121
sonsuzluqla ölçülür. Bu təsir motiv, hadisə, qafiyə, misradan
tutmuş mövzuya qədər bir genişliklə nəzərə çarpır. Məsələn,
yuxarıda verdiyimiz nümunənin özünəməxsusluğunda XIX
əsrin görkəmli ustad sənətkarı Molla Cümənin “Gəlmiş” rədifli
qoşması tipikdir.
Şükür sənin birliyinə, yaradan,
İsmi Pünhan məni görməyə gəlmiş.
Bir heyva cibində, dörd də almaynan,
Cümənin halını sormağa gəlmiş. (27, 110-111)
Bu nümunəyə yaxın məşhur bir bayatımız var və aydınlıq
üçün onu da veririk. Ümumi ruhu və məzmunu ilə eyni xətdə
dayanır.
Oturmuşdum, səkidə,
Qulağı səksəkidə.
Üç qızıl alma gəldi,
Bir qızıl nəlbəkidə. (35, 96)
Göründüyü kimi, bu nümunələrin qaynağı eynidir və ruh
etibarilə də eyni sistemin hadisəsidir. M.Y.Qarabaği tərtib
etdirdiyi məcmuədə bu şeiri “Göndərdiyi meyvə haqqında”
başlığı altında verir. Bizim nə qədər bayatı, nəğmə, qoşma,
gəraylı, rəvayət örnəklərimiz var ki, onların arxasında maraqlı,
həm də ciddi olacaq hadisələr dayanır və bu hadisələr isə əsərin
məzmununa əlavə çalar qatır, mətnin poetik vüsətini daha da
artırır. Y.V.Çəmənzəminlinin romanında həmin şeir hadisə ilə
birgə təqdimi əsərə əlavə oxunaqlıq gətirmişdir. Belə
nümunələr Vaqif yaradıcılığında problem kimi ayrıca tədqiqi
122
zəruri edən məsələdir. Çünki M.P.Vaqif elə mədəniyyət
hadisəsidir ki, onun sərhədlərinin, fikir axınının hüdudlarının
müəyyənləşməsi mümkünsüz hadisədir və müxtəlif vaxtlarda
yeni-yeni yanaşmaları zəruri edəcək, hər dəfə də yeni, daha
maraqlı tərəflərin tapıntısı ilə özünü göstərəcəkdir. Bunun
başlanğıcı hələ Daşsalahlı kəndindəki müəlliminin qənatlərin-
dən, Qarabağ xanı İbrahim xanın qızının şeirlərini bəyazlara
köçürməsindən, öz oğlu Alimin dediklərindən üç yüz illiyinin
tamamına qədər davam etmədədir. “Anın sözünə qarşı deməyə
nə hədim var, açmam bu hicabı” Alimin bir şair kimi Vaqif
böyüklüyünü etirafıdır. Ancaq məsələnin digər tərəfində
böyük şairin zəka sahibi kimi elmlərə bələdliyinin qeyd
olunmasıdır. Dövrünün bütün sənətkarları məhz bu qabiliyyəti
də ardıcıllıqla göstərməyə çalışmışlar. Alim də bu zənginliyə
bələd olanlardan biri kimi “odur bu cahanda, bəli, hər elmə
xəbərdar” deyirdi və “yoxdur dəxi babı” söyləyirdi. Vaqif xalq
şeiri ənənəsində yazıb yaratmanın zirvə nümunəsidir və bunu
birmənalı şəkildə qəbul edirik. Klassik üslubda yazdıqları da
bir sənət abidəsi kimi zəngin məzmun faktları, poetik sistemin
bütövlüyü ilə maraq doğurur.
Allaha şükür, lalə yanağında eyib yox,
Dilində, dəhanında, dodağında eyib yox,
Bir zərrəcə zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə, qabağında eyib yox,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!
Mən ha sənin ol məh yüzünü görmüşəm yüz yol,
Ox kipriyini, şux gözünü görmüşəm yüz yol,
123
Həm yoldaşını, həm özünü görmüşəm yüz yol,
Şəkkər kimi şirin sözünü görmüşəm yüz yol,
Dəxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq! (62, 68-69).
Vaqifin bu müxəmməs-müstəzadı özlüyündə klassik
ədəbiyyat timsalında bir bütövdür; poetik sistemin mükəm-
məlliyi, fonosemantizmi, modelləşdirmənin yeni məzmun
çalarları, estetik məlumat layı ilə ifadəliliyin bir bütövdə
qovuşması, kanonik tamlıq ümumilikdə bədii mətnin məzmu-
nunu şərtləndirir. Məzmunun poetik sistemdə bir lay olaraq
təbii və canlı xarakteri şairin özünü ifadəsi kimi səslənir. Xalq
ədəbiyyatında etdiklərinin klassik ədəbiyyatda da davamlı və
üslub hadisəsi olaraq şərtlənməsi Vaqifi elə istedad faktı kimi
düşünməyi zəruri edir. Ona görə də ədəbiyyat tarixində Vaqifi
bir mərhələ, hadisə kimi təhlil etmək məsələsində hər iki xətdə,
həm klassik üslubda olanlara, həm də xalq şeiri tərzində
yazdıqlarına diqqət yetirmək gərəkdir. S.Vurğunun “nədən
şeirimizin baş qəhrəmanı, gah İrandan gəlir, gah da Turandan”
düşüncəsi M.P.Vaqiflə pərən-pərən edilir. Orta əsrlərin saray
məngənəsində formalaşan sistem elə M.P.Vaqiflə Qarabağ
sarayının divarları arasında uçurulub dağıdılır. Bütünlükdə
əlimizdə olan ilk misrasından son misrasına qədər yaddaş
mexanizmlərinin hərəkatına düşüncəni yönləndirir. Klassik
üslubda yazdıqları da bunun faktı olaraq yeni tərzdə ortaya
çıxır. “Bax” qəzəli bu mənada yeni məzmuna janrın sisteminin
yönləndirilməsidir. M.P.Vaqif bununla klassik düşüncənin əsir
etdiyi sistemin özünü əsir etdi, ədəbiyyatın axarını lazım olan
istiqamətə yönləndirdi. Daha doğrusu, pozulmuş nizamın
bərpaçısı funksiyasını yerinə yetirdi. Hansı ki, Dədə
124
Qorquddan üzü bəri gələn sistemin XVIII əsrdə yeni sferaya
daxil olmasının təsəvvürünü formalaşdırdı.
Ol mahi-münəvvər ki, səhərdən gedəcəkdir,
Rüxsareyi-pürnuri nəzərdən gedəcəkdir,
Xaki-qədəmi dideyi-tərdən gedəcəkdir,
Təşrifi anın, yəni şəhərdən gedəcəkdir,
Əlqissə, çıxıb ixtiyar əldən gedəcəkdir.
Saqi, nə durubsan, sölə, dövran yola düşsün,
Hamı dağılıb mütribi-xoşxan yola düşsün,
Çəksin dəfü ney, naləvü əfqan yola düşsün,
Bu gecə gərəkdir irəli can yola düşsün,
Fərda ki, sürahi qəddü gərdan yola düşsün. (62, 58).
Görkəmli ədəbiyyatşünas Y.V.Çəmənzəminli “Azərbay-
can ədəbiyyatına bir nəzər” adlı fundamental tədqiqatında
xüsusi olaraq vurğulayır ki, “Vaqifin şeirlərində Vaqifə
məxsus bir sadəlik, gözəllik və zərafət var ki, sonra gələn
şairlərimizə bunlar müyəssər olmadılar.Vaqif gözəllik şairidir”
(30, 132). Doğurdan da, “o böyük şairin hər bir şeirini deyir
laylasında bizim analar” qənaəti təsadüfi deyildir. Əksinə sırf
reallığı, Vaqif dilinin, şeirinin ecazkarlığını aydınlaşdırmağa,
ifadəyə yönəlmişdir. Məhz Y.V.Çəmənzəminlinin, eləcə də
M.P.Vaqif haqqında fikir yürüdənlərin bütün mülahizələrində
bu bir xətt olaraq özünü göstərir. “Vaqifə məxsus sadəlik”
bütünlükdə ədəbiyyatın meyarıdır və əsas tezis kimi zaman-
zaman vurğulanmışdır. Yerindən, zamanından asılı olmayaraq
dünya ədəbi-nəzəri fikri öz mahiyyətini bir istiqamətdə bu
fikirlər üzərində reallaşdırmışdır. Biz əlbəttə çox nəzəriy-
Dostları ilə paylaş: |