164
Kimi həyat gəzir, kimi dövranı,
Kimi haqqı gəzir, kimi divanı,
Kimi qulluq gəzir, kimi cahanı,
Kimi saray, bağça-bağa aşiqdi.
Kimi dostu gəzir, kimi hörməti,
Kimi səxavəti, kimi mürvəti,
Kimi ədaləti, kimi sənəti,
Kimi vətən, namus, ara aşiqdi. (12, 411).
Bunlar M.P.Vaqifdən sonra da əvvəl də olmuşdur, sadəcə
olaraq bu böyük sənətkar olanlardan yararlanmaqla, mükəm-
məl nümunələr yaratmış və yazılı ənənədə onun yaşamına
yardımçı olmuşdur. M.P.Vaqif və Molla Cümə yaradıcılığı
kontekstində müqayisələr aparan folklorşünas P.Əfəndiyev
yazır: “İlahi, hər iki sənətkarın nə qədər də oxşar, yaxın əsərləri
var. Elə bunların özü də sübut edir ki, Molla Cümə Vaqifi,
onun dünya şöhrətli yaradıcılığını, xüsusilə də qoşma, təcnis və
deyişmələrini yaxşı tanıyır və ürəklə bəhrələnirdi. Hər iki
sənətkarın eyni bir şeiri üzərində müşahidələr aparmaq
uğurludur.
Şeirlərində Vaqif əvvəlcə gözəlin portretini çəkir,
gözəlliklərini, əlamətlərini sadalayır. Molla Cümə isə «gözəl»
deyərək müxtəlif mənalar üzərində şeirini tamamlayır. Elə bil
Vaqif tərəfindən portreti çəkilmiş gözələ vurulan Molla Cümə
ondan çarə istəyir. Başqa sözlə, Molla Cümə gözəli artıq
tərifləri, əlamətləri aşkar edilmiş hazır gözəldir. Vaqif isə onun
gözəlliklərini, əlamətləri ilə şeirə gətirir. Vaqif gözəl sözünü
müxtəlif mənalarda işlətməklə gözəlin gözəlliyini ustalıqla
poetikləşdirir. Oxucuya aydın olsun ki, söhbət hər iki
sənətkarın gözəlin tərifinə elədiyi və bir-birinə oxşar, yaxın
olan «Gözəl» şeirindən gedir.
165
Vaqif:
Gözəl qamət, gözəl gərdən, gözəl üz,
Gözəl olmaz sən tək olsa, gözəl yüz,
Gözəl canı munca yetər, gözəl üz,
Gözəl deyil, etmə, gözəl alı sən.
Molla Cümə:
Gözəl bircə, gözəl, dayan burada,
Gözəl dərdim gözəl deyim sənə get,
Gözəl günüm gözəl qoydun qarada,
Gözəl, rəhmin gözəl eylə mənə get.
Vaqif:
Gözəl durub, gözəl gəzib, gözəl bax,
Gözəl kəlbəm, sal boynuma gözəl bağ
Gözəl, seyrü kəşt eyləyib gözəl bağ
Gözəl, dər budaqdan gözəl alı sən.
Molla Cümə:
Gözəl, varmı gözəl dərdə dərmanım,
Gözəl aldı, gözəl dinim, imanım,
Gözəlimsən, gözəl İsmi Pünhanım
Gözəl doğru, gözəl cavab denə, get.
Hər iki sənətkarın elə şeirləri var ki, onlar arasında
oxşarlıq, yaxınlıq göz qabağındadır. Burada istər-istəməz
ustad-şagird ənənəsi özünü aydıncasına göstərməkdədir.
Vaqif:
Bir fitnə fellinin, üzü xallının
Bir şirin dillinin qurbanıyam mən.
Bir qənd məqallının ləb zülallının
Bir ağzı ballının qurbanıyam mən.
166
Molla Cümə:
Bir zülfü ənbərə, qaşı peykərə,
Bir gözü xumara canım peşkəşdir.
Bir yanaq əhmərə, üzü qəmərə
Bir dişi gövhərə canım peşkəşdir.
Vaqif:
Bir süsən muylunun, səmən boylunun,
Friştə xoylunun, mələk soylunun,
Bir cənnət küylünün, Tuba boylunun,
Bir şümşad qollunun qurbanıyam mən.
Molla Cümə:
Bir ismi əzbərə, əndamı tərə,
Bir cavan bəşərə, gözəl düxtərə,
Bir eşqi əxkərə çox zülümkərə
Cüməyəm, əşkara canım peşkəşdir.
Vaqif Azərbaycanın aşıq sənətinin ənənələri üzərində
pərvəriş tapmışdır. Onun bütün şeirləri öz köklərini Azərbay-
can aşıqlarının şeirlərindən götürür. Beləliklə, Vaqif böyük
ustad sənətkar, müəlim kimi formalaşmışdır. Bunun ikinci bir
tərəfi də var. Azərbaycan aşıq sənətinin ənənələrindən güc-
qüvvət alan Vaqif sonralar özündən sonra yetişən aşıqların, ən
böyük ustadları da daxil olmaqla ustadı olmuşdur. Vaqifdən
sonra elə bir Azərbaycan aşığını tapmaq olmaz ki, o, böyük
sənətkarın yaradıcılığından bəhrələnməmiş olsun” (37).
Doğurdan da M.P.Vaqif elə bir ədəbiyyat hadisəsidir ki, onun
təsir sərhədlərini bütün tərəfləri ilə açmaq özü mümkünsüzdü
və demək olar ədəbiyyatı əhatələyir. Aşıq yaradıcılığında da
belədir, folklorşünas alim də məhz müşahidələrini Molla Cümə
ilə Molla Pənah Vaqif yaradıcılığı timsalında ümumiləşdirir.
167
Böyük sənətkarın Azərbaycan xalqının zəngin mədəniyyət
hadisəsi olan aşıq yaradıcılığından yüksək ustalıqla
bəhrələnməsi onun həm də son olaraq aşıq yaradıcılığına güclü
təsirini aktuallaşdırmışdır. M.P.Vaqif aşıq yaradıcılığından
təkcə məzmunu, formanı, müəyyən klişeləri mənimsəməklə
kifayətlənmədi, bundan daha əsas və öncə ruhu, sənətin
genetikasını, simvolik sistemini, etnosun iç dünyasını
mənimsədi. Qurbani, Abbas Tufarqanlı, Lələ, Kərəm, Qərib,
Sarı Aşıq, Qaracaoğlan, Xançoban, Varxiyanlı Məhəmməd,
Dəllək Murad, Yəhya bəy Dilqəm, Xəstə Qasım, Abdalgülablı
Valeh, Xasta Hasan, Aşıq Hüseyn Şəmkirli, Ağ Aşıq, Dollu
Mustafa, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Bozalqanlı, Çoban
Əfqan, Şeyda Əziz, Mirzə Səməd, Xındı Məmməd, Borçalı
Şair Nəbi, Aşıq Bilal, Mikayıl Azaflı və s. sənətkarların
yaradıcılığı üzərində aparılan tipoloji təhlillər M.P.Vaqif
şeirinin ənənədə hansı keyfiyyətlərlə səciyyələnməsini və
özündən sonra gələnlərdə nələrlə özünü göstərməsini
aydınlaşdırır. Ə.Abid xüsusi bir məqama toxunur və vurğulayır
ki, “müqayisə edildiyi təqdirdə Qafqaz və Azərbaycan xanları
sarayında heca vəzni daha qüvvətli bir inkişafa nail olmuşdur.
Vaqifin qüvvətli şairliyi nəticəsində heca vəzni müasirlərinin
haman həpsi tərəfindən kullanıyordu.
Vaqifdə heca vəzninin yalnız on birisi var. Əksərisi iki
duraklıdır. Üç durakı ehtiva edən on birli azdır. Bizim ədəbi
sahəmizdə on birli hecanın on yeddi və on səkkizinci əsrlərdə
çox məqbul olması Xətai ilə başlayan və Kərəmlə qüvvət və
şəxsiyyət qazanan hərəkatın nəticəsidir. Vaqifin hecası – aşina
olduğu klassik ədəbiyyat tərbiyəsi dolayisilə - Xətai və
Kərəmdən çox fərqli və bişkindir” (1, 165). Burada vurğulanan
Xətai // Kərəm // Vaqif məsələsi bütünlükdə aşıq şeir
Dostları ilə paylaş: |