76
Adətən, aşıqların tərcümeyi-halını yazmaq, daha doğrusu
bərpa etmək çox çətindir. Bunun üçün doğru, ən etibarlı mənbə
aşığın öz şeirləridir. Çünki bu şeirlərdə aşıqlar öz həyatlarına
dair mühüm hadisələri bu və ya digər şəkildə ifadə etməyə
çalışırlar. Bu işdə aşığı görən, tanıyan, sevən şəxslərin xatirə-
ləri də tədqiqatçının köməyinə çatır. Beləliklə, müəyyən şəkil-
də də olsa, aşığın tərcümeyi-halı yarana bilir.
Molla Cümənin tərcümeyi-halında ən mühüm məsələ
onun anadan olma tarixidir. Sovet hakimiyyəti illərində folklor
toplayanlar, tədqiqatçılar, ədəbiyyatşünaslar Molla Cümənin
anadan olma tarixini müxtəlif şəkillərdə - gah təxmini (H.
Əlizadə), gah da əsərlərinə əsasən (F.Qasımzadə, Ə.Axund-
zadə, P.Əfəndiyev) göstərmişlər. Aşıq özü şeirlərinin birisində
Həsənə müraciətlə belə deyir:
Min üç yüz otuz iki
Tarixdədir indi sənə,
Altmışa çatmış yaşım,
Sevda sərdə durur yenə.
Üzülüb bürcü-bədən
Üstdən gedir gündən-günə,
Tapşırır Molla Cümə
Oğul, sənə dönə-dönə:
Sidq ilə yaxşı tutub
Göz yetir dəftərə, Həsən!
Yazdığım bu dəftəri
Saxla yadigara, Həsən!
Parçada göstərilən hicri tarixi miladiyə çevriləndə 1914-
cü illər olur. Deməli, 1914-cü ildə Molla Cümənin yaşı altmışa
çatıbsa, onda aşığın təxminən 1854-cü ildə doğulduğu aydın-
laşır. Hər halda bu tarixə inanmalıyıq, burada səhv olsa da bir-
77
iki il ola bilər. Başqa bir şeirində aşıq özünün kim olduğu
haqqında belə bir məlumat verir:
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki,
Mahalım Göynükdür, şəhərim Şəki,
Layisqi kəndinin binasıyam mən.
Binəm Layisqiyə düşübdür mehman,
Pədərim Salahdır, madərim Reyhan,
Vələdim Həsəndir, əxim Süleyman,
Familim Molla Oruc ədnasıyam mən.
Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində Hacı
İbrahim Əfəndinin mədrəsəsində almışdır. Az müddət içərisin-
də ərəb, fars dillərini mükəmməl öyrənmişdir. Ancaq o mədrə-
sədən tez uzaqlaşmışdır; gözəl təbə, şairlik istedadına malik
gənci şeir, söz daha çox cəlb etmişdir. Molla Cümə öz şəxsi
mütaliəsi ilə klassik Azərbaycan ədəbiyyatını, onun xüsusilə
Vaqif, Vidadi, Zakir, Nəbati kimi sənətkarlarını, aşıq yaradıcı-
lığımızı, xalq ədəbiyyatımızı dərindən öyrənmiş, özü də gözəl
bir sənətkar kimi yüksəlmişdir.
Cümənin atası Saleh kişi əkinçiliklə məşğul olmuşdur. O,
yeganə oğlu Cüməni də kiçik yaşlarından təsərrüfat işlərinə
alışdırmışdır. Təbiətin gözəl mənzərələri qoynunda böyüyən
Cümə kiçik yaşlarından sinədən şeir qoşmağa başlamışdır. Öz
şəxsi bacarığı, təbii istedadı sayəsində dövrünün tanınmış sə-
nətkarları səviyyəsinə yüksələ bilmişdir.
Sonralar bütün ömrü boyu Molla Cümənin əsas sənəti,
peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının
zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə
ailəsini dolandırmışdır. Qızı Reyhan deyir ki, olüncə atamın
əlindən oraq, yaba düşməmişdir.
Molla Cümənin tərcümeyi-halında olan ən qaranlıq yer-
lərdən birisi onun ölümü məsələsidir. Bu barədə müxtəlif rəva-
78
yətlər söylənir. Bütün bu müxtəlif variantda olan rəvayətlərin
birləşdiyi nöqtə odur ki, Molla Cümə səhvən öldürülmüşdür.
Guya onu öldürəndən sonra tanımışlar. “Nuxa fəhləsi”
10
Molla
Cümənin ölümü haqqında belə bir qeyd vermiş ki, 1920-ci ilin
may ayının əvvəllərində XI Qızıl Ordunun hissələri Nuxadan
Zaqatalaya doğru gedərkən, bu yolun ətrafındakı kəndlərin
varlıları orduya müqavimət göstərmək fikrinə düşürlər. Burada
atışma başlayır. Bir çox yoxsul kəndli ordu ilə onlara qarşı
çıxanların arasında qalır. Molla Cüməyə də bu vaxt güllə
dəyir...
Cümənin həyatından danışarkən bir cəhəti də qeyd etmək
lazımdır: o da əksər şeirlərində adı çəkilən “İsmi Pünhan”
məsələsidir. Məlumdur ki, bu söz gizli ad mənasındadır. Görü-
nür aşığın bir gözəlin, məşuqənin, başqa sözlə desək, öz sevgi-
lisinin adını gizli saxlamaqda bir məqsədi varmış. “İsmi
Pünhan” Molla Cümənin tərcümeyi-halı, həyatı, fəaliyyəti ilə
əlaqədardır. Bu məsələdən söhbət açanlar deyirlər ki, Molla
Cümə varlı bir ailədən olan qıza aşiq olmuş, lakin onun adını
çəkə bilməmiş, gizlətmişdir.
Aşığın öz şeirləri İsmi Pünhan haqqında daha doğru fikir
yüütməyə material verir.
Necə dad etməyim, aman, ay fələk!
İsmi Pünhan mənə zəlalət eylər!
-beyti ilə başlanan qoşmanın son bəndi belədir:
Fələk məni döndəribdi Məcnuna,
İnsan salmaz insanı bu zülümə,
Göynüyün ətrafın bu Molla Cümə
Hər günü dörd yolla ziyarət eylər.
Bu şeir güman etməyə əsas verir ki, İsmi Pünhan məhz
Göynükdən olmuşdur. Yaxud “Axtaran” rədifli başqa bir
qoşmanın son bəndində deyilir:
10
“Nuxa fəhləsi”, 1961, №27
79
Mən cununam, kimə verim öyüdü,
Yandım desəm, tez tökərlər nöyüdü,
Cümə ölüb, tapılmasa meyidi,
İsmi Pünhan obasını axtarın.
Yaxud:
Könül dönsə, bu dostluğu atarıq,
Yol uzaqdır, özüm bihal, at arıq,
Cümə səni sevəndəydi, a tarix,
Min iki yüz doxsanıncı sənədə.
Həmin tarixi miladiyə çevirəndə 1873-cü il alınır.
Cümənin anadan olduğu il 1854-cü il qəbul olunanda, o zaman
İsmi Pünhanı sevəndə 19 yaşı varmış. Belə misalları Cümənin
şeirlərindən çox gətirmək olar. Nəticə belədir ki, həmin qız
Molla Cümənin dərs aldığı mədrəsə sahibinin, o yerin ən böyük
dindarının qızı imiş.
Lakin zaan keçdikcə İsmi Pünhan məşuqə, aşiq, sevgili
mənasından kənara çıxmış, aşığın, ümumiyyətlə həyat idealı,
arzusu, diləkləri kimi özünü göstərmişdir.
Molla Cümə incə zövqə malik, insanın daxili, ruhi
hisslərini gözəl, təsirli ifadələrlə inikas etdirməyi bacaran lirik
bir şairdir. Cümə əsil məhəbbəti, saf, təmiz insani eşqi yüksək
tutur, var-dövlət heç vaxt maraqlandırmır. Onun varı, dünyası
gözəl bir həmdəmdir. Aşığın malı, dövləti yaxşı, mehriban
insanlar, dostluq, səxavət, qonaqpərəstlik, alicənablıq olmuş-
dur. Bu gözəl insani keyfiyyətləri aşıq kimdə görmüşsə, ona
can qurban etmiş, onu tərifləyib sevmişdir. Ona görə də Molla
Cümə haqqında xatirə söyləyən qocalar deyirlər ki, min manat
versəydin o insansız yerdə bir kəlmə söz oxumazdı. Cümə üçün
əsil mənada insanlar məclisi lazım idi, onda ürəyi açılar, təklif-
siz də oxuyardı.
Dostları ilə paylaş: |