Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə23/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   19   20   21   22   23   24   25   26   ...   104

 
72 
Azərbaycan Kommunist Partiyası Mərkəzi 
Komitəsinin katibi Şıxəli Qurbanova 
Pedaqoji İnstitutun Azərbaycan ədəbiyyatı 
kafedrasının dosenti Paşa Əfəndiyevdən 
 
    
           ƏRİZƏ 
 
Çox hörmətli Şıxəli müəllim! Sizdən şəxsən dəfələrlə üzr 
istəyərək  müraciət edirəm. Hazırda Siz respublikada elm, ədə-
biyyat,  incəsənət  ideologiyanın  bütün  ağırlıqlarının  zəhmətini 
çiyinlərində  daşıyırsız.  İşinizin  belə  vaxtında  Sizi  narahat  et-
mək  istəməmişəm.  Biz  xalqımızın  fəxri  olan  Pedaqoji  insti-
tutun divarları arasında 4 il tələbə olmuş, 3 il aspirantura keç-
miş və bir neçə il də eyni kafedrada çiyin-çiyinə işləmişik. Siz 
institutun həmkarlar partiya işlərinə böyük töhfələr vermisiniz. 
Bütün bunları qoy-götür eləyəndən sonra hər yerdən əlim üzül-
düyünə görə Sizi  narahat etmək qərarına gəlmişəm. Mən  neçə 
ildir ki, böyük Azərbaycan aşığı Molla Cümənin necə deyərlər 
unudulmaq  qorxusu  qarşısında  olan  ədəbi-bədii  irsini  topla-
maqla məşğulam. Aşığın fəaliyyət göstərdiyi rayon və kəndləri 
qarış-qarış  gəzərək  şeirlərinin  bir  hissəsini  dənə-dənə  topla-
mışam,  aşığın  ilk  kitabını  tamamlamışam.  İndi  bu  kitabı  çap 
eləməkdə çətinlik çəkirəm.  
Əziz Şıxəli müəllim! Sizdən dəfələrlə üzr istəyirəm, belə 
ağır, şərəfli işləriniz çox olduğu bir dövrdə Aşığın ilk kitabının 
çapı üçün vaxt tapıb mənə kömək etmənizi xahiş eləyirəm. 
 
                               Sizə çox hörmət eləyən Paşa   müəllim                      
                                                1966-cı il 
 
 
 
                  


 
73 
Azərbaycan Respublikası Nazirlər Soveti 
sədrinin müavini Elçin Əfəndiyevə 
 
     Azərbaycan Dövlət Pedaqoji Universitetinin    
Azərbaycan  ədəbiyyatı  tarixi  kafedrasının 
professoru Paşa Şərif oğlu Əfəndiyevdən 
 
ƏRİZƏ 
 
Çox  hörmətli  Elçin  müəllim!  Neçə  illərdir  ki,  böyük 
Azərbaycan  aşığı  Molla  Cümənin  şeirlərini  toplamaqla  və 
öyrənməklə  məşğulam.  Dəfələrlə  aşığın  fəaliyyət  göstərdiyi 
yerləri  qarış-qarış  gəzmiş,  nümunələri  sənətkarın  ədəbi  irsinin 
unudulmasından  xilas  eləmişəm.  1966  və  1983-cü  illərdə 
sənətkarın  iki  şeirlər  kitabını  çap  eləmişəm.  Əlyazmalar 
üzərində  40  il  işləmişəm.  41  müəllif  vərəqi  həcmində  kitabını 
hazırlamışam.  Kitab  “Maarif”  nəşriyyatının  1995-ci  il  tematik 
planına  25  müəllif  vərəqi  həcmində  daxil  edilmişdir. 
Nəşriyyata  yeni  direktor  gəlib.  O,  isə  kitabı  bütövlükdə  çap 
etməkdən  imtina  edib.  Mən  hər  yerə  müraciət  eləmişəm,  heç 
kimdən  kömək  görmədim.  Elçin  müəllim  Molla  Cümə  irsi  el 
malıdır.  Onu  elimizə  çatdırmaq  lazımdır.  Sizin  köməyinizə 
möhtacam. 
 
                               Hörmətlə:           Paşa Əfəndiyev 
                             filologiya elmləri doktoru, professor 
                                                           1995 
 
 
İbrətamiz bir səciyyə. Yuxarıda dediyim kimi, böyük sə-
nətkarımızın  ilk  şeirlər  kitabı  məhz  Azərbaycan  Mərkəzi  Ko-
mitəsinin  katibi  məşhur  dövlət  xadimi,  yazıçı  və  alim  Şıxəli 
Qurbanovun köməyi ilə işıq üzü görüb. Molla Cümənin ədəbi-
bədii  irsinin  nəşri üçün  yollar açılmışdır. Sonra böyük zəhmət 


 
74 
və çətinliklərlə üzləşərək aşığın külliyatı hazırlanmışdır. Həmin 
külliyatın  ilk  nəşrinə  isə  Azərbaycan  Nazirlər  Sovetinin  müa-
vini  məşhur  yazıçı  və  dövlət  xadimi  Elçin  Əfəndiyev  kömək 
göstərmişdir.  Daha  sonra  Molla  Cümənin  həmin  külliyatını 
daha da təkmilləşdirilmiş  ikinci  nəşri  isə  Azərbaycan Respub-
likasının prezidenti İlham Əliyevin sərəncamı ilə 25 min nüsxə 
çap edilərək Azərbaycanın bütün kitabxanalarına pulsuz hədiy-
yə  verilmişdir.  Bütün  bunlardan  sonra  ömrü  faciə  ilə  başa 
çatmış  böyük  xalq  nəğməkarının  ruhu  xoş  olmuş,  böyük  şəx-
siyyətlərin  sənətkara  qayğısının  şahidi  olan  və  aşığın  ədəbi-
bədii  irsinin  yeganə  varisi  olan  professor  Paşa  Əfəndiyev  isə 
böyük qürur hissi yaşamışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
75 
IV BÖLMƏ 
 
AXTARIŞLAR, TƏDQİQATLAR, TAPINTILAR 
 
                        Qov könül, bağça barından bu qara qarğaları, 
                        İmtahan eylə Hüma
9
 quşlarını meydana çək. 
                                                          Nizami Gəncəvi  
 
 
                                           Görkəmli sənətkar 
Cümə (Molla Cümə)  məşhur  Azərbaycan aşığıdır. Onun 
həyatı və yaradıcılığı haqqında elm çox az məlumata malikdir. 
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra, xü-
susilə otuzuncu illərdə aşığın əsərləri toplanmağa başlanmışdır. 
Lakin həyatı, yaradıcılığı, indiyə qədər də tədqiq olunmamış və 
öyrənilməmiş  qalmaqdadır.  Son  illər  Molla  Cümənin  yaradı-
cılığı haqqında mətbuat aləmində, az da olsa, müəyyən fikirlərə 
rast gəlirik. Bu sevindirici  bir  haldır. Çünki  Molla Cümə zən-
gin  ədəbi  irs  qoyub  getmişdir.  Həyatı,  ədəbi  fəaliyyəti  etibarı 
ilə çox maraqlı bir şəxsiyyət olmuşdur. Aşığın ümumi həyat və 
fəaliyyətinin  tədqiqi  Azərbaycan  aşıq  poeziyasının  bir  sıra 
nəzəri, ədəbi məsələləri və forma xüsusiyyətlərinin aydınlaşdı-
rılmasına mühüm köməyi ola bilər. İndiyə qədər aşığın əsərlə-
rinin cüzi bir hissəsi çap olunmuşdur. Bu nümunələrin də çoxu-
su  30-cu  illərdə  məşhur  Azərbaycan  folkor toplayanı  Hümmət 
Əlizadə çap etdirdiyi “Aşıqlar” kitabında olduğu üçün indi çox 
tapılmır və geniş oxucu kütləsinə məlum deyildir. Cümə zəngin 
həyat təcrübəsinə, istedada, dünyagörüşə malik bir el sənətkarı 
olmuşdur.  O,  xalqın  dərdini,  sevincini  duymuş  və  bunu  sazı, 
sözü ilə ifa etmişdir. 
Molla Cümə molla olmamışdır. Savadlı, elmli, bilikli ol-
duğu üçün ona molla demişlər. 
                                                
9
 Hüma-cənnət quşu 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə