
131
Əlbəttə burada poeziyanın imkanlılığı, unikal xarakteri
bir bütöv olaraq özünün ifadəsini tapır. Və bütünlükdə Qarabağ
ədəbi mühitində gedən proseslər timsalında daha geniş, həm də
əhatəli təhlillərə imkan yaradır. Belə bir imkanlılıq isə ciddi
təhlillər, konseptual yanaşmalar üçün lazımı qədər material
verir. Müqayisələrdə isə əsas olan ondan ibarətdir ki, qarşılıqlı
əlaqələr, bağlantılar, inkişaf tendensiyası baxımından qənaət-
ləri ümumiləşdirməyə, M.Füzulidən sonrakı mənzərənin
inkişaf texnalogiyasını, daha doğrusu klassik ənənə ilə xalq
şeiri ənənəsinin məzmununu, prosesləri aydınlaşdırmaq üçün
ciddi əsas verir. Son olaraq M.P.Vaqifə gedən yolun
mahiyyətini, mərhələ xarakterini, bütünlükdə dinamikasını
təhlil üçün imkanlar yaradır. Qarabağ ədəbi mühiti bütün
müstəvilərdə Azərbaycan timsalında gedən prosesləri açıq-
lamaq üçün material verir. Bunlar klassik ədəbiyyatın yüz illər
boyunca gəldiyi yolun mənzərəsini, sintaktik sistemini, poetik
məkanın sxemasını üzə çıxarmağa, tipoloji təhlillərə əsas olur.
Son olaraq ciddi qənaətlər üçün imkanlar yaradır. Məsələn,
türk şeir düşüncəsində qəlibləşmiş, yüz illər boyunca sıxıla-
sıxıla gəlmiş heca vəznli ədəbiyyat siyasi mühitin təzyiqlərinə
müqavimət göstərmiş və sıxıntılar içərisində elat auditori-
yasının ruhunun qoruyucusuna çevrilmişdir. M.P.Vaqifin
Qarabağ ədəbi mühitində oynadığı rol bütünlükdə milli
oyanışın bərpasına hesablanmışdı. Daha doğrusu, milli
düşüncənin özünəqayıdışı bir problem olaraq dönməz şəkil
almışdı. M.V.Vidadi, M.P.Vaqif sözün həqiqi mənasında bu
yolda nümunəyə çevrilmiş və ağırlığı öz üzərlərinə
götürmüşdür. Onların bir-biri ilə yazışmaları, müxtəlif tipli
nümunələr yaratmaları, həyat hadisələrinə fərqli münasibəti nə
qədər bir-birindən ayrılmaları ortaya qoysa da, ruh yaxınlığında
132
buna imkan yaratmır. Çünki köklü məsələlərdə, həyat
hadisələrinə münasibətdə, hətta ən ağır vəziyyətdə, məsələn,
Ağa Məhəmməd şah Qacar tərəfində ölümlə təhdid edildikdə
belə Vaqif bir başqa yaradıcı həmkarına və yaxud da dövrünün
hansısa siyasi nüfuz sahibinə deyil, son olaraq öz yaxın dostu
Vidadiyə müraciət edir. Bir qədər də fərqinə varsaq onunla
fikirlərini bölüşür, “ey Vidadi, gərdişi-dövrani-gəcrəftarə bax”
deyir. M.F.Axundov “Nəzm və nəsr haqqında” məqaləsində bir
məqama toxunur: “Lihaza, milləti-islamı şeirlə nəzmin
fərqindən vaqif və bu iki şəxsin haqqında arif etmək üçün
onların mənzumatını – o miqdarda ki, dəstgir oldu, - bir
mücəllədin içində basdırıb müntəşir edirəm. Taki, bundan
sonra şeir maddəsi ilə zühura gələn vücudlara nümunə və
əndazə olsun və bunların əşarını görəndən sonra bir para öz
haqlarında müştəbih olan nəzm sənətkarları şair olmadıqlarını
anlayıb, bihudə özlərini zəhmətə salmaqdan və yavan
nəzmlərin inşasına övqat sərf etməkdən əl çəksinlər” (4, 315).
Görkəmli ədəbiyyatşünas alimin mülahizələrində Şərq
ədəbiyyatı kontekstində ciddi bir yanaşma var ki, bu da şair,
şeir, nəzm müstəvisində təhlil olunur. Burada ən başlıca olan
Firdovsi, Nizami, Sədi, Cami, Mollayi-Rumi, Hafiz şairlərdir
adı ilə vurğulanan və qiymətləndirmənin aparılmasıdır. Əlavə
olaraq deməsi ki, “bəhər surət, türk arasında dəxi bu zamana
qədər mütəqəddimindən şair olmayıbdır. Füzuli şair deyil və
xəyalatında əsla təsir yoxdur, ancaq nazimi ustaddır”. (4, 315).
Bu məqalədə ciddi təhlil və mübahisələrə, fikir ayrılıqlarına
səbəb olan kifayət qədər məqam və problemlər vardır.
M.F.Axundovun düşüncəsində böyük bir ədəbiyyat və bu
ədəbiyyatın ən görkəmli nümayəndələri özünə yer alır və orada
bu sıralanmanın bir tərəfində Firdovsidən Füzuli də daxil
Dostları ilə paylaş: |