|
Mayelərin səthi gərilmə əmsalının damcı üsulu ilə təyini Ləvazimat
|
səhifə | 3/3 | tarix | 28.11.2023 | ölçüsü | 59,98 Kb. | | #133608 |
| UNEC 1698229984Kapillyarda mayenin qalxma hündürlüyünü tapmaq üçün:
Hərəkət edən mikroskopun şaquli və üfiqi şkalalarında ən kiçik göstəricilərini tapmalı.
Mikroskopun oxunu üfiqi vəziyyətə gətirməli.
Mikroskopun hündürlüyünü tənzimləyici vint vasitəsilə tənzimləməli.
Mikroskopu kapillyar boruya yaxınlaşdırmalı elə sıxmalı ki, kapillyardakı suyun qalxması görünən olsun.
Elə etməli ki, üfiqi eninə naqil yalnız çökük meniskin mərkəzi hissəsinə toxunsun.
Mikroskopun şaquli istiqamətdəki vəziyyətinə diqqət yetirməli.
Su dolu stəkanı ehtiyatla çıxarmalı.
Mikroskopu üfüqi şəkildə hərəkət etdirməli və göstəricinin qarşısına gətirməli.
Mikroskopu elə aşağı salmalı ki, üfiqi eninə naqil göstəricinin ucuna toxunsun.
Şaquli şkalada müvafiq göstəricilər qeyd olunmalı.
İki göstəricinin fərqi (yəni su menisküsünün hündürlüyü və göstəricinin ucunun hündürlüyü) verilən mayenin kapillyarda qalxma hündürlüyünü verməli.
Taxta altlığın hündürlüyünü dəyişdirərək təcrübəni təkrarlamalı.
Kapillyar borunun daxili diametrini tapmaq üçün:
Kapillyar borunu tənzimlənən qayaq üzərində üfiqi vəziyyətdə qoymalı.
Mikroskopu suya batırılan ucda fokuslamalı.
Üfüqi eninə naqili A nöqtəsində (şəkil I) daxili dairəyə toxundurmalı. Mikroskopun şaquli şkaladakı göstəricisini qeyd etməli.
Mikroskopu yuxarı elə qaldırmalı ki, üfüqi eninə naqil B nöqtəsində dairəyə toxunsun (Şəkil II). Şaquli şkaladakı göstəricisini qeyd etməli.
İki göstərici arasındakı fərq, borunun şaquli daxili diametrini (AB) verəcəkdir.
Mikroskopu üfüqi şkala üzrə elə hərəkət etdirməli ki, şaquli eninə naqil C nöqtəsində daxili dairəyə toxunsun (Şəkil III). Mikroskopunı üfüqi şkaladakı göstəricisini qeyd etməli.
Mikroskopu sağa elə hərəkət etdirməli ki, şaquli eninə naqil D nöqtəsində dairəyə toxunsun (şəkil IV). Üfüqi şkaladakı göstəricisini qeyd etməli
İki göstərici arasındakı fərq borunun üfüqi daxili diametrini (CD) verəcəkdir.
Üfiqi və şaqulu daxili diametrlərin orta qiymətini hesablayaraq, kapillyarın diametrini hesablamalı. Diametrin yarısı kapillyar borunun radiusunu verir.
Dostları ilə paylaş: |
|
|