Maye mexanikasi Maye mexanikasi elmi və onun mexanikada rolu



Yüklə 3,38 Mb.
səhifə9/44
tarix23.06.2023
ölçüsü3,38 Mb.
#118607
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
Maye mexanikasi

HIDRODINAMIKA
Maye hərəkətinin növləri

Hidrodinamika mayelərin hərəkət qanunlarından və bu qanunların təcrübəyə tədqiqindən bəhs edir.


Hidrodinamika bəhsində ideal maye anlayışından geniş istifadə olunur. Lakin ideal mayelər üçün çıxarılan qanunlar, tənliklər, düsturları həqiqi mayelərə tətbiq olunduqda onlara müəyyən düzəlişlər olunur. Bu düzəlişlər, əsasən ideal maye ilə həqiqi mayenin fərqi olan özlülük nəticəsində yaranan sürtünmə qüvvələrinə görə aparılır. Şəraitdən asılı olaraq mayenin hərə­kəti iki növ olur: qərarlanan qərarlanmayan.

Şəkil

Maye axını içərisində A nöqtəsi götürək. Həmin nöqtədən müxtəlif zamanlarda müxtəlif maye hissəcikləri keçəcəkdir. Zamandan asılı olmayaraq o hissəciklərin təzyiq və sürəti sabit qalarsa, belə hərəkətə qərarlanan hərəkət deyilir. Qərarlanan hərəkətə



A nöqtəsindən keçən hissəciklərin təzyiq və sürəti zaman­dan asılı olaraq dəyişərsə belə hərəkətə qərarlanmayan hərəkət deyilir.
Qərarlanmayan hərəkətdə

Qərarlanan hərəkət iki növ olur: müntəzəm və qeyri müntəzəm.
Axın boyunca bütün kəsiklərdə sürət eyni olarsa belə hərəkətə müntəzəm hərəkət deyilir. Müntəzəm hərəkəti sabit diametrli boruda almaq olar.
Axın boyunca en kəsik üzrə sürət dəyişərsə belə hərəkətə qeyri müntəzəm hərəkəti deyilir. Müxtəlif diametrli borularda mayenin sürəti artarsa, bu zaman qeyri müntəzəm hərəkət yaranar.
Bunlardan başqa mayenin hərəkəti basqılı və basqısız olur. Maye axını hər tərəfdən bərk cisim ilə əhatə olunub axarsa və onun istənilən nöqtəsindəki təzyiq atmosfer təzyiqindən çox olarsa belə hərəkətə basqılı hərəkət deyilir. Məcələn, borularda mayenin hərəkəti.
Maye axını üç tərəfdən bərk cisim ilə əhatə olunub axarsa bə onun sərbəst səthi olarsa belə hərəkətə bacqısız hərəkət detilir. Məsələn, kanallarda, çaylarda, arxlarda mayenin hərəkəti.
Basqısız hərəkətdə mayenin sərbəst səthində olan təzyiq atmosfer təzyiqinə bərabər olur.
Bundan başqa mayenin hərəkəti hidravlik lülə şəklində də olur. Bu zaman maye axını hər tərəfdən hava ilə əhatə olunur. Məsələn, şəlalərdə suyun axması və s.


MAYE AXINININ HİDRAVLİK ELEMENTLƏRİ



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə