Materiallar Kitab 1 Təbiət elmləri Mühəndislik elmləri


I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 21,21 Mb.
Pdf görüntüsü
səhifə312/315
tarix12.10.2018
ölçüsü21,21 Mb.
#73679
1   ...   307   308   309   310   311   312   313   314   315

I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1150  


05-06 May 2017, Baku, Azerbaijan 

dini, coğrafi məkan və s. göstəricilərindən asılı olaraq dəyişir. Məhz bunlar ailədə uşaqların sosiallaş-

masına təsir edir.        

 

 



 

 

Cəmiyyətin  əsası  olan  ailə  bəşər  yaranandan  mövcuddur.  Min  illər  ərzində,  tarixin  hər  bir 



mərhələsində  ailə  cəmiyyətin  inkişafında  mühüm  rol  oynamışdır.  Bütün  xalqlar  ailəyə  həmişə 

müqəddəs  münasibət  bəsləmiş,  Azərbaycan  xalqı  isə  xüsusilə,  onun  ləyaqətini  hər  zaman  qoruyub 

saxlamışdır.  Ailə  münasibətlərinin  düzgün  qurulması,  ailə  üzvləri  arasındakı  mehriban,  səmimi 

ünsiyyət  övladların  tərbiyəsinə  müsbət  təsir  göstərir.  Milli  adət-ənənələrimizi  özündə  yaşadan 

ailələrimizdə  valideyn-övlad,  böyük-kiçik,  qayınana-gəlin  münasibətlərinin  düzgün  qurulmasına, 

uşaqların  milli  dəyərlərə  bağlılıq  ruhunda  tərbiyə  olunmalarına  xüsusi  diqqət  verilir.  Ailə  insanın 

sosiallaşmaya təsir qaldığı ilk mühitdir. Ölkəmiz inkişaf etdikcə, cəmiyyətimiz Qərbə meyl etdikcə bir 

sıra sahələrdə müəyyən dəyişikliklər baş verir. Belə ki , baş verən dəyişikliklər, yeniliklər ölkəmizdə 

digər  sahələrə  olduğu  kimi  ailə  münasibətlərinə  də  təsirini

 

göstərir.  Qloballaşma  prosesi  bir  sıra 



mənəvi-əxlaqi dəyərlərin sıradan çıxmasına səbəb ola bilər . Gənclərin karyera qurmaq istəyi ailənin 

gec qurulmasına səbəb olur. Şərq ölkələri Avropadan bir sıra dəyərləri mənimsədikləri kimi, Qərb də 

hər  zaman  müsəlman-Şərq  aləminin  ailə  dəyərlərinə  həsədlə  yanaşmışdır  və  öz  ailə  modelini 

yaradarkən  onların  milli-mənəvi,  əxlaqi  dəyərlərinə  müraciət  etmişdir.  Düzdür,  son  zamanlar 

boşanmaların  sayı  xeyli  artıb.  Buna  əsas  maddi  çətinlik,  işsizlik,  gənclərin  dünyagörüşündə,  həyata 

baxışlarında, sosial mühitində, təhsil səviyyəsindəki fərqlilik  səbəb ola bilir.  Ailənin formalaşması və 

inkişafı  cəmiyyətdə  gedən  proseslərlə  bağlıdır.  Ailələr  müasir  Azərbaycan  cəmiyyətinin  yüksək 

inkişaf səviyyəsinin təcəssümüdür. 

 

 

 



Təbii  ki,  tək  ölkəmizdə  deyil,  dünyanın  əksər  cəmiyyətlərində  qəbul  olunan  -  ailə  şəxsiyyəti  və 

eləcə  də,  cəmiyyəti  formalaşdıran  mühüm  sosial  institutdur.  Azərbaycan  cəmiyyəti  üçün  də  ailə 

başlıca  və  hamı  tərəfindən  qəbul  olunan  anlamdır  ,  belə  ki  ailəyə  münasibət  şəxsiyyətin  sosial 

əhəmiyyətinin özünəməxsus qiymətləndirməsinin və özünətəsdiqin vacib amilidir. Müasir dövrdə ailə 

istər  ayrılıqda  götürülmüş  şəxsiyyət,  istərsə  də  bütövlükdə  cəmiyyət  üçün  əhəmiyyəti  artmaqda  olan 

ümumbəşəri  dəyər  mədəni  irsin,  əxlaqi  norma  və  qaydalarının  ötürücüsü  rolunu  oynayır.  Eləcə  də, 

qədim adət və ənənələrə sahib olan, müasir ölkəmizdə xalqımızın ailə ənənələrinin inkişaf etdirilməsi 

və  qorunub  saxlanılmasında    ailədaxili  münasibətlər,  böyüklərə  olan  hörmət  və  ehtiram,  valideyn-

övlad münasibətləri aparıcı rol oynayır. Bu milli-mənəvi dəyərlər uzaq keçmişdən  indiki müasir həyat 

tərzimizədək  qorunub  saxlanılmaqdadır.  Böyük  şəxsiyyətlər  cəmiyyətdə  fərdi  xüsusiyyətləri  ilə 

tanınsalar  da  məhz  uşaq  vaxtı  aldıqları  ailə  tərbiyəsi  əsasında  formalaşaraq  cəmiyyətə  adaptasiya 

olublar.  Bu  şəxsiyyətlərin  bütün  əxlaqi  keyfiyyətlərə  yiyələnməsi,  ölkəsinə,  ailəsinə,  torpağına,  el-

obasına  və  xalqının  milli  mentalitetinə  bağlı  olması,  qadın-kişi  münasibətlərində  etik  normaların 

gözlənilməsi məhz ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında qurulur. Xüsusilə maddi 

baxımdan  zəngin  bir  ailə  ilə  yalnız  gündəlik  ehtiyaclarını  ödəyə  biləcək  ailədə  yaşayan  uşaqların 

cəmiyyətə  adaptasiyası  və  sosiallaşma  prosesi  eyni  şəkildə  baş  vermir.  Fərqli  ictimai  sinif  və  təhsil 

səviyyəsindəki ailələrdə dünyaya gələn uşaqların zehni inkişaf səviyyələri də bir-birindən fərqli olur. 

Aşağı təbəqəyə mənsub olan  ailədə çox zaman uşaqların sualları cavabsız qalır, lakin orta təbəqəyə 

mənsub olan  ailədə uşağın istəkləri, arzuları və maraqları nəzərə alınır və uşağa hər mövzuda lazım 

olan izah edilir. 

Amerikalı antropoloq Marqaret Mid insan tarixində nəsillərarası əlaqələri cəmiyyətin inkişafı və 

ailə  təşkilatı  növünə  görə  üç  növ  mədəniyyət  ayırır:  postfiqurativ-  bu  tipdə  uşaqlar  əsas  olaraq 

valideynlərdən  öyrənirlər,  ikincisi,  konfiqurativ-bu  tipdə  həm  uşaqlar,  həm  də  böyüklər  hər  şeydən 

əvvəl,  öz  həmyaşıdlarından  öyrənirlər.  Üçüncüsü,  prefiqurativ-  bu  tipdə  böyüklər  həmçinin  öz 

uşaqlarından  öyrənirlər.  Digər  Amerikalı  sosioloq  Parsonsun  fikrincə,  ailə  cəmiyyətə  qarşı  durmur, 

əksinə,  sosiumun  stabilliyini  təmin  edən  altsistemdir:  “Ailə  digər  sosial  altsistemlər  və  strukturlarla 

münasibətlər  qurmaq  üçün  dəqiq,  eyni  zamanda,  şəxslərarası  sabitliyin  dinamikasının  və  inteqrativ 

tendensiyaların qorunması istiqamətində təsirli əlaqələr yaradır”.  

F. Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”  əsərində Morqandan belə bir sitat 

gətirir:  “Ailə  -  aktiv  başlanğıcdır,  o  heç  vaxt  bir  yerdə  dayanmır,  cəmiyyət  aşağı  pillədən  yüksək 

pilləyə adladıqca, ailə də aşağı formadan yüksək formaya keçir...”görəsən, gələcəkdə bu forma çoxmu 

ömür sürəcək? Buna yalnız bir cavab ola bilər; əvvəllər olduğu kimi, cəmiyyət öz formalarını yenə də 

dəyişəcək,  buna  uyğun  olaraq  ailə  də  dəyişəcəkdir.  İctimai  quruluşun  məhsulu  olaraq,  ailə  bu 

quruluşun mədəni inkişaf səviyyəsini əks etdirməlidir ”.

  

Belə ki, cəmiyyətdə baş verən tarixi, iqtisadi, siyasi, hüquqi proseslər bilavasitə ailədə baş verən 



proseslərə  təsir  göstərir.  Ailə  sosiallaşma  institutu  kimi  şəxsiyyətin  formalaşması  və  inkişafına 

konstruktiv müsbət axardır.  




Yüklə 21,21 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə