Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu



Yüklə 3,38 Mb.
səhifə2/44
tarix23.06.2023
ölçüsü3,38 Mb.
#118607
1   2   3   4   5   6   7   8   9   ...   44
Maye mexanikasi

MAYELƏRIN ÖZLÜLÜYÜ

Mayenin daxili sürtünmə qüvvələrinə qarşı müqavimət göstərmə qabiliyyətinə özlülük deyilir.


Özlülük hərəkət zamanı meydana çıxır. Özlülüyü izah etmək üçün maye axını içərisində iki metal lövhə götürək. Löv­hə­­lərin arasındakı məsafə h olsun.
Birinci lövhəyə T qüvvəsi tətbiq edib onu U sürətilə hə­rəkət etdirək. Bilavasitə həmin lövhə üzərində olan hissəçiyin sürəti U olacaq.



İkinci lövhə hərəkət et­mir. Onda həmin lövhə üzə­rində olan maye lövhə his­səciyin sürəti sıfır olacaq. Onda iki lövhə arasında qalan maye hissəciklırinin sürəti U-dan sıfıra kimi azalacaq.
Elementar dh məsafə­sin­də elementar du sürətlər fərqi yaranacaq. Bir təbəqə di­gərinə görə sürüşəcək və da­xili




Şəkil

sürtünmə qüvvəsi əmələ gələcək.
Tətbiq olunan T qüvvəsi həmin daxili sürtünmə qüvvə­si­nin dəf olunmasına sərf olunacaqdır.
Nyutona görə tam daxili sürtünmə qüvvəsi (T) sürtünən maye təbəqələrinin sürtünmə səthi (S) və sürtünmə fərqi (du) ilə düz, təbəqələr arasındakı məsafə (dh) tərs mütənasibdir, yəni
,
- mütənasiblik əmsalı mayenin fiziki xassələrindən asılıdır. Ona dinamik özlülük əmsalı deyilir.
Toxunan gərginlik
.
olsa olar.
Deməli, dinamik özlülük vahid sürət qradiyentində to­xu­nan qüvvənin gərginliyinə bərabərdir. Yəni, dinamik özlülük müəyyən mənada gərginlikdir. Bu da özlülüyün fiziki mənasıdır. Ölçü vahidini tapaq

Beynəlxalq vahidlər sistemində (BS-də) .
Fiziki vahidlər sistemində (FVS-də)
(Puaz).
.
4C temperaturda saf suyun dinamik özlülüyü
.
Dinamik özlülüyün sıxlığa olan nisbətinə kinematik özlü­lük deyilir.

Suyun kinematik özlülüyü


Temperatur artdıqca öz­lü­lük azalır. Əgər temperatur 0÷1000S kimi artarsa su üçün özlülük 7 dəfə azalır.
Bundan başqa nisbi öz­lülük də vardır. Məsələn, Enqler dərəcəsi. Bu suya görə götürü­lür. Özlülük ölçən cihazlara vis­kozimetr deyilir. Məsələn, Enq-


Şəkil

ler viskozimetri, Kepler viskozimetri, Osvaldt viskozimetri və b.
Elə mayelər də vardır ki, onlar yuxarıdakı Nyuton qanu­nu­na tabe olmurlar. Belə mayelərə qeyri-nyuton mayeləri (anomal mayelər) deyilir. Məsələn, gilli məhlullar, neft emulsiyaları, parafinli neft , sement məhlulları və s. Bu maye­lər hərəkətdə olmadıqda belə daxili sürtünmə qüvvəsini saxlayır. Bu mayelər üçün daxili sürtünmə qanunu Şvedov – Binqam düsturu ilə hesablana bilər;

- axıcılıq başlanğıcı adlanır. Bəzi məsələlərin həllini asan­laşdırmaq üçün mayenin özlülüyü nəzəpə alınmır. Belə mayelərə ideal mayelər deyilir. Özlülük nəzərə alınmayanda sürtünmə qüvvələri də nəzərə alınmır. Bu da məsələnin həllini asan­laş­dırır.
Alınan nətiçələr praktikada özünü doğruldur. Hidrav­lika­da ideal maye anlayışından geniş istifadə olunur. Lakin ideal maye­lər üçün çıxarılan düsturlar həqiqi mayelərə tətbiq olunduqda onlara müəyyən düzəlişlər olunmalıdır. Bu düzəlişlər əsasən özlülüyə əsasən aparılır.


MAYELƏRƏ TƏSIR EDƏN QÜVVƏLƏR

Mayeyə iki cür qüvvə təsir edir:



  1. Kütləvi qüvvələr. Əgər maye bircinslidirsə bu qüvvələrə həcmi qüvvələr deyilir.

  2. Səthi qüvvələr – bu qüvvələr mayenin səthinə təsir edir.

Kütləvi qüvvələrin qiy­məti mayenin kütlə və həc­min­dən

asılıdır. Məsələn, ağırlıq qüv­vəsi.
Səthi qüvvələrin qiyməti təsir etdiyi mayenin səthinin ölçü-sündən asılıdır. Məsələn, atmos-fer təzyiqi və ya porşenli nasos-larda porşenin mayeyə et­diyi təsir və s.
Maye axını gö­türək. Maye axını üzərində səthini ayıraq həmin səthinə səthi qüvvəsi təsir edəcəkdir. Səthi
qüvvənin istiqaməti ümumi


Şəkil

halda ixtiyarıdır. Odur ki, onu iki toplananına ayırmaq olar. Toxunan və normal P. Toxunan hərəkət zamanı meydana çıxır və onu Nyu­to­nun düsturu ilə tapmaq olar.
Normal P qüvvəsinin gərginliyinə hidromexaniki təzyiq deyilir.

Əgər maye hərəkətdədirsə hidromexaniki təzyiqə hidro­dinamik təzyiq, əgər maye sükünətdədirsə hidro­me­xaniki təzyiqə hidrostatik təzyiq deyilir.


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə