80
Molla Cümənin ədəbi irsi içərisində həcvlər mühüm yer
tutur. XIX əsrdə ümumiyyətlə ədəbiyyatımızda satiranın inki-
şafı ilə əlaqədar həcv də geniş yayılmışdır.
Aşıq Cümə həcvlərinin çoxusunda bu və ya digər varlını,
din xadimini, alverçi və ya mülkədarı kəskin tənqid atəşinə
tutmuşdur.
Molla Cümə yaradıcılığında fırıldaqçı din nümayən-
dələrinə kəskin nifrət vardır. Çox xarakterikdir ki, Molla ləqəbi
götürən aşıq çəkinmədən mollaları qamçılayır. Özü dı bu təsa-
düfi deyil, qərəzlə deyil, münasibətdən münasibətə deyil, məhz
ideyadan irəli gələn tənqiddir. Bu şeirlərlə Molla Cümə yolunu
azan din nümayəndələrinin bütün fırıldaqlarını üzünə deyir,
min cür yollarla xalqı aldadıb malını əlindən aldıqlarını açıqca
göstərir:
Mənim kəftarıma yaxşı deməzsən,
Nə keçir könlündən, kimə əvəzsən?
Yediyin haramdır, halal yeməzsən,
Gəl çəkmə xalçanı qırağa, molla.
Molla Cümənin həyat, mühit, insanlar və münasibətlər
haqqında şeirləri onun dünyagörüşünü aydınlaşdırmaq üçün
bizə mühüm material verir. Bu şeirlər göstərir ki, Molla Cümə
həyata, mühitə və onda olan ziddiyyətlərə açıq gözlə baxan,
onların səbəblərinə varmaq istəyən, düşünən, axtaran bir sənət-
kar olmuşdur. Şair həmişə haqsızlığı, varlı-güclü, yoxsul-zəif
məsələlərini demokratik cəbhədən, xalq cəbhəsindən təhqir
etməyə çalışmışdır.
Aşığın dərdi şəxsi dərd deyil, el, xalq, dərdidir. O,
özbaşınalıqdan, dərəbəylikdən şikayətlənir, ağıla, kamala, elmə
qiymət verən yoxdur, qolu güclülər, namərdlər dünyasıdır, -
deyir.
Molla Cümənin ictimai movzuda da şeirləri çoxdur.
Bunlardan bəziləri bilavasitə aşığın məşğuliyyəti, əmək və
zəhməti ilə əlaqədardır. Buna misal olaraq “Ay arvad” və
81
“Sərçələr” rədifli şeirlərini göstərə bilərik. Aşıq arvadına
müraciətlə o dövrün bir sıra məsələlərini belə qələmə almışdır:
Ağyazlıda taxılımız zay oldu,
Bu ilki il kəsəkənlər bay oldu.
İnanmıram, çəltikdən də pay oldu;
Qazı kimi it ortaqdı, ay arvad.
Məsdilərin üstümüzdə borcu var,
Saldat pulu, bir də mirab xərci var,
İki qəvlə otuz manat töycü var,
Az demirəm, hələ çoxdu, ay arvad.
Təbii ki, bu şeir o zaman vergilər altında inləyən, ehtiyac
içərisində yaşayan xalqların dərdi idi.
Xalq içərisindən çıxmış igidlər – kəndli hərəkatı başçı-
larına el sənətkarları həmişə rəğbət bəsləmişlər. Belə qəhrə-
manlar xüsusilə XIX əsrdə çox yetişmiş, hətta dillərə, dastan-
lara belə düşmüşdülər: Adıgözəl, Yarəli, Dəli Alı, Qaçaq Kə-
rəm, Cavadoğlu, nəhayət ən böyük və sevimli qəhrəmanlar
Qaçaq Nəbi, (bu qəhrəmanların hamısının haqqında aşıq şeir-
ləri, xalq mahnıları, epizod, xatirə və dastanlar vardır). Molla
Cümə də belə igidlərdən olan Cavadoğlunun rəşadətinə şeir
qoşmuşdur.
Cavadoğlunun qəhrəmanlığı, qorxmazlığı, həddindən ar-
tıq igid və çevik olması haqqında indi də Nuxada danışırlar. O,
dəfələrlə çar hökümətinin məhz onu tutmaq, əsir etmək, yaxud
məhv etmək üçün göndərdiyi qoşunla döyüşdə qalıb çıxmışdır.
Xarakterik cəhət budur ki, aşıq qorxusundan həmin şeirin sonu-
na öz təxəllüsünü qoymamışdır. Şeirin yazılma tarixi yoxsa da,
vuruşun harda getməsi, qoşunların sayı, yerli bəylərdən kimin
canfəşanlıq etməsi və s. haqqında düzgün məlumat almaq
mümkündür.
Ağalar, guş tutun,
Mən sizə əlanı deyim,
82
Seydi tək çöldə gəzən
Bir neçə oğlanı deyim.
Məhəmməd Cavadoğlu,
İgidlərin xanı deyim,
Rüstəmi zal, Muxtarı,
Əhmədi, Aslanı deyim.
İstərəm İsgəndərə
Zülfüqarı sanı deyim.
Molla Cümə Azərbaycan aşıq yaradıcılığının, xalq
şeirinin bütün şəkillərində əsərlər qoyub getmişdir. (Qoşma,
gəraylı, cığalı gəraylı, divani, təcnis, cığalı təcnis, hərf üstə
təcnis, yedəkləmə təcnis, sallama qafiyə, əvvəl-axır, əlifləmə,
bayatı, müxəmməs, müsəddəs, bağlama, deyişmə, ustadnamə,
hərbə-zorba, həcv və dastan).
Bizə hələlik Cümənin iki dastanı məlumdur. “Səyyad və
Səyalı”, “Molla Cümə və Aşıq Könlü”. İkinci dastandan təxmi-
nən 80 bənd əldə etmişik. Bu qoşmalar və Könlünün deyişmə-
lərindən ibarətdir. (Həmin dastanı hər iki şəxsin dilindən Cümə
özü söyləmişdir).
Onu da əlavə edək ki, bu dastandakı bağlamaların bir
hissəsi “Abbas və Gülgəz”, “Valeh və Zərnigar” və başqa das-
tanlarımızda olan dini mövzulara aid deyişmələri xatırladır.
Məlum olan əlyazmalarında Molla Cümənin elə şeirləri vardır
ki, onlar (xüsusilə forma cəhətdən) tədqiqata möhtacdır və
bunların təhlili Azərbaycan aşıq və xalq poeziyasının bir sıra
forma xüsusiyyətlərinin aydınlaşdırılmasında ədəbiyyatşünas
və folklorşünaslarımıza gözəl və yeni material verə bilər.
1966
83
Bir daha Molla Cümə haqqında
Molla Cümə haqqında bu qeydlərimizi yazmaqda məqsə-
dimiz indiyə qədər ədəbiyyatşünaslığımızda, folklorşünaslığı-
mızda aşığın adı barəsində buraxılan bir səhvi islah etməkdir.
Məşhur ədəbiyyatşünas və folklorşünas Salman Mumtaz
1927-ci ildə çap etdirdiyi “El şairləri” kitabında aşığın adını
“İlisulu Molla Cümə” yazmışdır. Həmin kitabın ikinci nəşrində
isə sadəcə “Cümə” getmişdir. Akademik H.Araslının redaktəsi
və müqəddiməsilə çap olunan “Aşıqlar” kitabında deyilirdi:
“Molla Cümə XIX əsrin sonları və XX əsrin əvvəllərində Qax
rayonunda yaşamışdır”.
30-cu illərdə Molla Cümənin şeirlərini məşhur folklorçu
H.Əlizadə çap etdirmişdir. Aşığın qızı Reyhan xatırlayır ki,
H.Əlizadə hətta bir neçə gün onların evində qalmış əlyaz-
malarını nəzərdən keçirib çoxlu şeirlərinin üzünü köçürmüşdür.
Tədqiqatçı “Aşıqlar” kitabının birinci cildində Molla Cümənin
“Vücudnamə”sini vermişdir.
Şeirdə oxuyuruq:
Binəm Layisqiyə düşübdür mehman,
Pədərim Salahdır, madarım Reyhan,
Vələdim Həsəndir, adım Süleyman
Familim Molla Oruc, ədnasıyam mən.
Bu şeirin nəşrindən sonra bütün kitablara aşığın əsil adı
Süleyman kimi daxil olmuşdur. Akademik F.Qasımzadə, folk-
lorşünas Ə.Axundov da belə yazmış, aşığın 1966-cı ildə Azər-
nəşr tərəfindən buraxılan kitabında da belə qeyd edilmişdir.
Filologiya elmləri namizədi M.Yarəhmədov aşığın hətta famil-
yasını göstərmişdir: Orucov Süleyman Salah oğlu. Sonra şair
V.Qafarov rusca çap etdirdiyi məqaləsində Cümə əvəzinə
Süleyman Orucov yazmışdır. İllər uzunu adı, təxəllüsü xalqın
dilinin əzbəri olan şairlərə təzədən familiya “düzəltməyə” nə
ehtiyac var?
Dostları ilə paylaş: |