62
Hörmətli Paşa müəllim!
Salam!
Paşa, sizin məktubunuzu aldım. Mövlüd müəllim öz
kəndlərində xeyir işləri olduğundan gec cavab yazmağımı ba-
ğışla. O, 3/IX-61 ildə məktəbə gəldi. Mən onunla ətraflı danış-
dım.
O, mənə dedi ki, mən və anam ona hərtərəfli köməklik
göstərə bilərik. Hazırda Mövlüd müəllimin deməsinə görə,
onun anasında ərəb əlifbası ilə Molla Cümənin əl yazmaları
var. Mövlüdun özündə də 140 qədər qoşma, müxəmməs,
divani, təcnis və s. vardır. Mövlüdun deməsinə görə, Layisqı
kəndində Molla Cümə ilə bir dövrdə yaşayan Molla Cümənin
dayısı oğlu Şirin kişi adlı 97 yaşlı qocadan da ətraflı məlumat
almaq mümkündür.
Paşa, sonra mən özüm Molla Cümənin qoşmalarının ək-
səriyyətini bilən və onun haqqında rəvayətlər danışan Balakən
rayonun İtitala kəndindən aşıq Məhəmməd adlı bir nəfəri
tanıyıram. Onun Marsanda keçirilən bir neçə məclisində mən
özüm olmuşam. O, Molla Cümə haqqında çox qoşma bilir.
Əyər lazım olsa onunla da məsləhətləşmək olar. Sən yenə
lazımı məlumatı almaq üçün əlaqə saxla. Mən Mövlüd müəl-
limdən onun anasında olan məlumatları (qoşmalarını) tələb
etdim. O dedi ki, anam həmin əlyazmasını heç kimə vermir.
Ancaq özlərində baxmağa icazə verir.
Sonra Mövlüdün əmisi oğlu da mənim yaxın dostumdur.
Sən gəlsən həm Layisqiyə birlikdə gedərik, həm də Aşıq
Məhəmmədlə səni görüşdürərəm.
Paşa, Mövlüdün deməsinə görə bu yaxınlarda Nuxalı
Ələşrəf adlı bir nəfər Molla Cümənin əl yazmalarından 2 dəf-
təri Nizami institutuna təhvil verib. Sən oranı da yoxla. Sonra
sənə nə kimi materiallar lazımsa mənim gücüm çatanı düzəlt-
məyə hazıram. Əyər sənsiz düzələsi şeylər varsa mənə yaz.
63
Mən Layisqıya gedim. Mövlüdün anasından və həmin qoca Şi-
rin kişidən öyrənib sənə yazım.
Mənə ətraflı məlumat yaz. Mövlüd müəllim də sizə hər
cür köməklik göstərməyə hazırdır.
Hörmətlə sizin Rauf
4/IV-61
Hörmətli mama oğlu
6
!
Sizin məktubunuzu aldım və oxudum. Sizə minnətdar-
lığımı bildirirəm. Çox sağ olun. Başa düşdüm ki, əziyyətimi
çox çəkirsən.
Mama oğlu. Mən Layısqıya getdim. Mövlüdlə və Reyhan
xala ilə görüşdüm. Mövlüddə təzə bir şey yoxdur. Siz yazan
şeiri yazdım. Reyhan xalanında tək şəklini tapa bilmədik. Yenə
göndərdiyimlə iş açmırsa ona mən demişəm şəklini çəkdirəcək.
Xəbər ver onu alıb çatdırım. Ona Zəkəriyyə müəllim dedi ki,
Baş Göynükdə bir adamda yeni şeirlər var. Onu alacaq, əyər
yenisi varsa sizə çatdıracağam. Sonra Mövlüdün deməsinə
görə, Balakəndə güya Molla Cumanın şəkli var. Mövlüd bu
kanikulda ora gedəcək. Əyər tapsa onu mənə çatdıracaq, mən
də sizə göndərəcəm. “Bolşevik” şeirini mənə verən Ləkit kənd
sakini, 63 yaşlı, pensiyaçı Meçid Məsum oğlu Əhmədovdur
(bizim əmi qızı İmamatın əri).
Qax rayonu Marsan kəndi
Rauf Əfəndiyev. 1/XI-1961
6
Şəki-Balakən zonasında bibiyə mama deyirlər. Deməli, bibi
oğlu yox, mama oğlu Rauf Əfəndiyevin də bizə qohumluğu çatır.
Məni də mama oğlu adlandırmışdır.
64
“Hörmətli Paşa müəllim! Salam. Sizin göndərdiyiniz
hədiyyəni aldım və çox şad oldum. Siz bilirsiniz ki, anam və
bacılarım nə qədər şad oldu. Xüsusən anam nə qədər şadlandı,
həddi-hesabı yoxdur. Kitab çatandan sonra demək olar ki,
kəndin adamlarının hamısı kitabı oxumaq, xüsusən babamın
haqqında sizin yazdığınız müqəddiməni oxuması ilə daha çox
maraqlanırlar. Bir sözlə sizin adınız əzbər olmuşdur. Xüsusən
sizin Cavad oğluna verdiyiniz yüksək qiymət Göynük camaatı
arasında böyük şadlığa səbəb olmuşdur. Paşa müəllim, sizə
məlum olsun ki, bu yaxınlarda babamın şəkli tapılıb. Qaxda hə-
kim Calal kişinin qızı verib. Axtıda (Dağıstanda)-P.Ə.) 1914-
cü ildə çəkilib. Həmin şəklin üzünü çıxarıb, hər-halda ya özünü
gətirərəm və ya göndərərəm”.
Mövlüd Əzizov
(Molla Cümənin nəvəsi)
Baş Göynük, 1966
Şəki kəndlərinin birində redaksiyaya belə bir mək-
tub ünvanladım:
Hörmətli redaksiya! Mən Nuxa, Qax, Zaqatala, Balakən
rayonlarının bir sıra kəndlərini gəzib Molla Cümənin həyat və
fəaliyyəti haqqında məlumat toplamışam, külli miqdarda yeni
şeirlərini əldə etmişəm. Xüsusilə Aşağı Göynük, Biləcik, Aşa-
ğı Layişqi, Baş Layişqi və başqa kəndlərin necə deyərlər torpa-
ğı, daşı da belə Molla Cümədən danışır. Bu maraqlı şəxsiyyətin
–böyük aşığın əsərlərini toplayıb sistemə salıb çap etmək, yara-
dıcılığını da öyrənmək folklorşünaslığımız qarşısında duran ən
mühüm vəzifələrdən biridir. Ona görə də sizdən artıq dərəcədə
xahiş edirəm ki, mənim məktubumu və hələ indiyə qədər çap
üzü görməyən aşağıdakı şeirləri qəzetinizdə dərc edəsiniz.
Dostları ilə paylaş: |