152
yaranır. Əlbəttə “Dədə Qorqud kitabı” bütün müstəvilərdə
möhtəşəm abidədir, onun poetik sistemi, bütünlükdə
arxitektonikası həm şifahi, həm də yazılı ənənədə ciddi
təhlilləri aktuallaşdırır və bu inkişafın ümumi məzmununu
aydınlaşdırmaq üçün ən əsaslı mənbə hesab oluna bilər.
Qum qumlamayım quma yurdum!
Qulanla, sığın, keyikə qonşu yurdum!
(Alaca atlı kafirdən sapa yurdum!)
Səni yağı nə yerdən darımış, gözəl yurdum?!
Ağ ban evim tikiləndə yurdu(m) qalmış,
Qarıcıq anam olurunda yeri qalmış,
Oğlum Uruz ox atanda puta qalmış,
Oğuz bəyləri at çapanda meydan qalmış.
Qara mutbax tikiləndə ocaq qalmış. (58, 35).
“Kitabi-Dədə Qorqud”dan “Koroğlu”ya, “Abbas və
Gülgəz”ə, “Əsli-Kərəm”ə, “Aşıq Qərib”ə, “Əmrah”a, “Tahir və
Zöhrə”yə, “Valeh və Zərnigar”a gələn yol özünün möhtə-
şəmliyi, fakt zənginliyi, müxtəlifliyin təzahürü ilə son dərəcədə
böyük əhəmiyyət kəsb edir. Vaqifə gələn yolu bir istiqamətdə
dastan müstəvisində “Kitabi-Dədə Qorqud”dan gələnlərlə
tipoloji müstəvidə izləyiriksə, digər istiqamətdə bu yolu Dədə
Qorquddan Qurbaniyə, Abbas Tufarqanlıya, Qaracaoğlana,
Lələyə, Sarı Aşığa, Xəstə Qasıma və s. olanlar kontekstində
aydınlaşdırmağın gərəkliyi görünür. Çünki M.P.Vaqif
yaradıcılığı bütün tərəfləri ilə bu özül əsasında dayanmışdır.
Onun əzəməti, sirri, ecazkarlığı buradan boy göstərir və bizi bu
zənginliyə kökləməklə əsir edir.
153
On min ərdən yağı gördümsə, oyunum dedim,
Yigirmi min ər yağı gördümsə, yılamadım.
Otuz min ər yağı gördümsə, ota saydım,
Qırx min ər yağı gördümsə, qıya bağdım.
Əlli min ər gördümsə əl vermədim,
Altmış min ər gördümsə, aytışmadım,
Səksən min ər gördümsə, səksənmədim.
Doxsan min yağı gördümsə donatmadım.
Yüz min ər gördümsə yüzüm dönmədim,
Yüzü dönməz qılıcım ələ aldım.
Məhəmmədin dini eşqinə qılıc urdum.
Ağ meydanda yumru başı tonça kəsdim,
Onda dəxi ərəm, bəyəm deyü öyünmədim.
Öyünən ərənləri xoş görmədim. (58, 145).
“Kitabi-Dədə Qorqud” dastanları elə bir möhtəşəmlik
nümunəsidir ki, ciddi təhlillərə, sinxron və diaxron yanaş-
malara və lazımı nəticələrin ortaya qoyulmasına imkan yaradır.
Burada mətnin fonopoetik sistemi özündə məzmunyaradıcı
funksiyasında çıxış edir. Və “Koroğlu”ya gələn yolun
genetikasını, dinamik mənzərəsini müşahidə etməyə, texnoloji
sistemini müəyyənləşdirməyə imkan yaradır. Bu qəhrəmanlıq
nümunəsi bizi təkcə məzmun baxımından təsirdə saxlamır, həm
də bu məzmunun örtüyünün səciyyələndiyi sistemin məzmun
yaratmada nələrlə təmsil olmasını aşkarlayır. Məlum olduğu
kimi, “tarixi poetikamızda ənənəvi struktur tipləri formalaşmış
və onlar getdikcə cilalanaraq kanonik bədii qəliblərə
çevrilmişdir. Folklorda kanonik strukturun əhəmiyyəti o qədər
güclənmişdir ki, o yalnız məzmuna xidmət edən yardımçı
vasitə kimi qalmamış və əsərin mənasına təsir etməyə
154
başlamışdır. Nağıl, dastan, qoşma, bayatı istilahlarının artıq
özləri dinləyicidə müəyyən assosiativ mənalar doğurmuşdur.
Yəni folklorda bədii struktur yalnız keyfiyyət deyil, həm də
mahiyyətdir” (41, 15). “Dədə Qorqud kitabı”, “Koroğlu”,
“Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Tahir və
Zöhrə”, “Qul Mahmud”, “Səməd bəy” və s. bir dastan kimi
poetik sistemi ilə təkcə məzmunu ifadə ilə yekunlaşmır, həm də
bədii sxemin mahiyyət ölçüləri ilə təmsil olunur. Ona görə də
türk dastan düşüncəsində kanonik sistemin mükəmməlliyi
bütünlükdə bədii düşüncəni, onun arxaik yaddaşdan, ilkin
qatlarından bu yana olanları təkcə özündə ehtiva etməklə
kifayətlənmir, həm də təsirdə, hərəkətdə görünür. “Kitabi-Dədə
Qorqud”dan “Koroğlu”ya, eləcə də “Kitabi-Dədə Qorqud”dan
“Aşıq Qərib”ə gələn yol təkcə Azərbaycan dastan düşün-
cəsində olanlarla yekunlaşmır, burada daha geniş müstəvidə
türk dastan yaradıcılığı təmsil olunur. “Yaradılış”dan “Kitabi-
Dədə Qorqud”a gələnlər isə daha əski təsəvvürə, ilkin olana,
yaradılışın özündə görünənlərlə, mifə və daha əski olana
bağlanır. Ona görə də bədii düşüncə o qədər laylı, həm də
təfərrüatlı mədəniyyət hadisəsidir ki, orada etnos özlüyündə
bütün olanları ilə ümumiləşir. Əfsanələr, rəvayətlər, nağıllar,
atalar sözü və məsəllər, nə varsa hamısı təkcə məzmun
ifadəsilə yekunlaşmır, burada formanın mükəmməlliyi
məzmun yaratmanın, bədii şərtləndirmənin faktı olaraq nəzərə
çarpır. Daha doğrusu, məzmunun ifadə faktına çevrilir. Ola
bilər ki, hər hansı hadisə, əhvalat öz tipikliyi, xarakteri ilə adi,
daha doğrusu gördüyümüz şəraitdə adamı heyrətləndirsin,
ancaq onun bədii şəkildə işlənməsi alınmasın və bu tipik olan
sıradan olana çevrilsin. Bəzən isə hər hansı adi olanın bədii
ustalıqla işlənməsi onun mükəmməlliyinin, sənət hadisəsinə
155
çevrilməsini əsas etsin. Ona görə də folklor kanonik sistemin
elə mükəmməl faktları ilə səciyyələnir ki, onun qeyri-adiliyinin
təəssüratı həmişə təbii təsir bağışlayır. Vaqifin də Azərbaycan
şeirinin “könül dastanı”na çevrilməsi məhz bu iki sistemin
tarazlığı, “könlünü sazlar eli”ndə bəsləməsindən irəli gəlir.
“Kitabi-Dədə Qorqud” dastanlarından yuxarıdakı nümu-
nə söyləyici auditoriyasında ciddi məzmunu özündə ehtiva edir
və auditoriyanın ehtiyacına hesablanır. Hansı ehtiyac ki,
bütünlükdə etnosla təmsil olunur. Bu “Koroğlu” dastanında da,
“Əsli və Kərəm”də də, “Aşıq Qərib”də də, “Novruz və
Qəndab”da da, “Qaçaq Kərəm”də də belədir. Söyləyici
auditoriyasında özünə yer tapmayan hər hansı bədii nümunənin
yaşaması mümkünsüzdü. Çünki ədəbi proses təbii olanın
üzərində bərqərar olur və təbii proses keçirir. Ona başqa rəng,
boya, təhdidlə təsir etmək mümkünsüzdür. Məhz M.P.Vaqifin
yaradıcılığı da təbiiliyin, xalqa ruh etibarilə yaxınlığın
nümunəsi idi ki, faciəli ölümündən sonra yaddaşlarda onilliklər
ərzində dolaşmağa başladı, sevilə-sevilə əzizləndi və təzədən
yaddaşdan yazıya gəldi. Necə ki, biz dastan repertuarında,
“Kitabi-Dədə Qorqud”da, “Koroğlu”da, “Qurbani”də, “Lətif
şah”da, “Abdulla və Cahan”da, “Şah İsmayıl”da, “Şahzadə
Əbülfəzl”də, “Məsum və Diləfruz”da, “Məhəmməd və
Güləndam”da, “Avdı və Mehriban”da və başqalarında görürük.
Xalqın təbiətində olan sahiblik missiyası onun ruhu,
mənəviyyatı, bütünlükdə həyat tərzi, dünyagörüşü ilə bağlı
olanlarla əlaqələnir. Ustad sənətkarlar el-el, oba-oba gəzərək
məhz bu missiyanı yerinə yetirmək məqsədində olmuşlar.
“Kitabi-Dədə Qorqud” dastanlarında vurğulanan “eldən-elə,
bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilər”
furmulu bütünlükdə ozanlığın mahiyyətini ifadə edir və bir
Dostları ilə paylaş: |