Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu


Şəkil Burada həm nasos və hidravlik mühərrik porşenli nasosun silindridir. Buna qüvvə silindrləri



Yüklə 3,38 Mb.
səhifə44/44
tarix23.06.2023
ölçüsü3,38 Mb.
#118607
1   ...   36   37   38   39   40   41   42   43   44
Maye mexanikasi

Şəkil

Burada həm nasos və hidravlik mühərrik porşenli nasosun silindridir. Buna qüvvə silindrləri deyilir. Qüvvə silindrləri hidravlik mühərrik kimi düzxətli hərəkəti yerinə yetirmək üçün düzxətli hərəkəti yerinə yetirmək həcmi hidravlik ötürmədən istifadə olunur.


Həcmi hidravlik ötürmə açıq və qapalı olur. Hidravlik mühərrikin sürətini aşağıdakı düsturla tapmaq olar
.
Sürəti dəyişdirmək üçün Q-nu dəyişdirmək lazımdır. Bu da iki üsul ilə yerinə yetirilir:
1 – nasosun özünün məhsuldarlığını dəyişdirməklə (məsələn, eksentresesi dəyişdirməklə);
2 – nasosun məhsuldarlığı sabit qalır. Hidravlik mühərrikə ge­dən mayenin miqdarı tənzimedici qurğularla müəyyən edilir. Məsələn, klapan, drossel.
Şəkildə açıq həcmi hidravlik ötürmə göstərilmişdir. Nasos hər hansı bir rotoru mühərrikdir. Hidravlik mühərrik qüvvə silindridir.

Şəkil

Bölüşdürücü ola bilər kran, klapan, zolotnik və s. Burada nasosun məhsuldarlığı dəyişəndir. Deməli, mühərrikə verilən mayenin miqdarı nasosun özü vasitəsilə tənzim olunur. Nasosun fırlanma hərəkəti, hidravlik mühərrikin düzxətli hərəkətinə çevrilir. Nasosun fırlanma istiqamətini dəyişdirməyərək hidrav­lik mühərrikin hərəkətinin istiqamətini dəyişdirmək olar. Şəkildə qapalı həcmi hidravlik ötürmə göstərilmişdir.


Sistem qapalı olduğu üçün maye itkisi ola bilər. Odur ki, burada əlavə nasosdan istifadə olunur. Nasos həmişə eyni miqdarda maye vurur. Mühərrikə gedən mayenin miqdarı tənzimedici qurğu vasitəsilə müəyyənləşdirilir (kran, drossel) (ən çox drossel).



Şəkil

Bu sxemdə həm nasos və həm də hidravlik mühərrik rotorlu nasosdur. Deməli, nasosun fırlanma hərəkətinin hidravlik mühərrikin fırlanma hərəkətinə çevrilir.




Həcmi hidravlik ötürmənin gücü, f.i.ə. və bəzi üstünlükləri

Nasosun gücünü aşağıdakı düsturla tapmaq olar. P – nasosun yaratdığı təzyiq, Q – məhsuldarlığıdır.


-mühərrikin gücü

- porşenin hərəkət sürəti; - isə porşenə tətbiq olunan qüvvədir.
Mühərrikin f.i.ə.

olur.
.
Həcmi hidravlik ötürmənin başqa ötürmələrə nisbətən bəzi üstünlükləri vardır.

Şəkil

1) Hidravlik mühərrikdə olan qüvvənin dəyişməsindən asılı olmayaraq nasosun momenti sabit qalır. Bu da aparan valın sıradan çıxmağa qoymur. i – ötürmə ədədi.


2) Hissələri ayrı-ayrı yerlərdə yerləşə bilər və onlar yüksək təzyiqə tab gətirən rezin şlanqlar vasitəsilə əlaqələnirlər.
3) Nasosun fırlanma hərəkəti hidravlik mühərrikin düzxətli hərəkətinə çox sadə olaraq çevrilir.
4) Nasosun fırlanma istiqamətini dəyişməyərək hidravlik mühər­rikinin hərəkətinin istiqamətini dəyişdirmək olur. Buna rever­siv­ləşdirmə deyilir.
5) Nasosun məhsuldarlığını dəyişdirməklə hidravlik mühərrikdə istənilən sürəti əldə etmək olur.
Həcmi hidravlik ötürmənin cəhəti maye qızır, hidravlik itkilər çoxalır, f.i.ə. azalır. Mayeni təmizləmək üçün filtr, soyut­maq üçün kondisioner qoyulur.
ƏDƏBİYYAT



  1. Məmmədzadə. Hidravlika və hidravlik maşınlar.

  2. Башта. Гидравлика, гидромашины и гидропривод.

  3. Юфин. Гидравлика, гидромашины и гидропривод.

  4. Укенкус. Гидравлика и гидромашины.

  5. Məmmədova. Hidravlika.

Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə