125
yələrdən, cərəyanlardan, ədəbi məktəblərdən danışa bilərik və
danışsaq da yenə eyni nöqtəyə gəlib çıxırıq ki, “Vaqifə məxsus
sadəlik” elə bədi-estetik düşüncənin bütün zamanlar üçün
müəyyənləşmiş konsepsiyasıdır. Əsas məsələ isə bu sadəliyin
və təsirin klassik və xalq şeiri üslubunda yazdıqlarında sistemi
açmaqdır. Vaqif şeirinin sadəlik və gözəlliyi bir sirr olaraq
bütünlükdə ədəbiyyatı izləmək iqtidarındadır. Məhz bunun
nəticəsi idi ki, S.Vurğunun qənaətlərində bir Vaqif vurğunluğu,
ona sonsuz sevgi baş qaldırır və anaların onun şeirini öz
balalarına layla kimi deməsi həmin xalq müdrikliyinə işarədir.
Xalq şairi H.Arif “mən beşikdə ikən telli sazınla, laylamı sən
çaldın, ay Mirzə dayı” deyirdi. Saz türkün layla səsidir,
M.P.Vaqifin şeiri də məhz həmin sazın, Azərbaycan dilinin
ecazkarlığında bir layladır. Ona olan vurğunluğun genetika-
sında da bu dayanır. Vaqifin həm xalq şeiri üslubunda, həm də
klassik uslubda yazdığı şeirlərində “el dili, el şeiri”nin
gərəkliyini bir tezis kimi qabardır və ədəbi mühitin istiqamətini
bura yönləndirir. Özü isə bu yolda nümunəyə çevrilir.
Aydın olsun gözlərim ki, gəldi yarın kağızı,
Könlümü şad eylədi gözəl nigarın kağızı.
Oxudum, öpdüm, gözə sürtdüm, dedi: səd mərhəba!
Gözüm üstə var yerin, ey gülüzarın kağızı. (62, 83).
Və yaxud da bir başqa qəzəlinə sadəlik anlamında diqqət
yetirək, çünki Vaqif şeirinin əzəməti onun bütün formalarında
öz üslubuna sədaqət göstərməsindədir. Əlbəttə bu böyük şairin
yaradıcılığında bədii sözün imkanları bir qədər də genişlənir və
ona yeni çalar, məna yaddaşı əlavə olunur. Sözün təravəti bədii
126
mətnin semantik yaddaşını izhar eləməklə nitq hadisəsi olaraq
daha əzəmətli və əhatəli görünür.
Mehribanlıq görməyib bir məhliqadan küsmüşəm,
Gündə yüz al eyləyən qəlbi qaradan küsmüşəm.
Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,
Ol səbəbdən ağzı şəkər dilrübadan küsmüşəm. (62, 58).
Qarabağ ədəbi mühiti Şair Məhəmməd, Aşıq Güllü, Aşıq
Səməd, Kərbəlayi Səfi Valeh, Abdulla Canızadə, Qənbər
Gülablı, Yusif Koca Qarabaği (Vaqifdən əvvəl yaşayıb), Mirzə
Məriz, Mirzə Əli (Qarabağın qazısı), Q.Zakir, Mirzə Mehdi
bəy, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri,
Mirzə Həsən, Rəhim bəy Uğurlu, Axund Molla Abbas
Cavanşir, Abdulla bəy Asi, Şəhid Qarabaği, Mirzə İbrahim
Səba, Mirzə Haqverdi Qarabaği, Molla Zeynalabdin Safəri,
Mirzə Bəybala, Kərbəlayi Qulu Xarrat Yusifi, İbrahim bəy
Azər, Mirzə Hüseyn Salar, Kərim bəy, Molla Sədi,
Məhəmmədəli bəy Məxfi, Xurşidbanu Natəvan, Mir Möhsün
Nəvvab, Mir Həsən ağa, Mirzə Fatma Kəminə, Səməd bəy
Vəzirzadə, Mirzə Məhəmməd Katib Qarabaği, Abbas bəy, Əli
Mədəd Qazi oğlu Qurtlar, və s. onlarla sənətkarların
yaradıcılığı timsalında zəngin faktura ilə səciyyələnir. Ancaq
bu zənginliyin istiqamətvericisi, yeni məcraya yönləndirilməsi
M.P.Vaqiflə bağlıdır ki, mühit özü sonrakı mərhələnin
coşğunluğunu və bütünlükdə digər mühitlərə təsirini bu
olanlarla müəyyənləşdirir. Bütün olanlarda dil, üslub
zənginliyindən tutmuş forma müxtəlifliyinə, məzmun
fərqliliyinə qədər bir rəngarənglik müşahidə olunur. Mühitin
127
yaradıcılıq istiqamətində bədii-estetik sistemin təkamülü, mühit
müstəvisində yeni sferaya transformasiyası müşahidə olunur.
Daha doğrusu, Vaqif dəsti-xətti bir üslub olaraq mühitə öz
diktəsini edir. Məsələn, Q.Zakirin tipik bir hadisə münasibətilə
yazılmış “Gələ” rədifli şeirinə diqqət yetirək.
Bəylər, nə layiqdi xan qulluğuna,
Bir kəs atlı gedə, piyada gələ?
İldə bir yol düşər mənim güzarım,
Vay onun halına, ziyadə gələ!
Məsəli-məşhurdur: “Quş dənə gedər”,
Sizdə bir nəf yox, savayi-zərər,
Gəlməz o qapıya heç kimsə məgər,
Horadiz, Quyucaq fəryadə gələ. (77, 62-63)
Onu da əlavə edək ki, Q.Zakir Azərbaycan ədəbiyyatı
tarixində, Qarabağ ədəbi mühitində zəngin təbi, yaradıcı
istedadı ilə daha çox seçilən sənətkarlardandır. Vaqif ruhuna
yaxınlığı baxımından fərqlənməsi və Vaqifdən sonrakı dövrün
göprkəmli nümayəndəsi kimi öyrənilməyə layiq olan istedad-
larındandır. Onun xalq şeiri, klassik şeir üslubunda yazdığı
nümunələr ənənənin sonrakı dövrə daşınmasıdır. Məsələ isə
uğurlu daşınmadan gedir, çünki Q.Zakir yaradıcılığı
yeniləşmənin, ənənənin uğurlu inkişafının faktıdır. F.Köçərli
xüsusi olaraq vurğulayır ki, “Zakirin hər qism əşarü kəlamı
mövcuddur – qəzəliyyat, mürəbbeat, müxəmməsat, şeiri-
müstəzad, tərkibbənd, tərcibənd və sairə. Fars dilini dəxi
mükəmməl surətdə bilirmiş və bu dildə bir çox abdar şeir və
qəzəlləri vardır.
128
Türk qəzəlləri var ki, Füzulinin qəzəllərinə bərabərdir.
Müxəmməs və qafiyələri Vaqifinkindən əskik deyil (60, 366).
Əlbəttə bunlar Q.Zakir yaradıcılığını Füzuli və Vaqif
istiqmətində aparılan qiymətləndirmə, ədəbiyyata dolğun
münasibətin ifadəsidir.
Bayram günüdür, zövqü səfa xanələr içrə,
Cananım oturmuş neçə cananələr içrə.
Bir hiylə ilə gizlənirəm zülf arasında,
Pünhan gedə bilsəydim əgər şanələr içrə . (77, 54)
Və yaxud da tam aydınlıq üçün başqa bir nümunəyə
diqqət yetirək.
Cahanda varmı bilən dərdi-eşqə bir çarə,
Bu eşq o eşqdi Məcnunu qoyubdu avarə.
Bu eşq o eşqdi Fərhadə dağı çapdırdı,
Axırda tişəni başına urdu bişarə. (77, 56)
Q.Zakirdən verdiyimiz bu iki nümunə əlbəttə
mükəmməllik baxımından diqqəti cəlb edir və Qarabağ ədəbi
mühitini, onun ümumi mənzərəsini tipoloji müstəvidə təhlillərə
imkan yaradır. Çünki Zakir yaradıcılığı Vaqif ənənəsinin, ədəbi
düşüncənin yeniləşmə ilə səciyyələnməsinin bariz nümunəsi
olaraq daha çox fakt bolluğu ilə maraq doğurur. “XIX əsr
Azərbaycan ədəbiyyatının formalaşmasında mühüm rol
oynayan Qasım bəy Zakir özünün lirik şeirləri ilə klassik
poeziyamıza yeni vüsət və çalar bəxş etdiyi kimi, satirik şeirləri
Dostları ilə paylaş: |