65
V.İ.lenin adına APİ-nin dosenti Paşa Əfəndiyev.
Aşağı Göynük kəndi
2.X.1961-ci il
Çox təəssüf redaksiyadan cavab ala bilmədim. Elə bil ki,
mən heç müraciət etməmişəm. İkinci dəfə artıq müraciət et-
mədim.
Şərif İdrisovun məktublarından sətirlər
Akademiyada M.Yarəhmədov: “Sənin bir şeirini də çapa
qoymayacağam” deməsi, Bəhlul Abdullayevin ikibaşlı çıxışı,
əvvəlki rəyi ilə son çıxışı daban-dabana zidd idi”.
“Əlyazmalar fondunda Molla Cümənin təxminən 492 sə-
hifəyə qədər olan əlyazması kiminsə tərəfindən oğurlanmışdır”.
(1981)
“Şəkili Əliəşrəf İsmayılov Molla Cümənin əlyazmalarını
qızı Reyhandan almış və Əlyazmalar Fonduna vermişdir”.
(1981)
“Molla Cümə arvadına baramadan tuman, anasına baş-
maq alacağına söz verməsi haqqında rəvayət”. (1980)
“Müdrik qoca Xızrın Cüməyə və onun butası İsmi Pün-
hana eşq şərabı içirməsi. Şeyxin Cümənin məlahətli səsini
alması, lakin çalmağa, qoşmağa icazə verməsi haqqında rəva-
yət”. (1973)
Cümə ilə deyişməyə gələn iki aşığı Molla Cümənin on iki
yaşlı qızı Reyhanın bağlayıb geri qaytarması haqqında rəva-
yət.”.
Molla Cümənin “Ay arvad” qoşmasını yazması haqqında
rəvayət”.
Marsanlı Qazıdan inciməsi haqqnda rəvayət”.
66
“Aşıq Ələsgərlə Bərdədə deyişməsi, tanış olması. “Gəli-
rəm” şeirinin yazılması haqqında rəvayət”
7
.
Hörmətli Paşa müəllim!
“Azərbaycan şifahi xalq ədəbiyyatı”
8
dərsliyinizi oxu-
dum.
Zəkanıza, səyinizə, səbirliliyinizə, təmkinliliyinizə hey-
ran qaldım.
Siz gör kitabı yazmaq üçün nə qədər məxəzlərdən isti-
fadə etmişsiniz. Nə qədər folklorşünas alimlərin, tədqiqatçı-
ların, yazıçıların, folklor toplayıcılarının əsərləri ilə tanış olmu-
sunuz? Nə qədər vaxt arxivlərdə araşdırmalar aparmısınız? Nə
qədər kəndlər, nə qədər rayonlar gəzmiş, folklor yayıcıların,
aşıqların məxsi yaradıcılıqları ilə tanış olmusunuz? Nə qədər
klassik ədəbiyyatı, Azərbaycan tarixini, partiya qərarlarını oxu-
muşsunuz və məxəzlərin siyahısını tərtib etmişsiniz?...
Nə qədər yuxusuz gecələr düşünmüsünüz? ...
Siz xoşbəxtsiniz, ona görə ki, sizin dərsliyinizdə yalnız
təkcə “Azərbaycan şifahi xalq ədəbiyyatı” haqqında deyil,
Azərbaycan xalqının tarixi, dünya ədəbiyyatı və folkloru haq-
qında, Rus Sovet ədəbiyyatı və rus klassik ədəbiyyatı haqqında,
ictimai quruluşlar haqqında, Marksist klassiklər haqqında, par-
tiyamızın qərarları, yazıçılar və aşıqlar qurultayı və s. haqqında
dolğun məlumat toplamısınız. Mənə qalsa siz təkcə dərslik
deyil, tariximizin ensiklopediyasını yaratmışsınız.
Dərsliyi səlis, emosional, sadə dillə yazmısınız. Hər bir
bölmə və başlıqları bir-biri ilə üzvü surətdə bağlamısınız. Elə
buna görə də dərsliyin birbaşa nöqtəbənöqtə oxudum.
7
Məlum olsun ki, Ş.İdrisov bu rəvayətlərin heç birisini şərh etməyib,
açıqlamayıb. 1973, (müəllif)
8
Rəy dərsliyin 1981-ci il nəşrinə yazılıb.
67
Dərslik şifahi xalq ədəbiyyatı haqqında mənə mənəvi
zövq bağışladı. Sizin təvazökar və humanist münasibətiniz,
özünüzdən əvvəlki hər bir toplayıcıya müsbət qiymət verməniz
heykəlinizi bir daha qəlbimdə ucaltdı.
Dərslik təkcə ali və orta ixtisas məktəblərində dərs deyən
müəllimlərə, tədqiqatçı aspirantlara deyil, kütləvi məktəblərə,
ədəbiyyat müəllimlərinə, folklor sevənlərə və başqalarına da
gərəklidir.
Belə qiymətli dərs vəsaiti gərək 28 000 nüsxə tirajla de-
yil, 100 000 nüsxələrlə çap ediləydi.
Dərsliyiniz haqqında yazdığım 13 vərəqəlik rəyi “Azər-
baycan müəllimi” qəzeti nəşriyyatına göndərmişəm!
Paşa müəllim, Sizə daha böyük uğurlu yaradıcılıq müvəf-
fəqiyyətləri və can sağlığı arzu edirəm.
Hörmətlə: Şərif İdrisov
Şəki, Qızıl Əsgər küçəsi 17
14/IX 82
“Azərnəşr”in direktoru Nazim Novruzov yoldaşa
Müəllif Paşa Şərif oğlu Əfəndiyevdən
Ərizə
25 ildir ki, görkəmli Azərbaycan aşığı Molla Cümənin
ədəbi irsini toplamaqla məşğulam. Dəfələrlə aşığın yaşadığı,
fəaliyyət göstərdiyi yerlərdə olmuş, el ağsaqqalları ilə görüş-
müş, aşıq haqqında xatirələri və onun şeirlərini şifahi dildən
toplamışam. Bununla belə Molla Cümənin şeirlərindən ibarət
dörd əlyazması əldə etmişəm. Bu əlyazmalarında aşığın 500-ə
qədər şeiri vardır. Topladığım materiallar əsasında 1966-cı ildə
“Azərnəşr” mənim tərtibimdə aşığın ilk şeirlər kitabını burax-
68
mışdır (5 m/v). 1983-cü ildə “Yazıçı” nəşriyyatı yenə mənim
tərtibimdə aşığın “Seçilmiş əsərləri”ni çap etmişdir (8 m/v).
Son kitabda olan şeirlərin əksəriyyəti yenidir. Hazırda aşığın
əlimdə olan bütün əsərlərinin tərtibatı ilə məşğulam. Əlyaz-
malarını topladığım nümunələri nəzərdən keçirir, şeirlərini
müxtəlif variantlarını yoxlayıb orijinalını üzə çıxarır və dəqiq-
ləşdirirəm. Beləliklə, aşığın yeni və daha iri həcmli kitabını
çapa hazırlayıb qurtarmaq üzrəyəm. Burda Molla Cümənin
yeni əldə edilmiş külli miqdarda şeirləri vardır. Bütün bunlara
görə də Molla Cümənin yeni şeirlər kitabını – külliyatını 20
m/v həcmində rəhbərlik etdiyiniz nəşriyyatın planına (1987)
salınması üçün icazənizi xahiş edirəm.
Paşa Əfəndiyev
V.İ.Lenin adına APİ-nin Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının müdiri,
filologiya elmləri doktoru, professor
Yazıçı nəşriyyatının direktoru
F.Məlikov yoldaşa
Müəllif Paşa Şərif oğlu Əfəndiyevdən
Ərizə
30 ildir ki, görkəmli Azərbaycan aşığı Molla Cümənin
şeirlərini toplamaqla məşğulam. Dəfələrlə aşığın vətənində ol-
muş, çoxlu şeirlərini yazıya almış və dörd əlyazması əldə
etmişəm. Aşığın şeirlərindən ibarət ilk kitabım 1966-cı ildə
(“Azərnəşr”, 5/v), ikinci kitabım 1983-cü ildə (“Yazıçı” 8 m/v)
çap olunmuşdur. Bütün bu 30 il ərzində əlyazmalar üzərində
işləmiş, bütün şeirlərini dəqiqləşdirib tərtib edib qurtarmışam.
Dostları ilə paylaş: |