Materiallar Kitab 1 Təbiət elmləri Mühəndislik elmləri


I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 21,21 Mb.
Pdf görüntüsü
səhifə315/315
tarix12.10.2018
ölçüsü21,21 Mb.
#73679
1   ...   307   308   309   310   311   312   313   314   315

I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1155  


05-06 May 2017, Baku, Azerbaijan 

perceived  both  as  a  buffer  for  the  impact  of  society’s  problems  on  individuals  and  as  a  resource 

provider  (Mihaela,  2004,  p.  10,  13)  .  Czech  sociologist  Ph  Dr.  Maříková  argues  that  the  family 

provided the individual with economic support as well as the possibility of self – realization (Mihaela, 

2004,  p.  31).  Moreover,  Lithuanian  sociologist  Prof.  Dr.  Juozeliūnienė  comes  to  the  result  that  the 

structural  and  economic  changes,  the liberalization  of  society  determined  changes in  values  such as 

increased individualization, freedom and independence, reduced acceptance of normative constraints 

and  institutional  regulations  of  the  state  and  the  church  which  was  accepted  the  family  formation 

through marriage remained universal during soviet period, therefore, cohabitation and births outside 

marriage  were  stigmatized.  New  demands  such  as  faithfulness,  mutual  understanding,  and  respect 

regulated  the  quality  of interpersonal  relations  is  a  new  and  accepted  definition of family  (Mihaela, 

2004, p. 214). The family seems to individualize and socialize its children, to make feel at the same 

time  unique  and  yet  joined  to  all  humanity,  accepted  is  and  yet  challenged  to  grow,  loved 

unconditionally and yet propelled by greater expectations (Stephens, 2012, p. 1). 

 

Functionalists  come  to  define  the  family  on  the  basis  of  the  functions  that    the  family 



performs. An American anthropologist G.P. Murdock argued that “the nuclear family which exists as  a 

unique and strongly functional group in every known society is a universal social grouping.   

 

According to G. P. Murdock the family in general and the nuclear family are also functional 

for society in that they fulfil the following essential functions: 

The Sexual Function 

The regulation of sexual activity. Husbands and wives have sexual  

access to each other and in all societies, there are norms concerning  

sexual activity outside marriage. Therefore, Murdock has argued that  

the family caters to the sexual needs of its adult members and also limits  

sexual access of other members of the society thereby maintaining stability. 



The  Reproductive  

Function 

Bearing and raising children. The family provides the society with  

new members and assumes responsibility for raising them. 

The Educational /  

Socialization function 

Transmitting a society's way of life, norms, and values to the younger members.  

This function is an important one as, without culture, the society could not  

survive, and too much deviation from the norm would disrupt the stability of the society. 



The Economic  

Function 

It deals with a division of labor along gender lines. He considers this division of  

labor as rewarding for the spouses and as strengthening the bond between them, 

as they are perceived as doing distinct but complementary work (Davis, 2013).  

B. Malinowski, Polish anthropologist, declared family universal and his definition  

(Sarkisian, 2009, p. 4) was (1) a bounded set of people (a mother, a father and  

children) who recognize each other and are distinguishable from other groups; (2) a  

definite physical space, a hearth and home; (3) a particular set of emotions, family love. 

Drawing  attention  to  the  psychological  approach,  it  is  obviously  visible  that  even  within 

psychology, there are various branches, and all of them have multiple approach to define the notion of 

family. Great attention is payed to an American humanistic psychologist A. H. Maslow‘s the five stage 

model  of  hierarchy  of  needs  that  include  safety  needs  within  Social  Needs  -  love  and  belonging  – 

family,  friendship,  sexual  intimacy.  He  formulated  a  more  positive  account  of  human  motivation  is 

based on people seeking fulfillment. The growth of self-actualization refers to the need for personal 

growth and discovery that is present throughout a person’s life (Maslow, 1943). Due to Professor D. 

Kenrick  who  focuses  on  the  evolutionary  psychology  and  dynamical  systems  perspectives,  each 

person  is  unique  the  motivation  for  self-actualization  leads  people  in  different  directions.  For  some 

people self-actualization can be achieved through creating works of art or literature, for others through 

sport,  and  for  most  creating  good  family  model  (Kenrick,  D.  T.,  Neuberg,  S.  L.,  Griskevicius,  V., 

Becker, D. V., & Schaller, M., 2010, p. 2). 

In the conclusion, Family connotes various things according to the time and place of the 

culture  and  people  involved  wherefore  some  people  are  explicit  suppositions  are  for  others 

impossible. There are simply multiple scientific approach to family by various field of science 

due to their investigation data and for this point of view, it is unthinkable to express that nobody is 

correct. The most close approach to Azerbaijani family concept is the Turkish sosiolog M. E. 



I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1156  


05-06 May 2017, Baku, Azerbaijan 

Erkal‘s, which is emphasised that the most conceded conformation is ’‘the family is the insti 

tuation that fulfilled the following functions, such as producing new individuals in order to in-

crease the rate of nation, keeping national culture and national " I ", socializing children and 

satisfying spouses economically, biologically and psychologically (Unal, 2013, p. 2). 

The fate 

of nation is up to the greatest institution known to man-family, concentrating on the fundamen 

tals of basic social unit, the foundation of culture, state is unthinkable without family

 

 

 



 

 

AİLƏ ŞƏXSİYYƏTİN SOSİALLAŞMASININ İLK ÖZƏYİ KİMİ 

 

Səlimova Ülviyyə Tacir qızı, 

Bakı Dövlət Universitetinin doktorantı 

salimova.ulviyye@mail.ru

 

 



Sosiallaşma fərdin xarici mühitə uyğunlaşması kimi başa düşülür. Sosiallaşma tarixi təcrübənin 

mənimsənilməsi və hakim sosial mühitə uyğunlaşmanı ifadə edir. Şəxsiyyətin sosiallaşmasında sosial 

mühitin  həlledici  rolu  əsasdır.  Şəxsiyyətin  formalaşdığı  mühit  mövcud  dəyərlər  sistemi  -  sosial  və 

hüquqi  normalar,  ailə  münasibətləri,  təhsil  sistemi,  informasiya-kommunikasiya  məkanı,  mövcud 

dövlət quruluşu, iqtisadi münasibətlər kimi elementlərin sintezindən ibarətdir. 

Sosiallaşma prosesində əsas və təsirli amil ailədir. Sosioloji lüğətdə ailə altında birlikdə yaşayan, 

ümumi təsərrüfatı olan insanların birliyi başa düşülür. Ailə şəxsiyyətin inkişaf prosesini istiqamətlən-

dirən ilk sosial qrupdur. Məhz ailə uşağa yaşamağa “dünyanın obrazı”nı verir. Bir çox hallarda insanın 

gələcəyi ailədə müəyyən edilir, çünki valideynlərin şəxsi xüsusiyyətləri, davranışı, ailə tərkibi, bacarıq 

və qabiliyyətləri uşağa birbaşa təsir göstərir. Uşaq artıq formalaşmış dəyərlərə, davranış nümunələrinə 

qarşı  çıxır.  Ailə  şəraiti,  valideynlərin  təhsil  səviyyəsi,  məşğuliyyət  növü,  sosial  vəziyyəti  və  maddi 

səviyyəsi də daxil olmaqla, xeyli dərəcədə uşağın həyat yolunu müəyyənləşdirir. Valideynlər tərəfin-

dən verilən tərbiyədən başqa, şüurlu, məqsədyönlü tərbiyə üçün uşağa ailədaxili ab-hava təsir edir. Buna 

görə çox vacibdir ki, uşaq özünü gərəkli və xoşbəxt hiss etmək üçün gözəl, mehriban ailədə böyüsün. 

Yeniyetməlik dövründə uşaqlar və valideynlər arasında münaqişə yaş məsafəsi ilə bağlı yarana bilər. 

Fərdin ailəni seçmə şansı yoxdur və ailədəki davranışlar, valideynlərin münasibətləri uşağın cəmiyyətə 

olan inteqrasiyasına kömək edir. Bir çox hallarda gənclər müxtəlif sosial institutların təsirinə düşərək 

böyüdükləri ailə ilə quracaqları ailənin eyni davranış modelinə malik olmağını istəmirlər. Sosiallaşma 

prosesi ailədən ailəyə də fərqli olur. Bu fərq ailənin irqi, etnik, dini, coğrafi məkan və s. göstəricilərin-

dən asılı olaraq dəyişir. Məhz bunlar ailədə uşaqların sosiallaşmasına təsir edir. 

Cəmiyyətin əsası olan ailə bəşər yaranandan mövcuddur. Min illər ərzində, tarixin hər bir mərhə-

ləsində  ailə  cəmiyyətin  inkişafında  mühüm  rol  oynamışdır.  Bütün  xalqlar  ailəyə  həmişə  müqəddəs 

münasibət  bəsləmiş,  Azərbaycan  xalqı  isə  xüsusilə,  onun  ləyaqətini  hər  zaman  qoruyub  saxlamışdır. 

Ailə münasibətlərinin düzgün qurulması, ailə üzvləri arasındakı mehriban, səmimi ünsiyyət övladların 

tərbiyəsinə  müsbət  təsir  göstərir.  Milli  adət-ənənələrimizi  özündə  yaşadan  ailələrimizdə  valideyn-

övlad,  böyük-kiçik,  qayınana-gəlin  münasibətlərinin  düzgün  qurulmasına,  uşaqların  milli  dəyərlərə 

bağlılıq ruhunda tərbiyə olunmalarına xüsusi diqqət verilir. Ailə insanın sosiallaşmaya təsir qaldığı ilk 

mühitdir. Ölkəmiz inkişaf etdikcə, cəmiyyətimiz Qərbə meyl etdikcə bir sıra sahələrdə müəyyən dəyi-

şikliklər baş verir. Belə ki , baş verən dəyişikliklər, yeniliklər ölkəmizdə digər sahələrə olduğu kimi 

ailə münasibətlərinə də təsirini

 

göstərir. Qloballaşma prosesi bir sıra mənəvi-əxlaqi dəyərlərin sıradan 



çıxmasına səbəb ola bilər . Gənclərin karyera qurmaq istəyi ailənin gec qurulmasına səbəb olur. Şərq 

ölkələri  Avropadan  bir  sıra  dəyərləri  mənimsədikləri  kimi,  Qərb  də  hər  zaman  müsəlman-Şərq 

aləminin  ailə  dəyərlərinə  həsədlə  yanaşmışdır  və  öz  ailə  modelini  yaradarkən  onların  milli-mənəvi, 

əxlaqi dəyərlərinə müraciət etmişdir. Düzdür, son zamanlar boşanmaların sayı xeyli artıb. Buna  əsas 

maddi  çətinlik,  işsizlik,  gənclərin  dünyagörüşündə,  həyata  baxışlarında,  sosial  mühitində,  təhsil 

səviyyəsindəki fərqlilik səbəb ola bilir. Ailənin formalaşması və inkişafı cəmiyyətdə gedən proseslərlə 

bağlıdır. Ailələr müasir Azərbaycan cəmiyyətinin yüksək inkişaf səviyyəsinin təcəssümüdür. 



I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1157  


05-06 May 2017, Baku, Azerbaijan 

 Təbii ki, tək ölkəmizdə deyil, dünyanın əksər cəmiyyətlərində qəbul olunan  - ailə şəxsiyyəti və 

eləcə  də,  cəmiyyəti  formalaşdıran  mühüm  sosial  institutdur.  Azərbaycan  cəmiyyəti  üçün  də  ailə 

başlıca  və  hamı  tərəfindən  qəbul  olunan  anlamdır  ,  belə  ki  ailəyə  münasibət  şəxsiyyətin  sosial 

əhəmiyyətinin özünəməxsus qiymətləndirməsinin və özünətəsdiqin vacib amilidir. Müasir dövrdə ailə 

istər  ayrılıqda  götürülmüş  şəxsiyyət,  istərsə  də  bütövlükdə  cəmiyyət  üçün  əhəmiyyəti  artmaqda  olan 

ümumbəşəri  dəyər  mədəni  irsin,  əxlaqi  norma  və  qaydalarının  ötürücüsü  rolunu  oynayır.  Eləcə  də, 

qədim adət və ənənələrə sahib olan, müasir ölkəmizdə xalqımızın ailə ənənələrinin inkişaf etdirilməsi 

və qorunub saxlanılmasında ailədaxili münasibətlər, böyüklərə olan hörmət və ehtiram, valideyn-övlad 

münasibətləri  aparıcı  rol  oynayır.  Bu  milli-mənəvi  dəyərlər  uzaq  keçmişdən  indiki  müasir  həyat 

tərzimizədək  qorunub  saxlanılmaqdadır.  Böyük  şəxsiyyətlər  cəmiyyətdə  fərdi  xüsusiyyətləri  ilə 

tanınsalar  da  məhz  uşaq  vaxtı  aldıqları  ailə  tərbiyəsi  əsasında  formalaşaraq  cəmiyyətə  adaptasiya 

olublar.  Bu  şəxsiyyətlərin  bütün  əxlaqi  keyfiyyətlərə  yiyələnməsi,  ölkəsinə,  ailəsinə,  torpağına,  el-

obasına  və  xalqının  milli  mentalitetinə  bağlı  olması,  qadın-kişi  münasibətlərində  etik  normaların 

gözlənilməsi məhz ailədən qaynaqlanır, milli-mənəvi dəyərlərimizin əsasında qurulur. Xüsusilə maddi 

baxımdan  zəngin  bir  ailə  ilə  yalnız  gündəlik  ehtiyaclarını  ödəyə  biləcək  ailədə  yaşayan  uşaqların 

cəmiyyətə  adaptasiyası  və  sosiallaşma  prosesi  eyni  şəkildə  baş  vermir.  Fərqli  ictimai  sinif  və  təhsil 

səviyyəsindəki ailələrdə dünyaya gələn uşaqların zehni inkişaf səviyyələri də bir-birindən fərqli olur. 

Aşağı  təbəqəyə  mənsub  olan  ailədə  çox  zaman  uşaqların sualları  cavabsız  qalır,  lakin  orta  təbəqəyə 

mənsub  olan  ailədə  uşağın  istəkləri,  arzuları  və  maraqları  nəzərə  alınır  və  uşağa  hər  mövzuda  lazım 

olan izah edilir. 

 Amerikalı antropoloq Marqaret Mid insan tarixində nəsillərarası əlaqələri cəmiyyətin inkişafı və 

ailə  təşkilatı  növünə  görə  üç  növ  mədəniyyət  ayırır:  postfiqurativ-  bu  tipdə  uşaqlar  əsas  olaraq 

valideynlərdən  öyrənirlər,  ikincisi,  konfiqurativ-bu  tipdə  həm  uşaqlar,  həm  də  böyüklər  hər  şeydən 

əvvəl,  öz  həmyaşıdlarından  öyrənirlər.  Üçüncüsü,  prefiqurativ-  bu  tipdə  böyüklər  həmçinin  öz 

uşaqlarından  öyrənirlər.  Digər  Amerikalı  sosioloq  Parsonsun  fikrincə,  ailə  cəmiyyətə  qarşı  durmur, 

əksinə,  sosiumun  stabilliyini  təmin  edən  altsistemdir:  “Ailə  digər  sosial  altsistemlər  və  strukturlarla 

münasibətlər  qurmaq  üçün  dəqiq,  eyni  zamanda,  şəxslərarası  sabitliyin  dinamikasının  və  inteqrativ 

tendensiyaların qorunması istiqamətində təsirli əlaqələr yaradır”.  

F. Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”  əsərində Morqandan belə bir sitat 

gətirir:  “Ailə  -  aktiv  başlanğıcdır,  o  heç  vaxt  bir  yerdə  dayanmır,  cəmiyyət  aşağı  pillədən  yüksək 

pilləyə adladıqca, ailə də aşağı formadan yüksək formaya keçir...”görəsən, gələcəkdə bu forma çoxmu 

ömür sürəcək? Buna yalnız bir cavab ola bilər; əvvəllər olduğu kimi, cəmiyyət öz formalarını yenə də 

dəyişəcək,  buna  uyğun  olaraq  ailə  də  dəyişəcəkdir.  İctimai  quruluşun  məhsulu  olaraq,  ailə  bu 

quruluşun mədəni inkişaf səviyyəsini əks etdirməlidir ”.

   


Belə ki, cəmiyyətdə baş verən tarixi, iqtisadi, siyasi, hüquqi proseslər bilavasitə ailədə baş verən 

proseslərə  təsir  göstərir.  Ailə  sosiallaşma  institutu  kimi  şəxsiyyətin  formalaşması  və  inkişafına 

konstruktiv müsbət axardır. 

 

 



 

İŞ KEYFİYYƏTİNİN ARTIRILMASINDA İŞÇİ VƏ MÜƏSSİSƏ                                            

ARASINDA OLAN BAĞLILIĞIN ROLU 

 

Yaqut 



HƏSƏNOVA

 

Bakı Mühəndislik Universiteti 



Yagut.hasanova@gmail.com 

 

Cəmiyyətimizdə  gündən  günə  artan  rəqabət  şəraitində,  bilikli  və  savadlı  şəxsləri  təşkilatda 

saxlamağın tək yolu heç şübhəsiz ki, maddi maraqlarla çərçivəli deyil. Bəzi hallarda savadlı kadrların 

yüksək maaşlı işindən ayrılaraq başqa bir şirkətdə  daha az gəlirli bir işi qəbul etdiyi müşahidə olunur. 

Bunun ən mühüm səbəblərindən biri, təşkilatın və onun idarə heyətinin işçiləri təşkilata bağlaya bilmə 

qabiliyyət  və  bacarıqların  yetəri  qədər  olmamasından  qaynaqlanır.  Təşkilata  bağlılıq  mövzusu 

dəfələrlə araşdırma mövzusu olmuş, işçilərin təşkilata bağlılığı daha yüksək olan müəssisələrdə həmin 

işçilərin  müəssisəyə  daha  çox  fayda  verəcəyi  qənaətinə  gəlinmişdir.  Mathieu  və  Zajac  (1990) 




I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1158  


05-06 May 2017, Baku, Azerbaijan 

apardıqları  araştırmada    təşkilata  bağlı  olan  şəxslərdə    işə  davamsızlıq,    gecikmə  və  işdən  çıxma 

hallarının  az  olduğunu    müşahidə  etmişlər.  Qeyd  olunan  faktorların  kəmiyyət  baxımından  azalması 

müəssisənin gördüyü işin keyfiyyətinin artmasına  ciddi şəkildə təsir göstərir. 

 

Təkilata  bağlılıq  anlayışı  –  İşgörənlərin  işlə  bağlı  mövqelərindən  biri  olan  təşkilata  bağlılıq, 



Mowday  və  yoldaşları  tərəfindən    "İşçilərin  təşkilatın  məqsəd  və  dəyərlərinə  yüksək  səviyyədə 

inanması və qəbul etməsi, təşkilat məqsədləri üçün səy və əmək sərf etmək istəyi, təşkilatda qalmaq, 

təşkilat  üzvlüyünü  davam  etdirmək  üçün  duyduqları  güclü  bir  arzu"  şəklində  xarakterizə  olunur 

(Mowday Və b, 1979, 311). Grusky (1966) təşkilata bağlılığı, "Fərd və təşkilat arasında olan əlaqənin 

gücü" olaraq xarakterizə etmişdir (Wahn, 1998:256). Başqa bir tərifdə isə, təşkilata bağlılıq, "fərd və 

təşkilat  arasında  olan  harmoniyanın  bir  funksiyası"  şəklində  ifadə  edilir  (Bateman  and 

Strasser,1984:95). 

 

Təşkilata bağlılığa təsir edən amillər. 

 

Məsələ  ilə  bağlı  aparılan  ilk  tədqiqatlarda  bağlılıq  anlayışı,  təşkilatın  məqsəd  və  dəyərlərini 



mənimsəmək, təşkilatın bir hissəsi olmaq üçün səy göstərmək və insanın özünü ailənin güclü bir üzvü 

kimi hiss etməsi şəklində xarakterizə olunmuşdur (Steers, 1977:46). Təşkilata bağlılığı, psixoloji bağlılıq 

olaraq açıqlayan ORELLY III və Chatman (1986:493) bağlılığın bir mükafat almaq istəyinə əsaslanan 

ahəng,  digər  işgörənlərlə  yaxın  münasibətlər  qurmaq  istəyinə  əsaslanan  eyniləşmə,  fərd  və  təşkilat 

dəyərlərinin uyğunluğu üzərində qurulmuş mənimsənmə şəklində üç fərqli ölçüsü olduğu bildirir. 

 

 Elmi ədəbiyyatda təşkilata bağlılığın üç elementinin olduğu vurğulanır: 



1- İşləyənin müəssisənin bir üzvü olmaq üçün güclü istək duyması, 

2- İşləyənin müəssisənin xeyri üçün yüksək səviyyədə səy, əmək sərf etmək istəməsi, 

3- İşləyənin müəssisənin dəyərlərini və hədəflərini  mənimsəyib qəbul etməsi. 

Araşdırmalar  zamanı  təşkilata  bağlılığın  3  növü  müəyyən  olunmuşdur-  Hissi  bağlılıq,  məcburi 

bağlılıq,  minnət  bağlılığı.    Bu  üçlü  münasibətdə,  fərdlərin  təşkilatda  işləməyə  davam  etmək 

istəklərinin,  əsas  faktor  olduğu  görülür.  Fərdləri  təşkilata  bağlayacaq  faktorlarda  əlbəttə,  fərdlərin 

şəxsi xüsusiyyətləri və içində olduqları vəziyyət də təsirli olmaqdadır.  

 

Hissi  bağlılıq-  müəssisədə  işləyən  fərdlərin  emosional  olaraq  öz  istəkləri    ilə  müəssisədə 

qalmaq arzusu kimi xarakterizə olunur (Meyer və Allen, 1997:11).  İşçilərin təşkilata hissi bağlılığını 

və  onunla  inteqrasiyasını ifadə  edən  bu  cür  sədaqətdə,  təşkilatda  qalma  səbəbi,  təşkilatın  məqsədləri 

ilə  birlikdə  olmasıdır.  Təşkilata  bağlılığa  dair  bu  ölçü,  işçilərin  təşkilatda  qalmaq  istəyi  və  duyğusal 

olaraq təşkilata bağlı olmalarını  ifadə edir. Bu bağlılıqda işləyənlər, özlərini təşkilatın bir hissəsi kimi 

görür, təşkilat onlar üçün böyük bir məna və əhəmiyyətə malik olur. Yəni işçilərin təşkilata qarşı güclü 

emosional bağlılıq hiss etmələri, təşkilatla bağlı bütün münasibətlərində, ehtiyac duyduqlarından deyil, 

istədikləri üçün təşkilatda qalmağa davam etmələrindən irəli gəlir (Balay, 2000:21). 



 

Məcburi bağlılıq- işçilərin təşkilatdan ayrılmanın gətirəcəyi mənfi cəhətləri nəzərə alması və 

bir zərurət olaraq işlənməyə davam etməsi şəklində xarakterizə olunur. Təşkilata bağlılığın bu ölçüsü, 

işçilərin  təşkilatlarına  çəkdikləri  zəhmət  nəticəsində  inkişaf  edən  bir  bağlılıq  kimi  qiymətləndirilir. 

Buna  görə  bağlılıq,  işçilərin  təşkilatda  çalışdığı  müddət  ərzində    sərf  etdiyi  əmək,  vaxt  və  səy  ilə 

tutduğu  status,  pul  kimi  nailiyyətlərini  təşkilatdan  ayrılması  ilə  birlikdə,  itirəcəyindən  qaynaqlanan 

bağlılıqdır.  (Obeng  və  Ugboro,  2003.84).  Məcburi  bağlılıqda  əsas  olan  təşkilatda  qalma  ehtiyacıdır. 

Rasional  bağlılıq  olaraq  da  adlandırılan  bu  cür  sədaqətdə  söhbət  təşkilatdan  ayrılmağın  ciddi  maddi 

problemlərə  gətirəcəyi  düşüncəsiylə,  təşkilat  üzvlüyünün  davam  etdirilməsindən  gedir.  (Balay, 

2000:21). 

 

Minnət  bağlılığı  -  İşçilərin  əxlaqdan  qaynaqlanaraq  bir  vəzifə  borcu  olduğuna    inandıqları 

üçün özlərini təşkilata bağlı hiss etmələri şəklində ifadə olunan bu bağlılıqda doğruluq və əxlaq kimi 

inanmalar  təsirli  olur.  Təşkilata  bağlılığın  bu  növü,  işçilərin  çalışdığı  təşkilata  qarşı  məsuliyyəti  və 

öhdəliyi  olduğuna  inanması  və  buna  görə  özlərini  təşkilatda  qalmağa  məcbur  hiss  etmələrinə   

əsaslanan  çərçivə üzərində inşa edilmişdir. Bu bağlılıqda işləyənlər sədaqətin vacib olduğuna inanır 

və bu məsələdə əxlaqi bir zərurət hiss edir. 

 

Yuxarıda  təşkilati  bağlılığa  dair  açıqlanan  üç  yanaşmada  da  fərdlərin  təşkilat  içində  davam 



etmə  istəklərinin  əsas  faktor  olduğu  gözə  çarpır.  Lakin,  birincisində  təşkilatda  qalma  tələbatı  istəyə, 

ikincisində tələbə, üçüncüsündə isə öhdəliyə əsaslanır. 



 

 

Document Outline

  • A4_Sozler_Curve.pdf
    • Page 1
  • Приветственное
    • Page 1
  • Untitled-1.pdf
    • Page 1
  • Untitled-1.pdf
    • Page 1
  • Untitled-1.pdf
    • Page 1
  • Untitled-2.pdf
    • Page 1

Yüklə 21,21 Mb.

Dostları ilə paylaş:
1   ...   307   308   309   310   311   312   313   314   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə