Materiallar Kitab 1 Təbiət elmləri Mühəndislik elmləri


I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 21,21 Mb.
Pdf görüntüsü
səhifə308/315
tarix12.10.2018
ölçüsü21,21 Mb.
#73679
1   ...   304   305   306   307   308   309   310   311   ...   315

I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1142  


05-06 May 2017, Baku, Azerbaijan 

 

RUSIYANIN QARA DƏNİZ REGİONU İLƏ BAĞLI                            



HƏDƏFLƏRİ VƏ STRATEGİYASI 

 

Könül ƏLİYEVA 

Beynəlxalq Münasibətlər və Diplomatiya fakültəsi 

Bakı Mühəndislik Universiteti 

akonul91@gmail.com 

 

Qara dəniz regionu dünyada ən əhəhmiyyətli regionlardan biri sayılır. Region şərq-qərb və cənub-



şimalı birləşdirən əhəmiyyətli korridorlarının üzərində yerləşir. Sahilboyu dövlətlər üçün Qara dənizə 

giriş və çıxış çox əhəmiyyətlidir. Qara dənizi idarə Avropaya, xüsusilə,Balkanlara və Mərkəzi Avropa-

ya, eləcə də, Şərqi Aralıq dənizinə, Cənubi Qafqaza və Yaxın Şərqə nəzarət etməyə imkan verir. 

Sahilboyu  və  qonşu  dövlətlər  Qara  dənizdə  öz  hərbi  qüvvələrini  artırmağa  çalışırlar.  Həm  AB, 

həm  də,  NATO  regionda  aktiv  siyasət  yürüdür,  Qara  dənizdə  çoxtərəfli  dəniz  qüvvələrini 

genişləndirmək  üçün  müxtəlif  əməkdaşlıq  müqavilələri  imzalanmışdır.  Qara  Dəniz  İqtisadi 

Əməkdaşlıq  Təşkilatı,  Dialoq  və  Əməkdaşlıq  üçün  Qara  Dəniz  Forumu  və  AB-nin  Qara  Dəniz 

Təşəbbüsü kimi regional mexanizmlər sahil dövlətləri arasında əməkdaşlıq üçün qurulmuşdur. 2011-ci 

ildə Avropa Parlamenti Qara dənizlə bağlı qətnamə qəbul etmişdir. Qətnamədə regionun 2005-ci ildən 

bəri  yeni  mərhələyə  (modus  operandi)  daxil  olduğu  qeyd  edilirdi.  Avropa  Parlamenti  Qara  Dəniz 

regionunu AB-nin enerji təhlükəsizliyi üçün geo-strateji əhəmiyyətliliyini qəbul edirdi.AB-nin regiona 

təsirini  artırmaq  üçün  yeni  strategiya  qurulması,  AB Qara  Dəniz  Strategiyası  AB-nin  geniş  xarici  və 

təhlükəsizlik siyasətinin əsas hissəsini təşkil etməsi kimi məsələlər qətnamədə qeyd edilmişdir.  

Qara  dəniz  regionu  Rusiya  siyasətinin  əsasını  təşkil  edir  və  burada  NATO-nun  son  onilliklər 

ərzində  qazandığı  təsiri  zəiflətmək  əsas  məqsədidir.  Soyuq  müharibədən  sonra  ilk  dəfədir  ki, 

Moskvanın öz təsirini Qara Dənizin şimal sahili boyunca genişlətməyə çalışması bunu göstərir. Bu da 

Rusiyanın Ruminiya və Bolqarıstan kimi NATO üzvlərinə, eləcə də, Ruminiyanın iqtisadi zonasının 

dəniz enerji sahələrinə təzyiqlər etməsi ilə nəticələnə bilər. Bundan əlavə, Qafqaz və Xəzər dənizində 

eneri  resurslarını  idarə  etmək  üçün  Qara  dəniz  regionu  çox  əhəmiyyətlidir.  regionun  eneri 

resurslarından kənarda qalacaq. 

Prezident Vladimr Putin Qara dəniz regioununda soyuq müharibədən sonra yaranan vəziyyəti öz 

xeyrinə  dəyişmək  iqtidarındadır.  Bu  strateji  kontekstdə,  Rusiyanın  Qara  dənizdə  üstünlüyünü  bərpa 

eləmək  cəhdi  Avropanın  şərqində  və  Avrasiyada  kritik  halın  yaranmasına  səbəb  olur.Rusiya  Qara 

dənizdə  təsirini  bərpa  etmək  üçün  ərazi  işğalından  üstün  metod  olan  revizionizmdən  istifadə  edir. 

Portlara və dəniz xətlərinə nəzarət əsas siyasət kimi götürülmüşdür. 

Rusiyanın  Qara  dənizdə  əsas  məqsədi  burada  öz  strateji  və  dəniz  təsirini  maksimum  dərəcədə 

artırmaq,  Ukrayna  və  Gürcüstanı  təcrid  eləmək,  regionda  təhlükəsizlik  məsələlərində  NATO-nun 

iştirakını zəiflətmək, ABŞ-ın dəniz hərbi donanması və digər xarici-region NATO üzvlərinin regiona 

girişini  türk  boğazları  vasitəsilə  məhdudlaşdırmaqdır.  Moskvanın  xarici  siyasətində  əsas  hədəf 

Rusiyanı çoxqütblü dünyada əsas güc qütbü kimi mövqeyini bərpa etməkdir.  

Qara  dənizə  nəzarət  Rusiyanın  ən  mühüm  strateji  məqsədlərindən  biridir.  2003-cü  ildə  V.Putin 

Azov-Qara dəniz regionunu Rusiyanın strateji marağı olduğunu qeyd etmişdi. O bildirmişdi ki, Qara 

Dəniz  Rusiyanın  ən  mühüm  nəqliyyat  marşrutlarına  birbaşa  çıxışını  təmin  edir,  bununla  da,  region 

üçün effektiv təhlükəsizlik sistemi zəruridir. 

 Rusiyanın beynəlxalq gücünü bərpa etmək və NATO-nun mövcudluğunu həm təməl maneə, həm 

də Rusiyanın qonşularına əsas maneə kimi məhdudlaşdırmaq Moskvanın revizionist siyasətinin əsasını 

təşkil  edir.  Bundan  başqa, NATO-nun  raket  müdafiə sistemlərinin (EPAA)  Ruminiya  daxil  olmaqla, 

bir  neçə  Mərkəzi  Avropa  ölkələrində  qurulması,  Moskvanı  öz  raket  sistemlərini  inkişaf  etdirməyə 

vadar  etmişdi.Enerji  və  təhlükəsizlik  Rusiyanın  Qara  dəniz  regionu  ilə  bağlı  əsas  narahatlıqlarından 

biridir.  Bunlar  Rusiaynın  Qara  dəniz  dövlətləri  bağlı  siyasətində  əks  olunmuşdur.  Moskva  Kiyevlə 

Rusiyanın  Qara  dəniz  donanmasının  strateji  liman  şəhəri  olan  Sevastapolda  qalmasına  izn  verən 

müqavilənin uzadılması haqqında qərar imzalanmışdı. (2010 aprel) Əvəzində Rusiya Ukraynanın 30% 

qaz təminatını təmin etməli idi. 



I INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

1143  


05-06 May 2017, Baku, Azerbaijan 

2015-ci  ilin  dekabrında  Rusiyanın  Ukraynaya  məxsus  qazma  qurğularını  aparması  Rusiyanın 

strategiyası  ilə  maraqlı  fikirlər  yaradır.  Ukraynanın  Chornomornaftogaz  firmasına  məxsus  Petro 

Hodovanets  və  Ukrayna  qazma  qurğuları  Krımın  Rusiyaya  ilhaq  edilməsi  ilə  tutulmuşdu.  Rusiya  bu 

muasir qazma qurğularını Ukryna qazma platforması olan Tavrida ilə əvəz etdi, hansı ki, Krımda ələ 

keçirilmişdir.  Onların  aradan  qaldırılması  zamanı  qaz  qurğuları  Rusiyanın  Qara  dıniz  donanması 

gəmiləri və Federal Təhlükəsizlik xidmətinin sərhədçiləri ilə müşaiət olunurdu. 

Rusiyanın  Cənubi  Osetiya  və  Abxaziyanı  işğal  etməsi  və  respublika  kimi  tanıması  Avropan  və 

Vaşinqton  üçün  gözlənilməz  idi.  Moskvanın  əməliyyatları  regionda  qeyri-stabillik  yaratdı  və 

Rusiyanın  regionda  əsas  aktor  olması,  ABŞ  və  Avropanın  Rusiyanın  region  ilə  bağlı  siyasətindən 

narazılığını  ön  plana  çıxardı.  Bundan  başqa,  Rusiya  Bakı-Tbilisi-Ceyhanda  təxribat  əməliyyatları 

törədirdi.  Bu  da  Gürcüstana,  Avropanın  istehlakına  mənfi  təsir  göstərirdi.  Bu  hadisələrdən  Qərb 

siyasətçiləri  Moskvanın  öz  siyasi  məqsədlərinə  çatmaq  üçün  regionda  hərbi  güc  tətbiq  etməkdən 

çəkinməyəcəyinə əmin oldular. 

Respublikaların defakto tanınmasından sonra, Moskva Qara Dənizin şərq sahilində öz nəzarətini 

qurdu  və  öz təsirini  Cənubi  Qafqaz  və  şimali  Yaxın Şərqə  qədər  gücləndirməyə  başladı.  NATO-nun 

Qara dəniz regionunda yerləşməsinin birinci mərhələsi respublikaların işğalı və defakto tanınmasından 

sonra  yayda  başa  çatdı.  O  vaxtdan  başlayaraq,  Rusiya  öz  mövqeyini  hər  iki  ərazidə  gücləndirdi  və 

Gürcüstanın  stabilliyinə  və  ərazi  bütövlüyünə  hədə  yaradırdı.  Əsas  məqsəd  Gürcüstanın  NATO-ya 

daxil  olmasının  qarşısını  almaq  idi.  Moskva  həmçinin  Azərbaycan  və  Ermənistan  arasındakı 

münaqişədən regionda öz təsirini saxlamaq üçün istifadə edir. 

Rusiya  Krımın  qanunsuz  ilhaqından  və  Ukraynanın  Donbas  regionunda  üsyanların 

yaranmasından  sonra  Qara  dənizin  şimal  hissəsinə  nəzarət  etməyi  planlaşdırırdı.  Moskvanın  əsas 

hədəfi Ukraynanı qərb institutlarına daxil olmasına mane olmaq idi, həmçinin, Moldova və Gürcüstan 

ilə bağlı da eyni siyasəti yeridir. Krıma nəzarət Ukrayna və Rusiya arasındakı Kerç Boğazını öz ərazi 

sularına  çevirməyi  və  Azov  dənizini  defakto  nəzarəti  altına  almağa  imkan  verir.  Bu  həmçinin 

Rusiyaya dəniz sərhədlərini və dəniz qaz və neft sahələrini genişləndirməyə imkan verir. 

Türkiyə  Rusiyanı  regionda  təhlükəsizliyə  əsas  hədə  olaraq  görürdü.  Bu  hal  Türkiyəni  ABŞ-la 

yaxınlaşmasına və NATO-nun regionda öz mövqeyini gücləndirməsinə səbəb ola bilərdi. Həmçinin, 

Rusiya  və  Türkiyə  arasındakı  münaqişə  Rusiya-İran  əlaqələrini  Yaxın  Şərqdə  ümümi  maraqlara 

əsaslanaraq  gücləndirə  bilərdi.  Lakin  son  dövrdə,  Rusiya-Türkiyə  münasibətlərinin  yaxşılaşması 

bundan sonra hər iki dövlətin regionla bağlı maraqlarını həyata keçirmək üçün birgə hərəkət etməsini 

ön plana çıxardı. 

Rusiyanın  Qara  Dənizlə  bağlı  əsas  strateji  hədəfi  regionu  tamamilə  öz  təsirinə  keçirməkdir. 

Rusiya  dənizə  nəzarətini  gücləndirməklə  Ukrayna,  Cənubi  Qafqaz  ölkələrinə,  Ruminiya  və 

Bolqarıstan daxil olmaqla, sahil dövlətlərinə təzyiqini artırmaq məqsədini güdür. 

Rusiyanın  Qara  Dəniz  donanması  Federasiyanın  cənub  cinahını  qorumaq  üçün  nəzərdə 

tutulmuşdu.  Ukraynaya  olan  hücumdan  bəri,  Moskva  dəniz  qüvvəsi  kimi  statusunu  bir  neçə  yolla 

genişləndirmişdir.Rusiya ən müasir gəmilər və sualtı qayıqlar daxil olmaqla, Qara Dəniz donanmasına 

2020-ci  ilə  qədər  gücləndirməyi  planlaşdırır.  V.  Putin  2014-ci  ildə  yeni  hərbi  doktrina  imzalamışdı. 

Doktrinada  NATO  və  ABŞ-ın  artan  hədələri,  əsasən,  Rusiayaya  yaxın  ölkələrdə  Qərb  qüvvələrin 

yerləşdirilməsi və NATO-nun qeyri-ballistik raketləri inkişaf etdirməsini vurğulanır. Moskava qərbin 

bu tədbirlərinə yeni nüvə silahları yerləşdirməklə, hava və raketdən müdafiə sistemləri qurmaqla, yeni 

silahlar istehsal etməklə cavab verir.Kreml regionda öz donanmasını gücləndirmək üçün uzunmüddətli 

yenidən  silahlandırma  proqramı  qəbul  etmişdir.  Qara  Dəniz  donanmasının  modernləşdirilməsi  2011-

2020 Rusiya Dövlət Silah Təchizetmə proqramının əsas elementlərindən biridir. Moskva köhnə Sovet 

gəmilərini müasir gəmilərlə, xüsusilə, yüksək manevrli və sürətli platforma olan Fransız Mistralı kimi 

gəmilərlə əvəz etmək niyyətindədir.  

Nəticədə, bu və digər proqramlar Qara dəniz regionunda hərbi təhlükə yaradır. 

 

 




Yüklə 21,21 Mb.

Dostları ilə paylaş:
1   ...   304   305   306   307   308   309   310   311   ...   315




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə